“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
Yanvarın 21-də Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. Komitə sədri iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edildiyini diqqətə çatdırıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tahir Rzayev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edərək bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də inkişaf edir.
Komitə sədri qeyd edib ki, hesabat dövründə komitənin 12 iclası keçirilib və 13 məsələyə baxılıb. “Taxıl haqqında”, “Atçılıq haqqında”, Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişikliklər müzakirə edilib, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.
Komitə sədri vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 40 məktub, təklif, ərizə daxil olub. Müraciətlərin 22-si qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək həll olunub.
Hesabat dövründə komitə üzvləri ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəalıq göstərib, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların anım tədbirlərində iştirak edib, şəhid ailələrinə və qazilərə dəstək verib, ölkəmizin iqtisadi və aqrar sahədə əldə etdiyi uğurlar barədə seçicilərini məlumatlandırıblar. Bundan başqa, aqrar sektorun inkişafı və perspektivləri ilə əlaqədar komitə üzvləri müvafiq dövlət qurumları ilə əlaqə saxlayıblar, müxtəlif konfrans, yığıncaq və tədbirlərdə, mətbuat səhifələrində çıxış ediblər.
Komitə sədri payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətindən, beynəlxalq tədbirlərdə videokonfrans formatında iştiraklarından söz açıb və ümumilikdə, Milli Məclisin ötən dövr ərzində qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.
Sonra iclasda komitənin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib. T.Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, şəhid ailələri və qazilər ilə görüşlər, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar müzakirələrin keçirilməsi planlaşdırılıb.
Tədbirdə Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev, komitənin üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov və Müşfiq Cəfərov çıxış edərək ölkədə gedən ictimai-siyasi proseslərdən, aqrar sektorun inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə öz fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Aqrar siyasət komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Can Azərbaycanın Müstəqillik Günündə sizinlə bərabər olmaqd...
28 May
Parisdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının qəbirləri ziyarət edilib
28 May
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalın...
28 May
Azərbaycan XİN: Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdlə...
28 May
Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat həqiqəti əks etdirmir ...
28 May
Praqada Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
28 May
AMEA və Türkiyə Elmlər Akademiyasının texnologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə edili...
28 May
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mər...
28 May
Prezident İlham Əliyev: Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir
28 May
Prezident İlham Əliyev: “TEKNOFEST-Azərbaycan” Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişidir...
28 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!