Bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı 54 saylı Mingəçevir, 104 saylı Gədəbəy, 105 saylı Tovuz-Gədəbəy, 106 saylı Tovuz, 107 saylı Tovuz-Qazax-Ağstafa, 108 saylı Ağstafa, 109 saylı Qazax seçki dairələrinin məntəqələrində səsvermə prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddi seçki dairəsi üzrə məntəqələrin ümumi sayı 326, səsvermə hüququ olan ümumi seçicilərin sayı isə 344 min 242 nəfərdir. Ümumilikdə 54 bələdiyyəyə üzvlük uğrunda 1261 namizəd mübarizə aparır. Seçki prosesini 4095 müşahidəçi izləyir.
108 saylı Ağstafa seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Musa Mursaquliyev günün ikinci yarısında seçicilərin fəallıq göstərdiklərini, səsvermə hüquqlarından rahatlıqla istifadə etdiklərini bildirib. Məntəqə üzrə 1343 seçicidən ən yaşlısı olan 81 yaşlı vətəndaş və ən gənc 11 seçici də artıq istədikləri namizədə səs veriblər.
Məntəqədə seçki prosesini izləyən müşahidəçi İsmayıl Omarlı seçicilərin sərbəst və şəffaf səs vermələri üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. “Səhər saatlarından indiyədək məntəqəyə üz tutan hər bir seçicinin səsi qeydə alınır. Seçici fəallığı müşahidə edilir. Gənclər hüquqlarından istifadə edirlər, yaşlılar da rahatlıqla səs verirlər. Seçki prosesi qanunauyğun şəkildə davam edir”, - deyə o bildirib.
Seçicilərdən biri olan Simuzər Musayeva səsvermə hüququndan sərbəst istifadə etdiyini deyib. “Seçki çox yaxşı, şəffaf keçir. İstədiyim namizədə səs verə bildim. Yaradılan şəraitdən razıyam”, - deyə seçici diqqətə çatdırıb.
Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib
Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub
Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub
Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub
Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib
İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır
Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib
Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb
Azərbaycanda əhalinin sayı açıqlanıb
Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb
Kvant dünyasında zaman iki istiqamətdə axa bilər
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Kiyev və Əbu-Dabi ukraynalı əsirlərin geri qaytarılmasını müzakirə ediblər
AMEA-da sinqapurlu alimlərlə görüş olub
A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub
Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb
Vergi xidmətinin 25 illiyi qeyd edilib
Naxçıvanda sahibkarlıq subyektləri çoxalır, yeni iş yerləri artır
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!