22 Avqust 2024 17:02
216
CƏMİYYƏT
A- A+

“Qarabağ KOB-ları” proqramı çərçivəsində Bərdədə təlimlərə başlanılır

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC-nin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağ KOB-ları 2024” proqramı çərçivəsində Bərdə şəhərində təlimlərə başlanılır.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, avqustun 23-dən etibarən keçiriləcək təlimlər “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial Media Marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzularını əhatə edəcək.

Proqram üzrə seçimlərdə iştirak etmiş vətəndaşlarla yanaşı, digər şəxslər - sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ilkin biznes biliklərinə yiyələnmək istəyənlər də təlimlərdə iştirak edə bilərlər. Bərdə şəhərinin Qarabağ Regional Məşğulluq filialında keçiriləcək təlimlərdə iştirak etmək istəyən digər şəxslər (+994) 50 789 38 14 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təlimlərdə iştirak ödənişsizdir.

Qeyd olunub ki, “Qarabağ KOB-ları” proqramının məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Proqramın birinci hissəsi 2023-cü ildə icra edilib. 2024-cü il üzrə proqram isə Qarabağ regionu da daxil olmaqla ümumilikdə altı şəhər və rayon üzrə 70 şəxsi əhatə edəcək. Onlar proqram çərçivəsində biznes və seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin ediləcək. Artıq namizədlərin seçim prosesi başa çatıb və təlimlərə başlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video