01 İyul 2025 08:05
412
SİYASƏT
A- A+
Qanun insanları qorumaq üçündür, öldürmək üçün deyil

Qanun insanları qorumaq üçündür, öldürmək üçün deyil


Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı iki nəfərin ölümü ilə nəticələnən zorakılıq və qanunsuzluq Azərbaycan cəmiyyətini dərindən narahat edir və təəssüfləndirir.

25 il əvvəl baş verən cinayəti araşdırmaq adı ilə aparılan və çoxsaylı qanunsuzluqlarla müşayiət olunan polis axtarış və saxlamalarının ilkin nəticəsi iki ölüm hadisəsi və çoxsaylı ağır bədən xəsarətləridir. İstər- istəməz sual yaranır: məqsəd çoxlarının unutduğu ağır cinayəti törədənləri axtarıb tapmaqdır, yoxsa başqadır?

Zorakılığa məruz qalan və öldürülən insanların Rusiya Federasiyasının vətəndaşları olması hüquq-mühafizə orqanlarının törətdiyi əməllərin ağırlıq dərəcəsini daha da artırır. Belə çıxır ki, bu cəmiyyətdə vətəndaşlıq hüququ etnik və digər mənsubiyyətindən asılı olaraq fərqli məna daşıyır. Qeyd etmək yerinə düşər ki, beynəlxalq hüquq baxımından mənsubiyyətlərindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən  qanuni miqrantlara bərabər münasibət hər bir cəmiyyətdə demokratikliyin, tolerantlığın və insan ləyaqətinə hörmət kimi ümumi dəyərlərə sadiqliyin göstəricisi hesab edilir.

Rusiyada şərəfli əməklə məşğul olan bütün insanlar, o cümlədən miqrantlar hörmətə layiqdirlər. Miqrantlar öz zəhməti ilə halal pul qazanmaqla yanaşı, işlədikləri dövlətin iqtisadiyyatına önəmli töhfə verirlər. ABŞ  statistikasına görə, bu ölkənin büdcəsinə daxil olan vəsaitin hər 6 dollarından biri miqrantların əməyinin nəticəsidir. Rusiyada belə bir statistikanın aparılmasından xəbərsizəm, lakin düşünürəm ki, bu ölkədə də miqrantlar iqtisadiyyata layiqli töhfə verən böyük iş qüvvəsidir. Dolayısı yolla, onlar mahiyyətcə Rusiyanın inkişafına xidmət göstərirlər. İşləməyən və işləmək istəməyən vətəndaş ola bilər, lakin işləməyən miqrant olmur. 

Təəssüf doğuran digər məqam isə RF Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun Azərbaycan tərəfinin hadisə ilə əlaqədar haqlı narahatlıq ifadə etməsinə ən kobud şəkildə münasibət bildirməsidir. Dünya ədəbiyyatına böyük töhfə verən Lev Tolstoyun nəslindən olan bu insan gah Qazaxıstanın dövlətçiliyini şübhə altına alan bəyanatlar verir, gah da Azərbaycanın soydaşlarına qarşı törədilən haqsızlığa etirazını guya Rusiyanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirir, özü də ən kobud ifadələrlə. P.Tolstoy bilməmiş olmaz ki, RF-nın Rossotrudniçestvo adlı dövlət qurumu müxtəlif ölkələrdə yaşayan nəinki rusların, habelə rusdilli insanların hüquqlarını qorumaq kimi əcaib vəzifəni özünün əsas məqsədlərindən biri elan edib. 

İnsan hüquqlarının kobud şəkildə pozulmasına münasibət bildirmək müasir dünyanın qəbul etdiyi vacib dəyərlərdəndir. Eləcə də soydaşlarının hüquqlarının pozulmasından narahatlıq ifadə etmək hər bir xalqın legitim haqqı sayılır. Xüsusilə də əgər polisin qanunsuz əməlləri  iki nəfərin həyatının itirilməsi ilə müşayiət olunursa, onda haqlı ittihamlardan qaçmaq mümkün deyil.

P.Tolstoyun insanlara qarşı polis zorakılığına  etirazlara qadağa qoyması, yumşaq desək , beynəlxalq hüquqa hörmətsizlikdən başqa bir şey deyil. Düzgün yol isə bundan ibarətdir ki, vətəndaşların və insanların hüquqlarına hörmətlə yanaşmağı bacarasan. Onda heç bir irad və anlaşılmazlığa yol qalmayacaq.


Əli ƏHMƏDOV,

Milli Məclis Sədrinin birinci müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!