19 İyun 2025 08:50
3054
Mədəniyyət
A- A+
Qazandığı uğurlar onu arxayınlaşdırmazdı

Qazandığı uğurlar onu arxayınlaşdırmazdı


Yaxınlarının, doğmalarının dediklərinə görə küçədə, yolda qarşılaşanlar ona salam verəndə: "Salam, Cəbiş müəllim, necəsiz?"- deyə soruşarmışlar. O da cavab verərmiş ki, axı mənim öz adım var. 

Söhbət Azərbaycanın Xalq artisti, görkəmli aktyor Süleyman Ağababa oğlu Ələsgərovdan gedir. Doğrudan da, insanlar bu böyük sənətkarı yüksək məharət və bacarıqla canlandırdığı Cəbiş müəllim obrazı ilə tanıyıb sevərdilər. Təbiidir ki, bu, aktyorun xoşbəxtliyidir, sənət uğurudur, həm də xalqın ona olan sevgisinin sonsuz təcəssümüdür. Bu həm də hər aktyora nəsib olmayan səadətdir. 

Həyat və yaradıcılıq yollarını vərəqlədikcə öyrənirik ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakı şəhərində anadan olub. Yeddiillik təhsilini başa vurduqdan sonra Maliyyə Texnikumuna qəbul olub. Üç il bu təhsil ocağında oxuyub biliklərini artırıb. İmtahanlarını uğurla verərək iqtisadçı diplomu alıb. Hələ kiçik yaşlarından həkim olmaq arzusu ilə yaşayan Süleyman istəyinə çatmaq üçün Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib. Sınaqlardan uğurla keçərək tələbə adı qazanıb. Böyük həvəslə tibb təhsilini uğurla davam etdirib. Gələcəyin böyük aktyoru oxumaq həvəsi ilə teatr dərnəklərinə gedib, bu sahəyə də böyük maraq göstərib. Günlər keçdikcə aktyorluq peşəsinə olan sevgi və məhəbbəti artıb. Süleyman Ələsgərov ilk dəfə səhnəyə 1933-cü ildə Bakıdakı Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Onun sənət yollarında atdığı ilk addım çox uğurlu olub. Dərnəklərə böyük sevgisi onu bu sənətə, səhnəyə daha da möhkəm tellərlə bağlayıb. Aktyorluq sənətinə olan marağı onu həmişəlik olaraq səhnəyə gətirib. Buna görə də tibbi təhsilini yarımçıq qoyub. 

Həyatda səbəbsiz baş verməyən hadisə yoxdur. Özünün də xatirələrindən məlum olur ki, həkimliklə vidalaşmasına səbəb gələcəkdə tamaşaçıların sevimli aktyoruna çevriləcək Xalq artistinin görkəmli sənətkar Əliağa Ağayevlə təsadüfən rastlaşması olub. Süleyman Ələsgərov xatirələrində bu haqda belə deyir: "Bəlkə də səbəbkar rəhmətlik Əliağadır. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda "desyat" dedim. Məndən sonra dayanan oğlansa "odinnadsat" əvəzinə "desyat odin" dedi. Hamı güldü. Nəzarətçi ona neçə dəfə "odinadsat" sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik. Tibb Universitetində oxuyurdum. Bir gün təsadüfən rastlaşdıq, hal-əhval tutduq. Dedi, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən ki kinoyla, teatrla maraqlanan adamıydın? Dedim qismətdi də... Özü də çilingər işləyirmiş. Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyə işarə edirdi. Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gəlməyə. Əliağa özü də orada olurdu. Bizimlə rejissor İbrahim Rəhimli işləyirdi. Bir müddət sonra bizə rollar verdi. Düz üç il təbliğat-təşviqat briqadası ilə işlədik, dənizçilərin qarşısında çıxış etdik. Beləcə dərsdən soyudum, həkim olmaq fikrindən daşındım. Briqadada işləmək mənə sərf edirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabınaydı. Bu mənə bəs edirdi. Sonra bu sənətin aşiqi oldum".

Süleyman Ələsgərov 1936-cı ilin sentyabrında müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına aktyor kimi işə götürülür. Onun çıxışları, oynadığı rollar, canlandırdığı obrazlar münsiflər heyətini heyran qoyurdu. Aktyor kimi işə düzələndən sonra gənc Süleyman Ələsgərov sənət yollarında böyük həvəslə ilk addımlarını atmağa başlayır. Gələcəyin böyük sənətkarı teatrda çox məhsuldar aktyorlardan biri olur. Ən kiçik, epizodik rol olsa belə, Süleyman Ələsgərov onu böyük peşəkarlıqla canlandırmağa çalışır və buna nail olur. 

Görkəmli aktyor Gənc Tamaşaçılar Teatrının səhnəsində yaratdığı Polad ("Qızıl quş"), Fərzəli bəy ("Nəsrəddin"), Aqşin ("Babək"), Vəzir, Oruc ("Fitnə", "Qaraca qız"), Lorenso ("Romeo və Cülyetta") və bir-birindən maraqlı və xarakterik obrazları ilə tamaşaçıların yaddaşında həmişəlik iz qoyur. Müxtəlif tamaşalarda yaratdığı müxtəlif obrazlar onun gələcək həyatının parlaq olacağından xəbər verir. Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq 63 il səhnə ömrü yaşayır. Bu illər onun həyatına qızıl hərflərlə yazılır. 

Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan   bir çox filmlərdə baş rollarla bərabər, epizodik rollarda  da çəkilib. "Yenilməz batalyon", "Babamın babasının babası",   "Bakıda küləklər əsir",  "Bəxtiyar"  "Bir ailəlik bağ evi",  "Bir cənub şəhərində", "Xatirələr sahili",  "İnsan məskən salır",  "İstintaq davam edir",  "Torpaq. Dəniz. Od. Səma"  və digər  filmlərdə o, epizodik rolları çox məharət və peşəkarlıqla oynayıb. Onun üçün rolun böyüyü, kiçiyi yox idi, əsas sənət idi. Ömrünün son anına qədər Süleyman Ələsgərov sənətinə, peşəsinə sadiq qaldı. Səhnədə bir-birindən maraqlı obrazlar yaratdı.

Süleyman Ələsgərova ən böyük şöhrət gətirən, ən çox sevilən  irihəcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda sanki özünü ifa edir. Deyilənlərə görə, o, filmdə olduğu kimi, həyatda da Cəbiş müəllim kimi sakit, sadə və təvazökar bir insan olub. Aktyorun zamanında dediklərindən məlum olur ki, filmin rejissoru Həsən Seyidbəyli film tam hazır olana qədər onun ifasına münasibət bildirməyib. Nə "yaxşı", nə də "pis" deyib. Süleyman Ələsgərov müsahibələrinin birində bu barədə deyib: "Bir dəfə də olsun, demirdi ki, xoşum gələn kimi oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən! Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra tamaşaçılar da tərifləməyə başladı. 1970-ci ildə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu". Ürək və sevgi ilə canlandırdığı Cəbiş müəllim obrazı Süleyman Ələsgərova çox böyük məşhurluq qazandırdı, uğurlar gətirdi. Amma bu uğurlar heç vaxt onu arxayınlaşdırmadı. Daim sənəti üzərində çalışdı, peşəkarlığını artırdı. 

Görkəmli aktyor xatirələrində deyib ki, mən müharibənın ağrılarını  yaşamışam.  Ermənilərin 1918-ci ilin martında Bakıda törətdikləri qırğınların şahidi olmuşam. Həmin vaxtlarda ailəmiz  böyük çətinliklərlə üz-üzə qalmışdı. Şükürlər olsun ki, ermənilərin törətdikləri soyqırımdan sağ-salamat çıxa bildik. Elə  Böyük Vətən müharibəsi illərində  də  dəhşətli cəbhə yolu keçdim.  Bəlkə də elə ona  görə  rejissor Cəbiş müəllimin  rolunu mənə həvalə etdi.

 Gənc Tamaşaçılar Teatrı bir növ onun ömür və yaradıcılıq yolunun bələdçisi olub və xalqa sevdirib. Görkəmli aktyor burada fəxri adlara, mükafatlara layiq  görülüb. Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 1954-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1982-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 1961-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub.

Süleyman Ələsgərov 1998-ci ilin dekabr ayında xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış dekabrın 9-u saat 9-un yarısında qızını yanına çağıraraq deyib ki, ananı niyə qapıda saxlamısan, burax, gəlsin içəri. Mənim vaxtıma hələ var. Səhər saat 6-ya 20 dəqiqə işləmiş gedəcəm. Gecəni narahat yatan Süleyman Ələsgərov doğrudan da, dediyi vaxtda, dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş dünyasını dəyişir. 

Görkəmli aktyorun ölümü sənət dostlarını, doğmalarını və onu sevənləri ürəkdən kədərləndirdi. Onlar yalnız ondan təskinlik tapdılar ki, Xalq artisti Süleyman Ələsgərov müxtəlif illərdə, müxtəlif tamaşa və filmlərdə oynadığı bir-birinə bənzəməyən rollarla, ən başlıcası isə "Bizim Cəbiş müəllim" filmində canlandırdığı obraz ilə həmişə xatırlanacaq və xalqın yaddaşında əbədi olaraq yaşayacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

18:05
15 Yanvar

Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 

18:04
15 Yanvar

Kiyevdə Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə qərargah yaradılıb  

18:02
15 Yanvar

Pakistanın Baş naziri: “ASAN xidmət”in yaradılması Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub  

18:01
15 Yanvar

Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  

18:00
15 Yanvar

Digi24: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmini Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər  

17:49
15 Yanvar

Ekspert: Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir  

17:41
15 Yanvar

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

17:33
15 Yanvar

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq  

17:24
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!