09 İyun 2022 01:19
1052
CƏMİYYƏT
A- A+
Qoy ağaclarımız kəsilməsin!..

Qoy ağaclarımız kəsilməsin!..

 

Yaşıl parklar məkanına çevrilməkdə olan Bakını bu gözəllikdən məhrum edənlər inzibati cəza deyil, cinayət məsuliyyəti daşımalıdırlar

 

Son illərdə Bakının dünyanın gözəl şəhərlərindən birinə, yaşıl parklar və bağlar məkanına çevrilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşdiyi hər kəsə məlumdur. Amma bəzən bu tədbirlərə kölgə salanlar da olur. Müxtəlif şəxslər tərəfindən ağaclar, yaşıllıqlar qanunsuz şəkildə məhv edilərək yerində iaşə və digər xidmət obyektləri tikilir və ya parklanma yerləri salınaraq qeyri-qanuni şəkildə gəlir əldə edilir. Belə hallar yaşandıqda isə dövlət başçısının dərhal reaksiyasının şahidi oluruq. Prezidentin  tapşırığı ilə kimlərsə tərəfindən zəbt olunan ərazilərdə öz məqsədləri üçün istifadə hallarının qarşısı dəfələrlə alınıb və həmin ərazilərdə parklar, sakinlərin asudə vaxt keçirməsi üçün istirahət yerləri salınıb.

Nəsimi rayonu, Bülbül prospekti, 18-30 ünvanında ağacların qanunsuz kəsilməsi nəticəsində parklanma yerinin yaradılması və piyada səkisinin daraldılması barədə sosial şəbəkələrdə yayılan problemin də Prezidentin tapşırığı ilə həllini tapması deyilənlərin bariz təcəssümü oldu. Dövlət başçısının tapşırığına uyğun olaraq qeyri-qanuni parklanma yerinin dərhal sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanıldı. Eyni zamanda məsələ ilə bağlı müvafiq araşdırmalar aparıldı və məlum oldu ki, qanunsuz parkinq Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

 

Qanunsuz ağac kəsilməsinə görə cəzalar sərtləşdirilməlidir

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qəzetimizə açıqlamasında bildirib ki, Nəsimi rayonunda ağacların kəsilərək qanunsuz parklanma yerinin salınması hər kəsi hiddətləndirdi. Məsələ bu səviyyəyə çatdırılmamalı və dərhal ona müdaxilə olunmalı idi.

Deputat hesab edir ki, cəmiyyətdə təbiətə baxış dəyişməyənə, ağaclara canlı kimi baxılmayana qədər bu proses davam edəcək. Bu sahədə maarifləndirmə tədbirlərinə ehtiyac var. Cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəlməsi gələcək nəslin ekoloji tərbiyəsindən və ekoloji biliklərə necə yiyələnməsindən asılıdır. Bu isə bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən sivil inkişaf formasını və təhsil mühitinin formalaşmasını, eyni zamanda bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyini tələb edir. İbtidai sinif müəllimləri tərəfindən azyaşlı məktəblilərə bu sahədə təbliğat aparılmalıdır ki, onların təbiətə münasibəti dəyişsin.

Sadiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin sözlərini xatırlayaraq deyir: "Ulu Öndər bildirirdi ki, Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir, çünki Bakıda ağac əkmək çətindir. Hesab edin ki, bir ağac kəsən mənim qollarımı kəsir".

Komitə sədri qeyd edir ki, bir ağacın böyüməsi üçün illər tələb olunur və bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5 ton oksigen ixrac edir. Ağaclar əkilən sahənin hər hektarından bir ildə insan üçün xeyirli olan 30 kiloqrama qədər efir yağı buraxılır. Yaşıl massivlərdə hər ağac bir il ərzində orta miqdarla 30-40 kiloqram, böyük çətiri olan ağac isə 68 kiloqrama qədər toz və digər bərk hissəciklər udur. Orta ölçülü bir ağac gün ərzində üç adamın tənəffüsü üçün lazım olan miqdarda sərbəst oksigen sintez edir. Eyni zamanda ağac və kol bitkiləri havanı tullantı qazlarından təmizləyir, həm də səs-küy udma xüsusiyyətinə malik olduğundan insan üçün ziyanlı səsləri tənzimləyir.

Sadiq Qurbanov hesab edir ki, ağac kəsən şəxslər daha ağır cəza almalıdırlar: "Ev, hər hansı obyekt tikənlər əvvəlcədən cərimə məbləğini hesablayaraq planını qurur. Buna görə, qanunsuz ağac kəsilməsinə görə inzibati cəza deyil, cinayət məsuliyyəti yaranmalıdır".

Deputatın fikrincə, təbiətə münasibəti hüquqi norma ilə yanaşı, əxlaq  normasına çevirməliyik. Bunun üçün də kütləvi informasiya vasitələrində daim təbliğat, maarifləndirmə işi aparılmalıdır.

 

Dövlət tərəfindən yaşıllaşdırma tədbirləri görülür, amma bəziləri...

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov qəzetimizə açıqlamasında deyib ki, dünya miqyasında iri şəhərlərdə parkların salınması, təbii şəraitin yaradılması, ağacların əkilməsi, qorunması prosesləri dövlət səviyyəsində həyata keçirilir. Azərbaycanın böyük şəhərlərində bu istiqamətdə işlər görülsə də, müəyyən neqativ proseslər də baş verir.

Ekoloq qeyd edir ki, tikinti-inşaat işləri ilə əlaqədar bəzi ərazilərdə yaşıllıqlar tədricən məhv edilir: "Məsələn, Neftçilər metrosu ərazisi həmişəyaşıl küknar ağacları ilə əhatə olunmuşdu. İndi orada bu ağaclar yoxdur, hamısı obyekt sahibləri tərəfindən məhv edilib. Belə hallara dərhal reaksiya vermək lazımdır. Heç kimin ağacları kəsməyə ixtiyarı yoxdur. Bu, Bakıda adi prosesə çevrilib".

Ekspert bildirir ki, Bakının 3,5 milyon əhalisinin oksigenə olan tələbatını ödəmək üçün ağacların, yaşıllıqların çox olması lazımdır. O, Ekologiya Standartlarının Monitorinq Fondunun və Dövlət Yol Polisinin iştirakı ilə aparılan monitorinqdən də söz açıb. Monitorinqlər nəticəsində aydınlaşıb ki, Səməd Vurğun bağının ətrafında maşınların sıx olduğu yerdə havada karbon oksidin miqdarının 6-7 faiz olduğu halda, bağın içərisində bu göstərici normaya yaxın - 0.4 faizdir. R.Soltanov vurğulayır ki, avtomobillərdən çıxan karbon oksid 10 günlərlə havada asılı vəziyyətdə qalaraq insan sağlamlığına ziyan vurur.

Professor bildirir ki, Azərbaycanda olan 500-600 minə qədər avtomobilin çoxu Bakı şəhərindədir. Maşınların dayanması üçün yer olmadığından kimlərsə, müəyyən ərazini zəbt edərək ağacları kəsir və orada öz məqsədi üçün parklanma yeri salır. Həmin ərazidə maşın saxlayanlardan isə qeyri-qanuni şəkildə ödəniş tələb edilir. Bu, dövlət qanunlarına ziddir. Bu zaman dövlət tərəfindən belə halların qarşısı alınır, həmin yerlərdə yaşıllıqların salınması üçün işlər görülür.

Bakı dünya miqyasında tanınmış, mədəni, müəyyən xüsusiyyətləri ilə fərqlənən, cəlbedici şəhərdir. Şəhərdə ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməlidir. Məsələn, velosiped, motosiklet kimi vasitələrin yollarda maneəsiz hərəkəti üçün şərait yaradılması ən önəmli məsələlərdən biridir. Hər bir şəhərin mədəniyyətini göstərən əsas meyarlar var ki, bunlardan birincisi, sanitar qovşaqların tələb olunan normalara uyğun formalaşması, kiçikhəcmli nəqliyyat vasitələrindən geniş istifadə, yollarda tıxacların azaldılmasıdır. Düzdür, bu istiqamətdə tədbirlər görülür, amma kifayət etmir, hələ çox işlər görülməlidir.

Qeyd edək ki, Prezidentin tapşırığına uyğun olaraq artıq qanunsuz parkinqin sökülmə işləri başa çatıb və səki tam bərpa edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırılması nəticəsində bəlli olub ki, Nəsimi Rayon Bələdiyyəsi tərəfindən ərazidə qəzalı vəziyyətdə olan safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi üçün rəy verilsə də, rəyin tələblərinə əməl olunmayıb. Nəticədə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!