QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır
Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik regional təhlükəsizliyin vacib prioritetləridir. İkinci Qarabağ müharibəsinin nəticəsi bu məqsədə çatmaq üçün münasib imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Fatih Dönmez Zonquldaqda QDİƏT PA-nın İqtisadi Siyasət və İnkişaf Komitəsinin 62-ci iclasında deyib.
F.Dönmezin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmaması Cənubi Qafqazda sülh yolunda əsas maneədir.
“Türkiyə sülh sazişi layihəsi üzrə fikir ayrılıqlarının (Bakı ilə İrəvan arasında – red.) aradan qaldırılmasına töhfə verməyə çalışır”, - deyə Türkiyə nümayəndə heyətinin rəhbəri bildirib.
Eyni zamanda, o, ABŞ, Avropa İttifaqı (Aİ) və bir sıra Qərb ölkələrinin Cənubi Qafqazdakı proseslərə münasibətini balanslaşdırılmamış və birtərəfli adlandırıb. “Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları və bəzi digər Qərb dövlətləri Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqları məsələsində obyektivlikdən uzaqdırlar. Tərəflərdən birinin mövqeyini dəstəkləməklə, digər dövlətin narahatlığına məhəl qoymurlar və bu, şübhəsiz ki, Türkiyənin də narazılığına səbəb olur. Bu münasibət Cənubi Qafqazda problemlərin həllinin açarına çevrilməli olan qərəzsizlik və bütün tərəflərin mövqeyinin nəzərə alınması prinsiplərinə ziddir”, - deyən Dönmez qeyd edib ki, Qərb ölkələrinin yanaşmaları regionda sülh proseslərini ləngidə bilər.
O bildirib ki, Ankara bundan sonra da bütün regionda, o cümlədən Yaxın Şərqdə və Ukraynada ziddiyyətlərin, münaqişələrin həllinə töhfə verməyə çalışacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bütün dünya bilsin!
14 May
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Özbəkistanda da sevinclə qarşılanıb
14 May
Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb...
14 May
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi M...
14 May
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkə...
14 May
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi M...
14 May
"BANK OF BAKU" ASC-nin səhmdarlarının nəzərinə
14 May
К сведению акционеров ОАО "БАНК ОФ БАКУ"
14 May
Ersin Tatar: Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir ...
13 May
Vitse-spiker Adil Əliyev: “Avropa dövlətləri ilə münasibətlərdə yeni mərhələ”
13 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!