14 Dekabr 2024 08:50
856
İQTİSADİYYAT
A- A+
Qış turizmi başlayır

Qış turizmi başlayır


İsti idman dəstinizi və xizəklərinizi hazırlayın, "ağ" təbiət sizi gözləyir


Azərbaycanda turizmin inkişafına göstərilən diqqət və verilən dəstək bu sektoru qeyri-neft iqtisadiyyatının aparıcı və gəlirli sahəsinə çevirib. O səbəbdən hazırda ölkəmizdə yüzlərlə müxtəlif istiqamətli turizm şirkəti fəaliyyət göstərir. 

Son illər Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım da  bununla bağlıdır. Rəsmi statistikaya görə, cari ilin 9 ayında Azərbaycana gələn xarici turistlərin sayı 29,1 faiz artıb. Rusiya, Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı, Gürcüstan, Qazaxıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Çin, Küveyt, Ukrayna, İtaliya, Polşa, Misir, Almaniya, Bəhreyn, Oman və Belarusdan gələn turistlərin sayında bu artım daha çoxdur. Elə bu statistik rəqəmlər deməyə əsas verir ki, Azərbaycanı turizm ölkələri sırasına aid etmək olar. Ölkəmizin zəngin təbiəti, Bakının özəlliyi, memarlıq möcüzələrinin çoxluğu, palçıq vulkanları, zəngin milli kulinariya, neft kurortu olan Naftalan, dünya irs siyahısına salınmış İçərişəhər və Şirvanşahlar Sarayı, Qız qalası, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Hırkan meşələri, Xınalığın tarixi mənzərəsi, "İpək yolu" şəhəri Şəki, valehedici Xəzər dənizi və s. özəllikləri olan Azərbaycan da turizm diyarı olmayıb, hara olasıdır ki?!

Ölkəmizə gələn qonaqlar qədim tikililərlə yanaşı,  əzəməti və möhtəşəmliyi ilə diqqəti cəlb edən Dövlət Bayrağı Meydanı, Bakı "Kristal zal"ı, "Gülüstan" sarayı, Heydər Əliyev Mərkəzi və "Alov qüllələri"ni görəndə təəccüblərini gizlədə bilmirlər. Bu sözləri regionlara səfər edən turistlər haqqında da demək olar. Şəkini, Qəbələni, Qubanı, Qusarı, cənub zonasını, qərb bölgəsini, son vaxtlarsa Şuşanı, Laçını gəzənlər Azərbaycanın təbiətinə valeh olduqlarını dönə-dönə dilə gətirirlər.

Hazırda qışın astanasındayıq. Baxmayaraq ki, Azərbaycanda qış  fəsli son vaxtlar elə də sərt və şaxtalı keçmir, amma qış turizmi həvəskarlarının ölkəmizə gəlişi ilbəil artır. Qəbələdəki "Tufandağ", Qusardakı "Şahdağ" qış-yay turizm kompleksləri xizək həvəskarlarının sevimli istirahət məkanlarıdır. Dünyada ən mükəmməl layihələrdən olan Azərbaycanın ilk dağ-xizək kurortu "Şahdağ" digər istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu mərkəz ilboyu fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən "Şahdağ"ın ərazisi 2058 hektardır. Kompleksdə "Qaya" və "Zirvə" kimi hotellər fəaliyyət göstərir. Müasir tələblərə cavab verən  "Tufandağ"a da yerli və xarici turistlərin, xüsusən körfəz ölkələrindən gələn qonaqların böyük marağı var.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyir ki, qış turizmi Azərbaycanda turizm xidmətlərində yüksək paya malik olan istiqamətlərdəndir: "Daxili və gəlmə turizmdə qış turizminin payı getdikcə daha da artır. Nəzərə almaq lazımdır ki, ölkə ərazisində infrastruktur formalaşdırılıb, kifayət qədər imkanlar var və təbii ki, daha çox turistin cəlb edilməsi mümkündür. Digər tərəfdən isə qış turizminə marağın artması qlobal olaraq müşahidə edilir. Bu il də qış turizmi Azərbaycanda turizm gəlirlərində yüksək paya malik olacaq. Ümumiyyətlə, növbəti illərdə qış turizminin turizm sektorundakı payının artması gözlənilir. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda da qış turizminə üstünlük veriləcək".

Yeni ilə çox qalmayıb. Deməli, qış tətili yaxınlaşır və istirahət üçün bir neçə günlük fürsət olacaq. Tətil günlərində ölkə vətəndaşları istirahətlərini harada keçirəcəkləri barədə yəqin ki, indidən plan qurublar. O səbəbdən deyə bilərik ki, həmin günlər daxili turizm məkanlarına tələbat yüksək olacaq. Qalır bu tələbatı həm qiymət, həm də xidmət sarıdan  qarşılamaq ki, bu da başqa mövzunun söhbətidir. Amma təkcə onu qeyd edək ki,  regionlarımızda bu tələbi qarşılamaq üçün hər cür imkan olsa da, bəzən "fürsətdir" deyib çox qazanmaq istəyənlər qonaqların istirahətini burunlarından tökürlər.

Böyük Qafqaz dağlarında cənnət yaratmış Azərbaycanın qışı da möcüzədir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın bu möcüzəsindən, istər yerli olsun, istərsə də əcnəbi,  kim zövq almırsa, özünü qınasın.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Exit-poll: qazaxıstanlılar yeni Konstitusiyanı dəstəkləyib

23:59
15 Mart

Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

23:25
15 Mart

Azərbaycan güləşçisi Serbiyada qızıl medal qazanıb YENİLƏNİB

23:01
15 Mart

Bağdad Hava Limanı və ətrafına raketlər atılıb

22:56
15 Mart

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olunub  

22:22
15 Mart

Qazaxıstanda keçirilən referendumda seçici fəallığı 73,24 faiz olub

20:36
15 Mart

Misli Premyer Liqası: “Neftçi” “Qəbələ”ni məğlub edib

20:03
15 Mart

ABŞ digər ölkələrin Hörmüz boğazı ilə bağlı səylərini dəstəkləməsini gözləyir

19:52
15 Mart

Zelenski Trampla görüşmək istəyir  

18:49
15 Mart

Rusiya, Qazaxıstan və Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunub  

18:05
15 Mart

Yeran Lovetti: Qlobal problemlərin müzakirəsi Azərbaycana yalnız nüfuz qazandırır

17:57
15 Mart

Misli Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

17:01
15 Mart

İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

16:48
15 Mart

Türkiyə XİN: İrqçiliklə mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verməyi davam etdirəcəyik

16:31
15 Mart

Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA-nı və 6 ballistik raketi zərərsizləşdirib

15:13
15 Mart

Ukrayna ABŞ-yə 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib

15:02
15 Mart

İrandan Azərbaycana növbəti təxliyə: daha 6 nəfər sərhədi keçib  

14:53
15 Mart

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

14:42
15 Mart

Əraqçi: Hörmüz boğazı ABŞ və onun müttəfiqləri istisna olmaqla, hər kəs üçün açıqdır  

14:38
15 Mart

Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib

14:23
15 Mart

Zelenski: Ukrayna parlamentində çalışmaq istəməyən deputatlar cəbhəyə xidmətə getməlidirlər

14:06
15 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!