12 Fevral 2026 08:15
476
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri davam edir

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri davam edir


Azərbaycan xalqının çoxəsrlik tarixində Vətən müharibəsində qazanılan Zəfər xüsusi yer tutur. Bu tarixi Qələbə hərbi-siyasi uğurumuz, milli qürurumuzun, dövlət iradəsinin və xalqımızın birliyinin təntənəsidir. 

Müharibədən sonra dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi. Qısa müddət ərzində bölgədə tamamilə yeni bir mənzərə formalaşmağa başladı.

5 ildən çoxdur ki, işğaldan azad olunmuş ərazilər böyük tikinti və yenidənqurma məkanına çevrilib. Dövlətimiz tərəfindən həyata keçirilən infrastruktur layihələri fasiləsiz və planlı şəkildə icra olunur. Əsas məqsəd keçmiş məcburi köçkünlərin təhlükəsiz və firavan şəraitdə doğma torpaqlarına qayıdışını təmin etməkdir. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı il dövlət büdcəsində isə bu istiqamətə 3,5 milyard manat, yəni ümumi xərclərin 8,4 faizi nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra edilir. 

Proqramın ümumi icra faizi təqribən 79 faizdir. İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı sərəncamla "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı" layihəsinin hazırlanmasını tapşırıb.

Hər gün Böyük qayıdışın uğurlu nəticələrinin şahidi oluruq. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işləri zaman keçdikcə daha geniş vüsət alır, işğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Bu proses həm də insanların doğma yurdlarına qayıdışı ilə öz real nəticəsini göstərir. 

Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq prosesi planlı şəkildə həyata keçirilir. Yenidən qurulması üçün bütün şəhərlərin baş planları təsdiq olunub. 

Qarabağ və Şərqi Zəngəzurda həm də möhtəşəm yol infrastrukturu qurulur. Beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolu xətləri, körpülər və tunellər inşa edilir. İndiyədək 40-dan artıq avtomobil yolu layihəsinin icrasına başlanılıb. Onlardan bir qismi tamamlanıb (Zəfər yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Füzuli-Hadrut yolları, Əhmədbəyli-Füzuli-Şuşa yolu və s.). Bu yollar regionun iqtisadi və sosial həyatına yeni nəfəs gətirir.

Qeyd edək ki, nəqliyyat sisteminin əsas sütunlarından biri hava yoludur. Azad edilmiş Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikilməsi "Böyük qayıdış" proqramının uğurla icra olunduğunun göstəricisidir. Laçın Hava Limanının istifadəyə verilməsi ilə ölkəmizdə beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Bu hava limanları regionu həm ölkədaxili, həm də beynəlxalq marşrutlarla birləşdirən strateji mərkəzə çevirir.

Bundan əlavə, dəmir yolu layihələri də xüsusi əhəmiyyət daşıyır. Horadiz-Ağbənd dəmir yolu xətti və digər layihələr bölgənin tranzit imkanlarını artırır. Bu xətlər Zəngəzur dəhlizi çərçivəsində regionun iqtisadi rolunu daha da gücləndirir.

Qarabağ və Şərqi Zəngəzur həm də yaşıl məkan kimi inkişaf edir. Bu bölgələr "yaşıl enerji" zonası olacaq. Son 5 il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su-elektrik stansiyası inşa edilib. Onların potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su-elektrik stansiyalarının xəritəsi də tərtib edilib və təqribən 500 meqavat gücündə kiçik su-elektrik stansiyaları inşa olunacaq. 

Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin potensialı 10 GVt həcmində qiymətləndirilir. Artıq istehsal gücü 1100 MVt-a çatan layihələr icra olunur. COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənayemiqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. 

Qarabağın iqtisadiyyatı da sürətlə inkişaf edir. Belə ki, Ağdam Sənaye Parkı, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Laçında yaradılan Aqro və Sənaye Parkı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının hərəkətə gətirilməsinə böyük töhfə verir. 

Bütün bu quruculuq işləri, sadəcə, infrastrukturun bərpası demək deyil. Bu proses həm də vətəndaşların məşğulluğunun təmin edilməsinə xidmət edir. Yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyəti üçün imkanlar genişlənir, sakinlərin sosial rifahı yüksəlir. Qarşıya qoyulan hədəflər və uğurla icra olunan layihələr nəticəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün möhkəm zəmin yaradılır.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa siyasəti regionu müasir nəqliyyat, enerji və sənaye mərkəzinə çevirir. Bu torpaqlarda qurulan yollar, hava limanları, enerji layihələri Böyük qayıdışın dayanıqlı və strateji xarakter daşıdığını bir daha sübut edir.

İşğaldan azad olunan ərazilərdə yenidən məskunlaşma prosesi ardıcıl və uğurla həyata keçirilir. Bu günədək həmin ərazilərdə 30-dan çox yaşayış məntəqəsi yenidən qurulub. Hazırda bu bölgələrdə çalışanlar, eləcə də təhsil alanlar daxil olmaqla 73 mindən çox vətəndaş yaşayır. Bu ilin sonuna kimi işğaldan azad olunan ərazilərimizə köçürülən vətəndaşlarımızın sayının təxminən 130-140 minə çatdırılması planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış tarixi və mədəni irs nümunələrinin bərpası da prioritet istiqamətlərdəndir. Şuşada Yuxarı Gövhər ağa və Saatlı məscidləri, Mehmandarovların malikanə kompleksi və digər abidələr bərpa olunaraq tarixi görkəminə qaytarılıb. Həmçinin Ağdam şəhərində Cümə məscidinin restavrasiyası, İmarət kompleksi və digər tarixi obyektlərin bərpası şəhərin yeni baş planına uyğun şəkildə həyata keçirilir. Bütün bu işlər Qarabağın mədəni kimliyinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Prezident İlham Əliyevin dediyi kimi: "Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq". Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri həmin fikrin real təcəssümüdür. Zəfərdən sonra başlayan bu proses yeni qələbələrin, yeni uğurların əsasını qoyur. Doğma yurdlarına qayıdan insanlar qurur, yaradır və bölgənin inkişafına öz töhfələrini verirlər. Qarabağ və Şərqi Zəngəzur bütün regionun inkişaf mərkəzinə çevrilməkdədir. Böyük qayıdış artıq reallıqdır və bu reallıq Azərbaycan dövlətinin gücünü, iradəsini və gələcəyə olan inamını bir daha nümayiş etdirir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!