09 Avqust 2023 09:10
7413
SİYASƏT
A- A+
Qlobal layihələr müəllifi

Qlobal layihələr müəllifi

 

İlham Əliyev Azərbaycanla Avropa arasında enerji körpüləri yaradıb

 

Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirməklə tərəfdaşlarının sayını artırır. Mühüm qlobal layihələrin müəllifi və təşəbbüskarı kimi tanınan Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti ilə ölkəmizin geosiyasi mövqeyi getdikcə möhkəmlənir, xüsusən də Avropa ölkələri ilə strateji əməkdaşlıq daha da güclənir. İmzalanan enerji sazışləri, həyata keçirilən mühüm qlobal layihələr bunu təsdiqləyən reallıqdır. 
Son illərdə dünya bazarındakı dəyişikliklər uzun illərdir Avropanın etibarlı xam neft təchizatçısı olan Azərbaycanın bu regionun enerji təhlükəsizliyindəki rolunu daha da artırıb. Təsadüfi deyil ki, Avropa İttifaqı ölkəmizi enerji sahəsində etibarlı tərəfdaş hesab edir və hazırda Azərbaycanla bu istiqamətdə sazişlər imzalamaqda maraqlıdır. Eyni zamanda ölkəmizin energetika sahəsində təşəbbüsləri, böyük layihələri xarici sərmayədarları da Azərbaycana investisiya yatırmağa cəlb edir. 
Bu bir həqiqətdir ki, hazırda Rusiya-Ukrayna müharibəsinə görə rəsmi Moskvaya tətbiq edilən sanksiyalar üzündən Avropanın enerji təminatında əsas ümidi Azərbaycana qalıb. Ötən il iyulun 18-də "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da bir daha təsdiqlədi ki, qədim qitənin bu gün Azərbaycan qazına böyük ehtiyacı var. 
Bu uğurları dəyərləndirən İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan son illərdə Avropa ölkələri ilə bir çox razılaşmalar əldə edib. Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda Azərbaycanın enerji sərvətləri heç zaman olmadığı kimi onlar üçün zəruridir: "Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək. Lakin yenə də Rusiya ilə münasibətlərimiz nöqteyi-nəzərindən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox şey dəyişməyib".
İmzalanan mühüm sazişlərə gəlincə onların bir neçəsini göstərmək kifayətdir. Ötən il Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında saziş enerji sektorunda yeni, eyni zamanda mühüm bir mərhələ açdı. Hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında "yaşıl enerji"nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan arasında əldə edilmiş razılaşmanın tərkib hissəsidir.
İlham Əliyev bu sənədi "yaşıl enerji" təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm saziş, Azərbaycanla Avropa arasında yeni enerji körpüsü adlandırıb.
Bu saziş regionda "yaşıl enerji"nin inkişafı və ixracı ilə bağlı yeni bir imkandır. Çünki ekoloji cəhətdən təmiz, bərpaolunan mənbələrdən enerji istehsalı inkişaf etmiş ölkələrin enerji siyasətində getdikcə daha çox yer tutur. 
Həm "Cənub qaz dəhlizi", həm də gələcək "yaşıl enerji" ilə bağlı Qara dənizin altı ilə inşa ediləcək layihə Azərbaycanın bərpaolunan enerji mənbələrini Avropaya gətirəcək.
 Bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında anlaşma memorandumunun imzalanması da bu prosesin tərkib hissəsidir. İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciətində bildirilirdi ki, anlaşma memorandumu regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcək. O, bu məsələdə Azərbaycanın rolunu belə qiymətləndirir: "Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir".
"Həmrəylik halqası" adlandırılan bu layihə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Yeni layihə "Cənub qaz dəhlizi" sayəsində iki ildən artıq müddət ərzində tərəfdaşlar üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən - Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. "Həmrəylik halqası" təşəbbüsü həmçinin "Cənub qaz dəhlizi"nin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni zamanda enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir.
İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşada keçirilən I Qlobal Media Forumunda İlham Əliyev əcnəbi jurnalistlərin diqqətinə çatdırdı ki, Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin təşəbbüskarıdır və əsas səhmdarlarından biridir. Əslində isə ölkəmiz layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edir. Eyni zamanda son illərdə Azərbaycanın Avropaya qaz tədarükünün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsinin Azərbaycan qazının alıcısına çevriləcəyi də gözlənilir.
Alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin təmin edilməsi istiqamətində də uğurlu addımlar atılır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və "yaşıl enerji" ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının "yaşıl enerji" mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
Ölkəmiz 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. 
Şuşada keçirilən I Qlobal Media Forumunda İlham Əliyev Azərbaycanın imkanlarını dəyərləndirərkən bildirib ki, bu ilin sonunadək ölkəmizdə 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Azərbaycan 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalayıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, Azərbaycanın Avropada geniş coğrafiyaya elektrik enerjisi ixrac etməsinə imkan verəcək: "Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara çıxaracağıq. Yəni bu, hər kəs üçün uduşlu bir vəziyyətdir".
Prezident bu istiqamətdə Qarabağda və Şərqi Zəngəzurda da böyük imkanların olduğunu söyləyib. Növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisi başa çatdırılacaq. Artıq 50 meqavatdan çoxu istismara verilib. 
Kəlbəcər-Laçın zonasında da külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə demək olar ki, bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq. Bu, ölkəmiz üçün olduqca böyük potensial açır.
"Yaşıl enerji" dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün vacib əhəmiyyət daşıyır. Belə starteji problemin həlli isə etibarlı tərəfdaş olmadan mümkün deyil. Azərbaycan bu missiyanı layiqincə yerinə yetirə bilir. Təsadüfi deyil ki, avropalıların "yaşıl enerji" kimi səciyyələndirdikləri qaz təchizatı məsələsində də Azərbaycan etibarlı və güvənilən bir tərəfdaş kimi çıxış edir. Bütün bunlar Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırmaqla ölkəmizin beynəlxalq nüfuzunun getdikcə daha da yüksəlməsini şərtləndirir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!