02 Avqust 2026 14:20
1078
Mədəniyyət
A- A+
Qəbələ Beynəlxalq Musiqi Festivalında Avstriya və Vyetnamdan gələn tanınmış pianoçular çıxış ediblər 

Qəbələ Beynəlxalq Musiqi Festivalında Avstriya və Vyetnamdan gələn tanınmış pianoçular çıxış ediblər 


Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilən, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçilərinin Azərbaycanın bu qədim bölgəsində bir araya gələrək ifalarını təqdim etməsi artıq ənənə halını alıb.

AZƏRTAC xəbər verir ki, festivalın növbəti günündə Qəbələ Konqres Mərkəzində “Kamera musiqisi axşamı” təşkil olunub. Avstriya və Vyetnamdan gələn tanınmış pianoçuların çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Avstriyalı pianoçu Aleksandr Maria Vaqner və Vyetnamda klassik musiqi və piano sənətinin tanınmış simalarından biri olan Luong To Nhu “Kamera musiqi axşamı”nda K.Debüssinin “Sevinc adası”, F.Şubertin “Dörd əl piano üçün Fantaziya f-moll, op.103”, A.M.Vaqnerin “Mohn” beş miniatür, A.Skryabinin “Fantaziya b-moll, op.28” və T.Quliyevin “Cəmilənin albomu” piano silsiləsi əsərlərini səsləndirib.

Fransamənşəli, Vyetnamda klassik musiqi və piano sənətinin tanınmış simalarından biri olan Luong To Nhu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Qəbələ Beynəlxalq Musiqi Festivalına ilk dəfə qatıldığını və Azərbaycanla tanışlıqdan məmnunluğunu ifadə edib. Gənc olmasına baxmayaraq yetərincə tanınan Luong To Nhu dünyanın tanınan bəstəkar və musiqiçilərindən dərs alıb, bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Qəbələ səhnəsində yer almağın onun gələcək taleyində mühüm rol oynayacağını deyən gənc pianoçu ölkəmizdən, qonaqpərvər insanların xoş rəftarından məmnun qaldığını, gələcəkdə də Azərbaycana gəlmək üçün çalışacağını bildirib.

Avstriyalı pianoçu Aleksandr Maria Vaqner də həmkarının bir çox fikirlərini bölüşür. O bildirir ki, Azərbaycanın bir çox bəstəkarlarının əsərlərini dinləyib. Hətta Tofiq Quliyevin əsərlərindən birini repertuarına daxil edib. Pianoçu bu istiqamətdə fəaliyyətini genişləndirməyi, daha bir neçə dünyaşöhrətli bəstəkarın əsərlərinə müraciət etmək istədiyini söyləyib.

Xatırladaq ki, gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramı təqdim olunacaq. Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” orkestri “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digər filmlərdən musiqi əsərlərini səsləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!