Qonaqlar bu dəfə "Yeni Tərtər"in başına toplaşmışlar
Tərtərdə rayonun ictimai, siyasi və iqtisadi həyatında mühüm rol oynayan, geniş oxucu kütləsi olan "Yeni Tərtər" qəzetinin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Yubiley tədbirində qəzetin kollektivi ilə yanaşı, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, universitetin Redaksiya -nəşriyyat işi kafedrasının dosenti, Rasim Süleymanov, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Ahıl Jurnalistlər Birliyinin sədr müavini Əminə Yusifqızı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Anar Əliyevin atası Vaqif Əliyev, yolu "Yeni Tərtər" qəzetindən keçən tanınmış jurnalistlər, Bərdə, Zaqatala, Goranboy, Ağdam, Ağcabədi rayonlarında nəşr olunan qəzetlərin redaktorları, şəhid bacısı, həkim Məhəbbət Paşayeva, qəzetin keçmiş işçiləri, rayon ziyalıları iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzmüşlər. Sonra onlar redaksiyanın tarixini əks etdirən foto-stendlərə, redaksiya əməkdaşlarının kitablarından ibarət sərgilərə baxmış, qəzetin müxtəlif illərdə nəşr edilmiş nömrələri ilə tanış olmuşlar.
Yubiley tədbiri rayon icra hakimiyyətinin akt zalında davam etmişdir. Qəzetin redaktoru Svetlana Bağırova "Yeni Tərtər"in keçdiyi tarixdən danışmışdır. Bildirmişdir ki, 1934-cü ildə Tərtərdə nəşr olunmağa başlayan qəzet "Kolxozçuların varlanması yolunda" adlanıb. Həmin vaxt Tərtər rayon MTS-in siyasi şöbəsinin orqanı olan qəzet həftədə bir dəfə kiçik tirajla çıxıb. Sonrakı illərdə adı bir neçə dəfə dəyişdirilmiş qəzet 2005-ci ildən "Yeni Tərtər" adı ilə nəşr olunur.
Çıxış edən qonaqlar qəzetin kollektivinə, oxucularına öz təbriklərini çatdırmışlar. Çıxışlarda bölgə qəzetlərinin rastlaşdığı çətinliklərdən də söhbət açılmış, bu çətinliklər ucbatından bəzi rayon qəzetlərinin fəaliyyətlərini dayandırdığı, bəzilərinin çox az tirajla ayda bir dəfə nəşr edildiyi qeyd olunmuşdur. O da bildirilmişdir ki, bütün çətinliklərə sinə gərərək öz fəaliyyətini davam etdirən "Yeni Tərtər"ə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilir. Bu maddi və mənəvi dəstək qəzeti susmağa qoymur.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdıraraq qəzetin kollektivini yubiley münasibətilə təbrik etmiş, kollektivə yeni yaradıcılıq uğurları arzulamışdır. Sonra o, qəzetin əməkdaşlarına rayon icra hakimiyyətinin fəxri fərmanlarını, redaktoruna isə Prezidentin sərəncamı ilə təltif olunduğu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalını təqdim etmişdir.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin...
19 May
Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
19 May
“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
19 May
Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib ...
19 May
Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub
19 May
Şabranın 3 kəndini birləşdirən yol təmir edilir
19 May
GDU rəhbərliyi ilə tələbələrin görüşü keçirilmişdir
19 May
İndi Cəlilabad təkcə taxıl və üzüm diyarı deyil
19 May
"Yaşıl enerji"yə keçidlə bağlı dövlətimizin strateji hədəfləri var
19 May
İnsanlıq əleyhinə cinayət törətməkdə davam edən dövlət
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!