05 Fevral 2026 08:15
823
CƏMİYYƏT
A- A+
Qanun layihələri və onların şərhi

Qanun layihələri və onların şərhi


Özəl klinikalarda onkoloji xəstələrin müalicə imkanlarının  genişləndirilməsi gözlənilir


Xəbər verildiyi kimi, parlamentin yaz sessiyasının ilk iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihə (birinci oxunuş) müzakirə olunub. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsini təqdim edərək diqqətə çatdırıb ki, müvafiq qanunvericiliyə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Təklif edilən dəyişikliklərdə isə onkoloji xəstələrə göstərilən tibbi yardımın dövlət onkoloji tibb müəssissələri ilə yanaşı, özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsi ehtiva olunur. 

Ə.Əmiraslanov daha sonra qeyd edib ki, bu gün Azərbaycanda onkoloji xəstələrə keyfiyyətli tibbi xidmət göstərə biləcək özəl müəssisələrin sayı çox azdır. "Bu qanunun qəbulu o demək deyil ki, bütün özəl tibb müəssisələri onkoloji xəstələrə tibbi yardım göstərəcək. Bununla bağlı özəl klinikalarda monitorinqlər aparılacaq. Artıq müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə saxlanılıb, danışıqlar aparılıb. Monitorinqdən sonra hansı özəl klinikanın maddi-texniki bazası, kadr potensialı onkoloji xəstələrə keyfiyyətli tibbi yardım göstərə biləcəksə, klinik protokollara uyğun yardım həyata keçiriləcəksə, o xəstəxanalara da lisenziya veriləcək. Bunların hesabatlılığı isə Dövlət Onkoloji Tibb Müəssisələrinin qarşısında olacaq. Onkoloji Elmi Mərkəz bütövlükdə əhaliyə göstərilən onkoloji xidmətə cavabdeh olan bir orqandır və bütün statistika, hesabatlar dövlət tibb müəssisələrindəki kimi özəl tibb müəssisələrindən də onkoloji xəstəxanalara veriləcək. Bu məsələyə son dərəcədə ciddi yanaşılmalıdır. Hansı özəl xəstəxananın buna imkanı varsa, o da həmin tibbi xidməti göstərəcək", - deyə o bildirib.

Qeyd edək ki, müzakirəyə çıxarılan qanunvericilik dəyişiklikləri onkoloji yardımın göstərilməsi sahəsində yeni yanaşmaların tətbiqini nəzərdə tutur. 

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, onkoloji yardımın həyata keçirilməsi özəl tibb müəssisələrində yalnız Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş standartlara cavab verən müəssisələr üçün mümkündür. Bu standartlara uyğunluq təsdiq edildikdən sonra həmin müəssisələr müvafiq qaydada lisenziyalaşdırılır və onkoloji xidmət göstərmək üçün xüsusi lisenziyaya malik olmalıdırlar. Sözügedən lisenziyada onkoloji xidmətin göstərilməsinə ayrıca icazə verilməlidir.

Deputat qeyd edib ki, ümumilikdə tibb fəaliyyəti lisenziyalaşdırılan sahədir və onun tərkibində onkoloji xidmətlərin göstərilməsi üçün xüsusi meyarlara cavab vermək tələb olunur. Yalnız bu meyarlara uyğun olan tibb müəssisələri onkoloji xidmət göstərə bilər. Bu məsələlər mövcud qanunvericilikdə öz əksini tapıb. 

M.Məmmədli diqqətə çatdırıb ki, hazırda onkoloji xəstələrə yardım, əsasən, dövlət proqramı çərçivəsində dövlət tibb müəssisələrində həyata keçirilir. Dövlət proqramı ilə nəzərdə tutulan müalicə sistemləri yalnız dövlət müəssisələri tərəfindən icra olunur. Onkoloji xidmətlər icbari tibbi sığortanın əsas Xidmətlər Zərfinə daxil deyil. Yalnız bəzi müayinə və diaqnostik metodlar icbari tibbi sığorta çərçivəsində təmin edilir. 

Deputat əlavə edib ki, özəl klinikaların onkoloji xidmət göstərməsi üçün cavab verməli olduğu meyarlar qanunvericilikdə qismən əks olunub. Belə ki, bu sahədə fəaliyyət göstərmək üçün müasir tibbi-texniki tələblərə cavab verən avadanlıqlar, diaqnostik tədbirlərin aparılması üçün uyğun infrastruktur, eləcə də kifayət qədər ixtisaslı kadr, elmi potensial və orta tibb işçiləri mövcud olmalıdır. Konkret və detallı meyarlar isə qanun qüvvəyə mindikdən sonra Səhiyyə Nazirliyi tərəfindən hazırlanacaq müvafiq təlimat və qaydalarda əksini tapacaq. Çünki qanunvericilik ümumi müddəaları müəyyən edir, detallı tənzimləmələr isə icraedici normativ sənədlərlə həyata keçirilir.

"Qanunun qəbulu ilə onkoloji yardımın göstərilməsində çeşidlilik artırılır. Strateji məqsəd gələcəkdə bütün tibbi xidmətlərin icbari tibbi sığorta ilə əhatə olunmasıdır. Hazırda dövlət tibb müəssisələri məhdud sayda və spesifik xidmətlər göstərdiyi üçün ciddi xəstə yükü mövcuddur. Ödənişli müalicə almaq istəyən vətəndaşların özəl sektora müraciət etməsi dövlət müəssisələrinin yükünün azalmasına xidmət edəcək. Bununla belə, bütün proseslər, prosedurlar və müalicə protokolları Səhiyyə Nazirliyinin, eləcə də müvafiq ixtisaslaşmış onkoloji mərkəzlərin tibbi və elmi tövsiyələri çərçivəsində həyata keçiriləcək", - deyə Müşfiq Məmmədli əlavə edib.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!