11 May 2025 08:40
782
SİYASƏT
A- A+
Qlobal Cənub QHT Platforması: gələcəyi hədəfləyən yeni fikirlər və güclü addımlar

Qlobal Cənub QHT Platforması: gələcəyi hədəfləyən yeni fikirlər və güclü addımlar


Müasir dünyada sosial bərabərsizlik və iqlim dəyişmələri kimi qlobal problemlər hər bir ölkənin qarşısında duran vacib məsələlərdəndir. Qlobal Cənub ölkələrini birləşdirən Latın Amerikası, Afrika, Asiya, Okeaniya kimi regionlar həmin problemlərlə daha çox üzləşirlər. Halbuki sadalanan bu regionların zəngin təbii sərvətləri gələcəkdə dünya iqtisadiyyatında sanballı potensiala malikdir. 

Bu gün Qlobal Cənub dünyadakı iqlim dəyişmələrinin ən çox təsir etdiyi bölgələrdəndir. Burada quraqlıq, sel daşqınları və ekstremal hava şəraiti ilə bağlı problemlər daha sərt şəkildə hiss olunur. Xüsusən də Afrikanın səhraaltı regionları və Okeaniya bölgəsi iqlim dəyişikliyindən daha çox ziyan çəkir. Bu vəziyyət təkcə yerli əhali üçün deyil, qlobal iqtisadiyyat üçün də ciddi fəsadlar törədir. 

Məlumdur ki, Qlobal Cənubun təbii sərvətləri və təchizat zənciri dünya iqtisadiyyatında vacib rol oynayır. Ona görə də həmin problemləri aradan qaldırmaq üçün hökumətlər sənayeləşmə, kənd təsərrüfatı və xidmət sektoru arasında şaxələnmiş iqtisadiyyat qurmağa çalışırlar. Artıq bu hesaba Çin, Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələr inkişaf etmiş ölkələrin sırasına yaxınlaşmış və bir çox beynəlxalq müzakirədə əsas oyunçulara çevrilmişlər. Məsələn, Çin son 30 ildə iqtisadiyyatını sürətlə böyüdərək, qlobal ticarətdə və istehsalda əsas iştirakçıya çevrilmişdir. 

Belə bir zamanda  Qlobal Cənub QHT  Platformasının (Global South NGO Platform) yaradılması yeni dünya nizamının formalaşmasında mühüm addım kimi diqqət çəkir.  Hazırda Qlobal Cənub QHT Platformasına rəhbərliyin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq arenada moderator və lider kimi artan rolundan xəbər verir. Azərbaycandan sonra təsisatın hansı ölkə olmasından asılı olmayaraq, onun daimi mənzil-qərargahı Bakıda qalacaq. Platforma inkişaf etməkdə olan ölkələrdəki qeyri-hökumət təşkilatlarının gücləndirilməsi, əməkdaşlığın artırılması və bu ölkələrin beynəlxalq səviyyədə daha güclü səslərinin olmasına şərait yaratmaq üçün təsis edilmişdir. Üstəlik, Cənub bölgəsinin QHT-lərinin insan hüquqları, sosial ədalət, iqtisadi bərabərlik, təbii sərvətlərin qorunması və sülhün təşviqi sahələrində fəaliyyətlərini birləşdirərək daha səmərəli inkişaf yolu yaratmaq məqsədini daşıyır. Bunun üçün QHT-lər bir-birinin fəaliyyətlərindən öyrənir, uğurlu işlərini paylaşır və birgə layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla, xüsusən BMT, Dünya Bankı, Dünya Ticarət Təşkilatı kimi qurumlarla əlaqə quraraq Cənub ölkələrinin mövqelərini müdafiə edirlər.

28-29 aprel 2025-ci ildə Bakıda "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda geniş bir konfransın keçirilməsi bu təşkilatın nə qədər önəm daşıdığının göstəricisidir. Əslində, bu zamana kimi ölkəmizdə keçirilən böyük tədbirlər ya BMT və digər  beynəlxalq təşkilatlar, ya da Azərbaycan dövlətinin xətti ilə  həyata keçirilirdi. Bu tədbirin isə təşəbbüskarı və təşkilatçısı  QHT-lər idi. Aprelin 29-da  konfrans çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8)  daxil olan ölkələrin  QHT-lərinin ilk görüşü baş tutdu.  "Sərhədləri aşmaq: firavan gələcək naminə D-8 əməkdaşlığı" adlı yan tədbirdə məlum oldu ki, dünya müsəlmanlarının 60 faizinin yaşadığı və böyük iqtisadi potensiala malik D-8 ölkələrinin QHT-lərinin bu görüşə çox böyük ehtiyacı varmış.

Xatırladaq ki, D-8 1997-ci il iyunun 15-də İstanbulda rəsmən elan edilib. Təşkilat inkişaf etməkdə olan 8  müsəlman ölkəsinin birgə əməkdaşlıq və iqtisadi inkişafını təşviq etmək məqsədini güdür. D-8-ə  üzv ölkələr Türkiyə, İran, İndoneziya, Pakistan, Misir, Nigeriya, Banqladeş və Malayziyadır.  Təşkilatın əsas məqsədi üzv ölkələr arasında ticarət, iqtisadi əməkdaşlıq, texnoloji inkişaf və sosial rifahı artırmaqdır. 2017-ci ilin aprel ayından D-8-ə müşahidəçi ölkə statusunda qoşulan Azərbaycan 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə keçirilən XI sammit zamanı yekdilliklə üzv seçilib. Bununla da təşkilatın sıraları ilk dəfə genişlənib. D-8 ölkələrinin böyük və tanınmış qeyri-hökumət təşkilatları  adətən müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu təşkilatlar həm sosial, həm də iqtisadi sahələrdə əməkdaşlıq, inkişaf, hüquqların müdafiəsi, mühitin qorunması və digər önəmli məsələlərdə rol oynayırlar. 

Banqladeşin sosial inkişaf və iqtisadi yardımlar sahəsində fəaliyyət göstərən "BRAC" və qadınların iqtisadi müstəqilliyini dəstəkləyən "Grameen Bank", Pakistanın humanitar yardımlar, təcili yardım və sosial xidmətlər sahəsində  fəaliyyət göstərən "The Edhi Foundation", Türkiyənin fəlakət bölgələrində yardım fəaliyyətlərini həyata keçirən "Red Crescent", Pakistanın sosial və iqtisadi inkişaf layihələri ilə məşğul olan  "Akhuwat Foundation", Misirin  yoxsul ailələrə və ehtiyacı olan şəxslərə sosial yardım təqdim edən "Egyptian Society for Social Support", İndoneziyanin  ekoloji məsələlər, təbii sərvətlərin qorunması və iqlim dəyişmələrii ilə mübarizə aparan  "Indonesia's Green Peace Foundation" kimi QHT-ləri bu qəbildəndir. Bu təşkilatların  hər biri D-8 ölkələrində ciddi sosial təsirə malikdir və təbii ki,  yuxarıda qeyd etdiyimiz kimi, təkcə yerli səviyyədə deyil,  regionlararası əməkdaşlıq və inkişaf sahələrində böyük rol oynayırlar. Eləcə də daxili və regional problemlərin həllində fəal iştirak edir, hər bir ölkənin özünəməxsus sosial və iqtisadi ehtiyaclarına uyğun olaraq,  hökumət və beynəlxalq təşkilatlara təkliflər verir, müxtəlif layihələrə dəstək olurlar.

Qlobal Cənub QHT Platforması inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərinin dünya səhnəsindəki təsirini artırmaq yolunda addımlar atır. Lakin bu yolda qarşıya çıxan çətinliklər və resurs çatışmazlıqlarının mövcudluğu da sirr deyil. Gələcəkdə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıqların gücləndirilməsi Qlobal Cənub ölkələrinin daha da irəliləməsi və dünya səviyyəsində  bərabər, ədalətli bir cəmiyyətin qurulması üçün mühüm rol oynayacaq. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Deputat: Hazırkı mürəkkəb qlobal mühitdə parlament diplomatiyasının rolu getdikcə artır  

15:33
05 Dekabr

Maia Paçkoriya: Media təhsili Azərbaycan və Gürcüstan üçün strateji prioritetə çevrilir  

15:13
05 Dekabr

Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa olunub  

15:13
05 Dekabr

İşğaldan azad edilmiş ərazilərdə 11 avtomat hidroloji, 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılıb  

15:11
05 Dekabr

Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb  

14:54
05 Dekabr

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

14:53
05 Dekabr

TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanıb  

14:52
05 Dekabr

Ermənistandan didərgin düşmüş azərbaycanlıların mədəni irsinin bərpası məsələsi müzakirə edilib  

14:49
05 Dekabr

Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi yolları müzakirə edilib 

14:17
05 Dekabr

Amerikalı professor: Ermənistan kontekstində azərbaycanlılara aid toponimlər ciddi dəyişikliklərə məruz qalıb  

14:16
05 Dekabr

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb  

14:15
05 Dekabr

İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti: Qərbi Azərbaycana qayıdış yalnız fiziki əşyaların bərpası ilə məhdudlaşmamalıdır  

14:15
05 Dekabr

Carlo Marino: Beynəlxalq ictimaiyyətin dəstəyi Qərbi azərbaycanlıların geri qayıdışını sürətləndirəcək  

14:14
05 Dekabr

TDT-nin Baş katibi: Təşkilata üzv olan ölkələr böyük iqtisadi potensiala malikdirlər  

14:13
05 Dekabr

İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur  

14:12
05 Dekabr

“Qurani-Kərim” Rusiyada ən çox oxunan kitablardan biridir  

14:09
05 Dekabr

Nazir müavini: Azərbaycanda son dörd ildə 12 milyondan çox ağac əkilib  

13:58
05 Dekabr

ABŞ immiqrasiya qadağasına məruz qalan ölkələrin siyahısını genişləndirəcək  

13:47
05 Dekabr

          Göygöldə Rumıniyanın Milli Günü qeyd edilmişdir  

13:23
05 Dekabr

TDT-yə üzv ölkələrin nazirləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər  

12:47
05 Dekabr

Horovluya qayıdış davam edir, bu gün 18 ailə kəndə yola salınıb  

12:46
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!