27 Fevral 2024 17:34
541
CƏMİYYƏT
A- A+
QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri ilə görüşüb

QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri ilə görüşüb

 

Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiən ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Allahşükür Paşazadə ölkələrimiz arasındakı qardaşlıq əlaqələrindən, dövlət başçılarımızın dostluq münasibətlərindən söz açıb. Bildirib ki, Səudiyyə Ərəbistanının ölkəmizi hər zaman dəstəkləməsi, Vətən müharibəsində bizimlə olması Azərbaycan xalqına qüvvət verib.

Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən A.Paşazadə bildirib ki, ölkəmizdə məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur. Qafqaz Müsəlmanları İdarəsi Şimali Qafqazda İslamın bütün ənənəvi məzhəblərinin vəhdətinin tərəfdarıdır. Dünyada İslam daxilində münaqişələrin hələ də davam etməsinə baxmayaraq, Azərbaycan öz daxilində bu kimi məsələlərin hamısını həll edib.

Şeyxülislam, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər də çox yaxşı, qardaşlıq səviyyəsindədir. Ölkəmizdəki bu tolerantlığın bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. “Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıdandan sonra dini liderlərlə görüşüb və onlara proqram təqdim edib. Biz bu gün də işimizi həmin proqrama uyğun qurmağa davam edirik. Ümummilli Lider Heydər Əliyev məktəbinin layiqli davamçısı, Zəfər Bayrağımızı azad edilmiş torpaqlarımızda ucaldan Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”, - deyə QMİ sədri əlavə edib.

O, qonaqları, eyni zamanda, COP29 konfransı çərçivəsində BMT-nin dinlərarası pavilyonunun təşkil olunacağı və dini liderlər sammitinin keçiriləcəyi barədə məlumatlandırıb.

Nazir Taufiq bin Fauzən Əl Rabiən bu gün Prezident İlham Əliyevlə görüşündən böyük məmnunluqla danışıb. Bildirib ki, bu, iki ölkə arasında olan yüksək səviyyəli əlaqələrin nəticəsidir.

Taufiq bin Fauzən Əl Rabiən qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı torpaqlarının azad edilməsi məsələsində daim dəstəkləyib. O, Azərbaycanda, Qafqazda müsəlmanlar arasında birliyin olmasını sevindirici hal kimi qiymətləndirib.

Azərbaycandan zəvvarların, turistlərin Səudiyyə Ərəbistanına getmələri üçün prosesin daha da asanlaşdırıldığını deyən nazir diqqətə çatdırıb ki, artıq vizanı onlayn və ya hava limanında əldə etmək mümkündür. Qonaq, eyni zamanda, Azərbaycandan Səudiyyə Ərəbistanına gedən müsəlmanların sayının artırılması üçün lazımi dəstəyin göstərilməsinə hazır olduqlarını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var  

14:44
23 Yanvar

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

14:42
23 Yanvar

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

14:25
23 Yanvar

ADSEA-nın sədri Ucarda vətəndaşlarla görüşüb

13:48
23 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub

10:54
23 Yanvar

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

10:46
23 Yanvar

Tacikistan səfiri "ASAN xidmət"də

10:42
23 Yanvar

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

10:24
23 Yanvar

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

10:22
23 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib  

10:20
23 Yanvar

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:02
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!