13 Sentyabr 2024 08:45
330
SİYASƏT
A- A+
Qərbi azərbaycanlılar əzəli yurd yerlərinə qayıtmalıdırlar

Qərbi azərbaycanlılar əzəli yurd yerlərinə qayıtmalıdırlar

 

Qərbi Azərbaycan İcması bəyanatlarında dəfələrlə bildirmişdi ki,  Ermənistan törətdiyi soyqırımına görə məsuliyyətini etiraf etməli və sülh naminə zəruri addımlar atmalıdır. 
Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı mədəni irsimizi bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasətini dayandırmalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və yer adları dəyişikliklərini ləğv etməlidir.
Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdırılmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar.
Qərbi Azərbaycan İcması 1988-1991-ci illərdə indiki Ermənistandan qovulmuş 50 mindən çox ailənin yarıdan çoxuna dəymiş ziyanı hesablamış, hazırda bu işlər dəqiqliyi ilə davam etdirilir. İcma yerlərdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdə Ermənistandan zorla qovulmuş soydaşlarımızın hər bir ailə üzvü və sənədləri ilə maraqlanır, Qayıdış Konsepsiyasının qayda və tövsiyələri ilə onları tanış edirlər. İndiyədək həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130-dan çox kəndin siyahısı hazırlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması üzərində ciddi iş aparır. Dədə-baba yurdlarından didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək məsələsini qarşıya qoyan Qərbi Azərbaycan İcması o yerlərdəki tarixi mədəni abidələrin, məhəllələrin taleyi ilə maraqlanır, həm də vaxtilə elindən-obasından zorla köçürülmüş, deportasiyaya məruz qalmış ailələrin nümayəndələri ilə görüşür, tarixin gizli və qaranlıq səhifələrinə aydınlıq gətirir. Araşdırmalardan məlum olur ki, yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başlamışdır. 1948-1952, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulmuşlar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb.
Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də torpaqlarımızın işğalı zamanı  itkin düşmüşdür. Ermənistan tərəfindən törədilmiş məcburi itkindüşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.
Bu məcburi itkindüşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, ədalətin təmin edilməsi və sülh üçün zəruridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkindüşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, bu məsələ üzrə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkindüşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir.
Bütün tarixi sənədləri, arxiv materiallarını, habelə beynəlxalq hüququn norma və prinsiplərini görməzliyə vuran Ermənistandakı revanşist qüvvələr qərbi azərbaycanlıların qayıdış hüququnu pozmağa çalışırlar. Bu barədə qəzetimizə açıqlama verən Qərbi Azərbaycan İcması Ağsaqqallar şurasının sədr müavini, əməkdar elm xadimi, professor Vaqif Şadlinski deyir: 
- Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə "beynəlxalq təminat altında Qarabağa qayıdış"dan dəm vuranların qərbi azərbaycanlıların qayıdış hüqüqunu danmasını kəskin şəkildə pisləyirik.
Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış etmişdir. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlarına rəvac verir.
Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim: Qarabağda keçirilən antiterror tədbirlərindən sonra ləğv olunan qondarma rejimin qalıqlarının yenidən aktivlik nümayiş etdirməsinə görə Qərbi Azərbaycan İcması etiraz bəyanatı yayıb. Qurum bu bəyanatla separatçı rejimin təxribatçı addımlarına qarşı rəsmi Bakının qəti mövqe sərgiləyəcəyi mesajını verib. Amma görünən odur ki, qondarma respublikanın tör-töküntüləri bu xəbərdarlıqdan dərs çıxarmaq əvəzinə daha avantürist gedişlər edirlər. Belə ki, bir müddət əvvəl ləğv olunmuş revanşist rejimin sonuncu prezidenti Samvel Şahramanyan rəhbərlik etdiyi qurumun buraxılması haqqında imzaladığı sənədin Konstitusiyaya zidd olduğunu bildirib. Üstəlik, tələb edib ki, Qarabağdan öz istəyi ilə gedən əhali beynəlxalq zəmanətlərlə geri qayıtmalıdır. Bundan əlavə, din xadimləri də mütəmadi olaraq erməni xalqını "ədalət"i bərpa etməyə səsləyir. Sual olunur, bəs bu "ədalət carçıları" Qərbi Azərbaycan torpaqlarından, min illərlə yaşadıqları dədə-baba yurdlarından qovulanların öz doğma yurduna qayıdışı haqqında niyə ədalətli danışmırlar? Bəzən də "bu məsələyə sonradan baxarıq" deyə riyakarcasına yalan danışmaq, prosesi əngəlləmək mövqeyndən əl çəkmirlər. 
Bu günlərdə Ermənistan parlamentində Qarabağla bağlı yeni qalmaqal yarandı. "Ermənistan" fraksiyasının üzvü Artsvik Minasyan iclasda Azərbaycana qarşı separatçı təklif irəli sürüb. O, "Ermənistan-artsax parlamentlərarası komissiyası"nın iclasının çağırılmasını məsləhət gördü. Parlamentin spikeri Alen Simonyan isə Minasyana xatırladıb ki, qondarma respublika özünü ləğv edib və hazırkı münasibətlər sistemi buna uyğun qurulur. Amma müxalif deputat onunla razılaşmayıb. İddia edib ki, heç kim belə bir qərar verə bilməz. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Parlamentdə yaranan bu xaos son dövrlər separatçıların aktivləşdiyinin bariz sübutudur. 
Bütün bunlar faktiki olaraq yeni müharibənin başlaması istiqamətində atılan təhrikedici addımlar hesab oluna bilər. Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəməyən daha çox xarici qüvvələrdir. Onlar hər vəchlə çalışırlar ki, Cənubi Qafqazda sülh və sabitlik olmasın. Bu xüsusda "qoca qitə" sistemli şəkildə Qarabağdan könüllü gedən ermənilərin geri qayıdışı ilə bağlı qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar yayır. Gündə min sifətə girən Nikol Paşinyanın isə gah gizlin, gah aşkar Qarabağdakı separatçılara dəstəyi beynəlxalq hüququn normalarına tamamilə ziddir. Çünki separatizm bütün dünyada qəbul olunmur. Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını təsdiqləyir.
Ermənistan Qərbi Azərbaycandan olan qaçqınların geri qayıdışını müvəqqəti əngəlləməyə çalışsa da, bunun da bir sonu olacaq. Paşinyan da, İrəvanda yaşayan uşaqdan-böyüyə hamı bilməlidir ki, hər şeyin zamana ehtiyacı var, gec-tez yurd sahibləri öz elinə-obasına qayıdacaqlar.

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!