15 Noyabr 2022 00:58
2655
SİYASƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurun "hava qapıları"

Qarabağ və Şərqi Zəngəzurun "hava qapıları"

 

İki ildə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşası iqtisadi qüdrətin bariz təcəssümüdür

 

44 günlük haqq savaşımızdakı zəfər qarşımıza yeni hədəflər qoydu. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra dərhal bu ərazilərdə bərpa, yenidənqurma işlərinə başladı. Qısa müddətdə görülən işləri isə sözlə ifadə etmək mümkün deyil. Bunu yalnız işğaldan azad edildikdən sonra ermənilər tərəfindən 30 il ərzində viran qoyulmuş əraziləri görmüş, qısa zamanda bərpa və quruculuq işlərinin miqyasının şahidi olmuş insanlar daha yaxşı anlaya bilərlər. Qarabağ və Şərqi Zəngəzurda görülən ilk işlər infrastrukturun bərpası ilə bağlı idi. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə hər səfərində yeni yolların çəkilməsi ilə bağlı tapşırıqlar verir, bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak edirdi.
Təbii ki, qarşıda ilk olaraq Qarabağa və Şərqi Zəngəzura aparan yolların tikilməsi dururdu. Elə iki ildir ki, bu istiqamətdə intensiv işlər görülür. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün hava yolunun salınması  əsas planlar sırasında idi. Azərbaycan qarşıya qoyduğu hər məqsədinə qətiyyəti, öz gücü hesabına çatır. Üzərinə götürdüyü öhdəlikləri daim vaxtından əvvəl yerinə yetirir.
Bir il əvvəl Qarabağın ilk "hava qapısı" Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 aya tikilərək istifadəyə verilməsi də bunun bariz təcəssümüdür. Əsası 2021-ci ilin yanvar ayında qoyulan aeroportun qısa zamanda tikintisinin başa çatması, təbii ki, ölkəmizin iqtisadi gücünün, işğaldan azad olunmuş ərazilərdə görülən işlərin sürətlə həyata keçirilməsinin göstəricisidir. 
Baş nazir Əli Əsədovun 2021-ci il 16 oktyabr tarixli sərəncamı ilə hava limanına beynəlxalq status verildi. Bölgədə ilk beynəlxalq əhəmiyyətli hava limanının açılması, həm də belə qısa vaxtda layihənin yekunlaşması düşmənləri narahat etsə də, dostları sevindirir. Azərbaycanın dar günündə yanında olan qardaş Türkiyə yaxşı günündə də yanında idi. Hava limanının açılışı da Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə baş tutdu. 

 

Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklərin çatdırılması 

 

İşğaldan əvvəlki aeroportun yerində tikilən Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Müasir səviyyədə inşa olunan hava limanının istənilən tip hava gəmisini qəbul etmək şəraiti var. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. 
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan hava hərəkətini idarəetmə qülləsi tikilib ki, bu da  aeroportda  ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Ötən ilin sentyabrında ilk sərnişin təyyarəsini qəbul edən hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan AZAL-ın "Qarabağ" adlı ən böyük "Airbus" A340-500 tipli sərnişin təyyarəsi sınaq reysi keçirərək Füzuli aeroportuna eniş etdi. Həmin gün eyni zamanda "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing" 747-400 tipli təyyarə də hava limanına endi. Bununla da Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırıldı.
Möhtəşəm gündən bir il keçməmiş, bu ilin oktyabr ayında işğaldan azad olunmuş ərazilərimizdə ikinci hava limanı istifadəyə verildi. Bu dəfə Şərqi Zəngəzurun ilk "hava qapısı" açıldı. İki il ərzində iki beynəlxalq statuslu hava limanının istifadəyə verilməsi heç də asan iş deyil. Belə böyük layihələri qısa zaman kəsiyində həyata keçirmək dövlətin qətiyyətli mövqeyindən, iqtisadi gücündən xəbər verir. 
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu. Bir müddət əvvəl isə "Azərbaycan Hava Yolları"nın ən böyük sərnişin təyyarəsi "Airbus" A340-500 bu hava limanına ilk texniki uçuşunu həyata keçirdi. İlyarıma tikilən növbəti aeroportun açılışında yenidən Azərbaycan-Türkiyə birliyinin şahidi olduq. Bu dəfə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdi və azad olunmuş ərazilərdə görülmüş işləri yüksək qiymətləndirərək hər zaman Azərbaycanın yanında olduqlarını bir daha xatırlatdı. 

 

Strateji təyinatlı Laçın hava limanı 

 

Xatırladaq ki, üçüncü hava limanı Laçın şəhərində tikilməkdədir. Prezident İlham Əliyev ötən ilin avqust ayında Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun  2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. 
Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.
Hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri artıq başa çatdırılıb.
Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardır.
İqtisadçılar hesab edirlər ki, hava limanları Qarabağ və Şərqi Zəngəzurun inkişafına müsbət təsirini göstərəcək, eyni zamanda bölgənin turizm potensialı nəzərə alınaraq gələcəkdə onların əhəmiyyəti daha aydın görünəcək. 

 

Hava limanları Böyük qayıdış proqramının sürətlənməsini təmin edir

 

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyir ki, işğaldan azad edilmiş ərazilərimizdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisinin qısa zamanda başa çatdırılaraq istifadəyə verilməsi Azərbaycan hökumətinin heç bir xarici maliyyə almadan, öz güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş quruculuq işləri aparmağa qadir olduğunu təsdiqləyir. Deputatın sözlərinə görə, ölkəmiz Qarabağ və Şərqi Zəngəzurda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə, artan imkanları və gücü hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz qarşıya qoyduğumuz bütün hədəfləri tam vaxtında yerinə yetiririk. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi həm də Böyük qayıdış proqramının sürətlənməsini təmin edir. 
Aydın Hüseynov qeyd edir ki, hava limanlarının həm siyasi, həm də iqtisadi əhəmiyyəti var: "Füzuli Hava Limanı Qarabağın, Zəngilan Hava Limanı isə Zəngəzurun "hava qapısı"dır. Bu limanların siyasi əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə düşmənlərə torpaqlarımıza qayıtdığımızı və məqsədimizin həmin ərazilərdə yüksək səviyyəli həyat şəraitinin yaradılmasının olduğunu göstərir". 
Deputat layihələrin iqtisadi əhəmiyyətinin vacibliyini qeyd edərək deyir ki, azad edilmiş ərazilərin əlverişli coğrafi mövqeyi, ekoturizm imkanları, relyefi xarici turistlər üçün olduqca cəlbedicidir. Bu baxımdan Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları Qarabağın turizminə açılan qapı olacaq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlər Füzuli aeroportundan istifadə edəcəklər, yaxud Kəlbəcər dünyanın ən qiymətli ekoturizm və sağlamlıq istirahət bölgəsi olacaq, oraya da yüz minlərlə insan axışacaq. 
Deputat deyir ki, "Qafqazın İsveçrəsi" hesab edilən Kəlbəcərin mineral suları dünyanın ən qiymətli mənbələrindəndir, "Karlovı Varı"nı geridə qoyacaq nadir sərvətdir. Turistlər bu bölgəyə də hava limanlarından istifadə etməklə rahat və tez bir zamanda çatacaqlar. Azad edilmiş ərazilərin zəngin təbii sərvətləri olduğundan xarici investorlar burada çalışmaq üçün hökumətə müraciət ediblər. Gələcəkdə ən müasir, "yaşıl enerji" layihələrinin icrasında əcnəbi iş adamlarının böyük rolu olacaq. Bu isə bölgəyə marağı artıracaq, xüsusilə də investorların iqtisadi cəlbediciliyi üçün əlverişli stimul yaradacaq. Bu baxımdan hava limanları beynəlxalq tranzit-logistika qovşağına çevrilərək beynəlxalq yükdaşımaların əsas qapısı olacaq.
A. Hüseynov bildirir ki, hava limanları regionun turizm potensialının inkişafında da xüsusi rol oynayacaq. Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edildiyindən ölkəmizə səyahət edəcək turistlərin əsas ünvanına çevriləcək. Turistlər üçün ən zəruri şərtlərdən biri rahat və daha az vaxtı təmin edən yol infrastrukturudur. Bu da yaradılır. Deputat əlavə edib ki, hava limanlarının istifadəyə verilməsi yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyət kəsb edir. Füzuli və Zəngilan hava limanlarında xeyli işçi çalışır, bu onların ərazidə dayanıqlı iş yerlərinin təmin edilməsi deməkdir. Gələcəkdə bu ərazidən beynəlxalq uçuşların sayının artması, yükdaşımalarının həyata keçirilməsi hava limanlarının logistika mərkəzinə çevrilməsinə və nəticədə minlərlə insanın məşğulluğunun təmin edilməsinə gətirib çıxaracaq.

 

Bu hava limanları regionun ixrac imkanlarının genişləndirilməsi üçün vacibdir

 

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, hər üç hava limanı iqtisadi baxımdan səmərəli olacaq. Aeroportlar daxili və xarici turislər üçün cəlbedici olmaqla yanaşı, turist səfərlərini də asanlaşdıracaq. Füzuli Beynəlxalq Hava Limanı Zəfər yoluna inteqrasiya olunduğundan turist səfərlərini daha əlçatan edəcək. Zəngilan Beynəlxalq Hava Limanı isə Zəngəzur dəhlizinə inteqrasiya olunaraq həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımından əhəmiyyətli olacaq.
Zəngilan və Füzuli hava limanlarının iqtisadi göstəricilərinin eyni olduğunu deyən deputat əlavə edir ki, aeroportların uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadrat metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarətdir. Hava limanları ayrı-ayrılıqda saatda 200 sərnişinə xidmət edə bilmək gücündədir.
Vüqar Bayramov bildirir ki, Azərbaycan iki il ərzində işğaldan azad olunmuş ərazilərdə iki beynəlxalq hava limanını istifadəyə verib. Bu, ölkəmizin gücünü,  Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğunu, həmçinin bölgədə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyini göstərir. Regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunmuş ərazilərimizdə üç hava limanına niyə ehtiyac olduğunu bir daha təsdiq edir. Hər üç hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. 
Onun sözlərinə görə, Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan vacib obyektlərdən biridir. Çünki rayonda istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, xarici ölkələrə birbaşa çıxarıla biləcək. Bu hava limanının yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, bundan sonra hava limanı "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Aeroport turizm potensialı nəzərə alınaraq yerli və beynəlxalq uçuşlar baxımından da əhəmiyyətlidir.
Deputat vurğulayır ki, həm sərnişin, həm də yükdaşımalar baxımından kifayət qədər əlverişli mövqedə yerləşən Füzuli Beynəlxalq Hava Limanından rayonda məskunlaşma həyata keçirildikdən sonra geniş istifadə ediləcək. Ümumilikdə hava limanları  ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi üçün vacibdir. Eyni zamanda  aeroportlar Laçın, Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından da önəmlidir. 

 

Sarsılmaz güc, böyük layihələr 

 

Vətən müharibəsindən ötən iki ildə ərazilərimizdə infrastruktur layihələri sürətlə həyata keçirilir. Ən mühüm işlər isə Qarabağ və Şərqi Zəngəzurun avtomobil yollarının respublikanın nəqliyyat şəbəkəsinə qoşulması istiqamətində görülməsidir. Bununla yanaşı, regionun iqtisadi və turizm potensialının artırılması yönündə hava limanlarının istifadəyə verilməsi xüsusi əhəmiyyət kəsb edir.  
Ən önəmlisi isə Azərbaycanın öz gücü hesabına işğaldan azad etdiyi torpaqlarda heç bir xarici dəstək almadan böyük layihələri həyata keçirməsi və qısa müddətdə uğurla yekunlaşdırmasıdır. Görülən bütün bərpa, quruculuq işləri Böyük qayıdışın qısa zamanda həyata keçirilməsinə, illərlə öz dədə-baba, əzəli torpaqlarından uzaq düşmüş vətəndaşların ocaqlarına qaytarılmasını tezləşdirilməsinə xidmət edir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!