10 Sentyabr 2022 00:50
1643
SİYASƏT
A- A+
Qardaşlığın hərbi gücü

Qardaşlığın hərbi gücü

 

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri döyüş qabiliyyətinin artırılması, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində yeni imkanlar açır

 

Vətən müharibəsi ordumuz üçün həm də bir sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, texnikalardan yararlanma və ən başlıcası isə, vahid komandanlıq sisteminin uğurlu fəaliyyəti şanlı zəfərimizi şərtləndirdi. Bununla yanaşı, çatışmazlıq da müəyyənləşdirildi və aradan qaldırıldı. 
İkinci Qarabağ savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində hazırda mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, onların müasir hərbi texnika və silah-sursatla təchizatı bunun əyani təzahürüdür. Xüsusən də yeni yaradılan Komando briqadaları müasir yeniliklərdən biridir və Azərbaycanda bir ilkdir.
Qalib Komandan İlham Əliyevin göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində qazandığı üstünlüyünün qorunub saxlanmasını təmin edir.

 

Birgə təlimlərin uğurlu nəticələri

 

Bu gün ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi, modernləşdirilməsi prioritet olaraq qalır. Bu baxımdan qardaş Türkiyə Respublikası ilə birgə təlimlər vasitəsilə bu sahədə əməkdaşlığın genişləndirilməsi mühüm strateji əhəmiyyətə malikdir.
2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin aparılması, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də iki ölkənin ordusunun iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.
İki qardaş ölkə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, həm Türkiyədə, həm də ölkəmizdə təlimlər keçirilir. Ötən il iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçirilən "TurAz Şahini - 2021", Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimlər və bu ay ölkəmizdə keçirilən "TurAz Qartalı-2022" birgə taktiki-uçuş təlimi də bu prosesin tərkib hissəsidir. 
Sentyabrın 5-dən başlayan bu təlimin keçirilməsi birgə fəaliyyətlərin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
Dünən başa çatan təlimlərdə ümumilikdə plana uyğun olaraq bazalanma aerodromlarından müəyyənləşdirilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları  icra edirlər. Ssenariyə əsasən, şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları, radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

 

Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürü

 

Göründüyü kimi, iki ölkə arasında birgə təlimlərin sayı kifayət qədər artıb. Bütün bunlar Azərbaycanla Türkiyə arasında 2010-cu ildə imzalanan strateji əməkdaşlıq haqqında sazişə əsasən həyata keçirilir. 
Ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizatdan tutmuş müdafiə sənayesi sahəsinə qədər yeni birgə əməkdaşlıq məsələləri daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. 
Bütün bunlar ilk növbədə Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Əgər Azərbaycanın güclü ordusu və hərbi potensialı olmasaydı, təbii ki, bu cür təlimlər də baş tutmazdı. Gündən-günə müasir tələblərə cavab verən şəxsi heyətin formalaşması, döyüş meydanında praktiki vərdişlərin təkmilləşdirilməsi üçün keçirilən təlimlər ordumuzun gücünə güc qatır. Qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gələn belə güclü və müasir ordumuzun olduğunu görmək insanı qürurlandırır.
Bu, bir həqiqətdir ki, müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etməkdədir. İki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımları ilə nümayiş etdirir. Bu təlimlər də birliyin, qardaşlığın təzahürüdür.
Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə, milli dəyərlər, səmimi dostluq-qardaşlıq və bir çox digər qarşılıqlı tarixi bağlara malik olan Azərbaycan-Türkiyə münasibətləri bu gün özünün ən yüksək zirvəsinə ucalıb. Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan-Türkiyə əlaqələri hazırda mühüm mərhələyə qədəm qoyub.
Bunu şərtləndirən amillər hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq-qardaşlıq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, imzaladıqları mühüm strateji əhəmiyyətli sənədlər, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələrdir. Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı regionda sülhün, təhlükəsizliyin, yüksəlişin və həmrəyliyin qarantıdır.
Atılan qəti addımlarla Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığını bütün sahələr üzrə davamlı inkişaf etdirməyə nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca qürurvericidir.
İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə "qardaşım" deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də əsl nümunədir.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!