23 Avqust 2024 01:27
85
MSK
A- A+

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının qərarı

 

Qərar № 32/152

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 40.1-ci maddəsinə görə seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün lazımi addımlar atılmış, seçki prosesinin iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılmışdır. Çoxsaylı yerli və beynəlxalq (xarici) müşahidəçilər, o cümlədən media nümayəndələri və müxtəlif aşkarlıq institutları seçki kampaniyasında heç bir maneə olmadan, azad və sərbəst şəkildə iştirak edirlər.
Seçkilərdə müxtəlif metod və vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərinin səmərəli tətbiq olunması səsvermə günü seçki məntəqələrindəki prosesləri əvvəldən axıradək fasiləsiz izləməyi, arasıkəsilmədən, dolğun və əhatəli müşahidə aparmağı, beləliklə, şəffaflığın daha geniş miqyasda gerçəkləşdirilməsini tam təmin edir.
Bütün digər vasitələrlə yanaşı, seçki günü səsvermə məntəqələrində proseslərin gedişinin hər kəs üçün açıq platformada bütünlüklə və fasiləsiz olaraq real vaxt rejimində internet istifadəçiləri tərəfindən heç bir qeydiyyat tələb olunmadan müşahidə edilməsi məqsədilə 2008-ci ildən etibarən ölkədə keçirilən seçki və referendumlarda veb-kameralardan istifadə təcrübəsi müvəffəqiyyətlə tətbiq olunur. Əvvəlcə 500, sonradan isə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar seçki məntəqələri fəaliyyətə başladığı vaxtdan, səsvermə prosesi, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi də daxil olmaqla, bütün prosedurların asanlıqla müşahidəsinə, aşkarlığın və şəffaflığın ən yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Ölkədə keçirilən seçkilərin izlənilməsinə qatılmış çoxsaylı aşkarlıq institutları, yerli və beynəlxalq (xarici) müşahidəçilər, media nümayəndələri, eləcə də peşəkar seçki mütəxəssisləri veb-kameralardan istifadəni mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirmiş, bir sıra ölkələr öz seçki praktikalarında bu səmərəli təcrübədən bəhrələnməklə müvafiq layihələrin tətbiqi istiqamətində addımlar atmışlar.
Seçki günü ictimaiyyətin səsvermənin gedişini veb-kameralarla müşahidəsi yolu ilə də aşkarlığın təmin edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) özündə ümumi qaydaları ehtiva edən "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nı qəbul etmişdir. 
Yuxarıda qeyd edilənləri, həmçinin seçki günü proseslərində şəffaflığın daha da artırılmasına bilavasitə xidmət göstərən bu uğurlu təcrübəni nəzərə alaraq, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə də səsvermə prosesinin texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralar vasitəsilə birbaşa müşahidəsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində respublika üzrə 119 seçki dairəsini əhatə edən 1000 (bir min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalı və həmin seçki məntəqələrinin siyahısı dərc olunmalıdır. 
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nın 1.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq qərara alır: 
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermə günü seçki məntəqələrində səsvermə prosesinin, səsvermənin yekunlarının müəyyənləşdirilməsinin və səsvermənin nəticələri haqqında protokolun doldurulmasının əvvəldən axıradək fasiləsiz müşahidəsi məqsədilə 119 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılsın. 
2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülərək başa çatdırılsın. 
3. Veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı dərc olunsun (siyahı əlavə edilir). 
4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

22.08.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video