23 Iyul 2024 09:25
116
DÜNYA
A- A+

Qərb Hayastanı yenə silahlandırır

 

Rusiya yaxın günlərdə İrəvana qarşı təzyiq rıçaqlarından istifadə edəcək

 

Hayastanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyət daha da kritik hədd alıb. Yəni Hayastanda anti-Rusiya siyasəti zaman keçdikcə daha da güclənir.

İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövlətləri, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.

Göründüyü qədərilə, rəsmi İrəvan hərbi müttəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir.  Hər halda, Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyi görünür.

Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurası Hayastan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul edib. Məlumata görə, yardım Avropa Sülh Fondu (APF) çərçivəsində həyata keçiriləcək. Bu, Ermənistan üçün ilk belə qərardır. Məqsəd Hayastan Silahlı Qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bildirilir ki, dəstək həmçinin Hayastanın dayanıqlığını artırmaq və ölkənin Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Ermənistana ayrılan hərbi yardımı şərh edərək deyib ki, təhlükəsizlik Hayastanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementinə çevrilir. Avropa Sülh Fondunun bu tədbiri ölkənin dayanıqlığına daha da töhfə verəcək. Xarici işlər və təhlükəsizlik siyasəti üzrə dialoqu daha da genişləndirməkdə, eləcə də Ermənistanın gələcəkdə Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirakında qarşılıqlı maraq var.

Bu arada erməni analitik Manvel Levonisyan deyib ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atdığı addımlarla Moskvaya qara bir "quş" qoydu, digər tərəfdən də, dünyaya Hayastanı Qərbə doğru çevirdiklərini göstərdi. Hayastan vasitəsilə regiona nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir: "Bəs, İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? 44 günlük müharibədə və ondan sonrakı dövrdə Hayastana xəyanət edən yalnız Rusiyanın özüdür. Kreml Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını heçə saydı. Doğrudanmı, Moskva bu qədər sadəlövh idi ki, İrəvanda heç bir əks-tədbir görülməyəcəyini düşünürdü? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ də Hayastana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında, Rusiya hərbçiləri və FTX-si ilə doludur. Şübhə etmirəm ki, yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq".

Beləliklə, Hayastanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki İrəvan xarici himayədarlarsız yaşaya biləcək iqtidarında olan ölkə deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video