23 Dekabr 2025 08:27
244
SİYASƏT
A- A+
Qalib xalqın qalib Lideri

Qalib xalqın qalib Lideri


Azərbaycan xalqının çoxəsrlik tarixində taleyüklü anlar, sınaqlarla dolu mərhələlər və şanlı zəfərlər az olmayıb. Bu tarixi yolun ən parlaq və qürurverici səhifələrindən biri isə müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında yazılıb. Bu gün Azərbaycan qalib xalq kimi tanınırsa, bunun arxasında güclü siyasi iradəyə, sarsılmaz mövqeyə və milli maraqlara söykənən qalib lider dayanır.

İlham Əliyev Azərbaycan xalqının etimadını qazanan, bu etimadı real nəticələrlə doğruldan liderdir. Onun rəhbərliyi ilə ölkəmiz müstəqilliyini yalnız hüquqi baxımdan deyil, iqtisadi, siyasi baxımdan da möhkəmləndirib. Dövlət idarəçiliyində ardıcıllıq, prinsipiallıq və qətiyyət Prezident İlham Əliyevin əsas liderlik xüsusiyyətlərindəndir. O, xalqına arxalanan, xalqı ilə birgə qərar verən və xalqını qələbəyə aparan rəhbərdir.

Prezident İlham Əliyevin siyasi fəaliyyətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti əsas istiqamət kimi qorunub saxlanılıb. Bu xətt müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilərək Azərbaycanın güclü, müstəqil və söz sahibi olan dövlətə çevrilməsinə xidmət edib. İqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi, müasir infrastrukturun qurulması və beynəlxalq nüfuzun artması bu siyasətin real nəticələridir.

Azərbaycanın enerji strategiyası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin ən uğurlu nümunələrindən biridir. Reallaşdırılan nəhəng enerji layihələri ölkəmizi regionun əsas enerji mərkəzinə çevirib, iqtisadi müstəqilliyimizi möhkəmləndirib və dövlətin gələcək inkişafı üçün möhkəm təməl yaradıb. Güclü iqtisadiyyat isə güclü ordunun və güclü dövlətin əsas dayağıdır. Məhz bu güclü dövlət və güclü ordu 2020-ci ildə Azərbaycan xalqını tarixi Qələbəyə apardı. 44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də milli ləyaqətin, ədalətin və tarixi haqqın bərpası oldu. Prezident İlham Əliyev bu müharibədə Ali Baş Komandan kimi qətiyyətli, təmkinli və məsuliyyətli lider obrazı ilə tarixə düşdü. Onun verdiyi strateji qərarlar, yürütdüyü prinsipial diplomatiya və xalqla qurduğu sarsılmaz birlik Qələbənin əsas açarı oldu. Bu Qələbə Azərbaycan xalqının öz liderinə olan inamını daha da gücləndirdi. Müharibə dövründə Prezident İlham Əliyevin dünya ictimaiyyəti qarşısında mükəmməl çıxışları, həqiqətləri cəsarətlə müdafiə etməsi və milli mövqedən bir addım da geri çəkilməməsi onun əsl liderlik nümunəsini ortaya qoydu. O, xalqın Müzəffər Ali Baş Komandanı olduğunu sübut etdi.

Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev dünya arenasında yüksək nüfuz qazanmış güclü, qüdrətli dövlət qurub. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ardıcıl olaraq həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də informasiya məkanında möhtəşəm qələbələr qazanır. Bu gün ölkəmiz öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan və Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpası ilə ədalətin və beynəlxalq hüququn təntənəsinə çevrilən Böyük Qələbənin salnaməsi tarixə qızıl hərflərlə yazılıb.

Düşünülmüş və konkret hədəfə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Prezident İlham Əliyev bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə, mötəbər tribunalarda etdiyi açıq və prinsipial çıxışlarla buna nail oldu, dünyanı Azərbaycanın haqlı olduğuna inandıra bildi. Həmçinin münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizi daha da gücləndirdi.

Prezident İlham Əliyev qurucu, birləşdirici və islahatçı dövlət başçısıdır, hadisələrin axarını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Liderdir.

Qələbədən sonra Prezident İlham Əliyev qarşıya daha böyük məqsədlər qoydu. Azad edilmiş torpaqların bərpası, yenidən qurulması və keçmiş məcburi köçkünlərin tarixi yurdlarına qaytarılması dövlət siyasətinin əsas prioritetinə çevrildi. Böyük qayıdış ideyası yalnız fiziki qayıdışı deyil, milli ruhun, ədalətin və tarixi yaddaşın bərpasını ifadə edir. Bu torpaqlarda yüksələn hər yeni bina, çəkilən hər yol qalib xalqın qalib Liderə olan inamının rəmzidir.

Bu gün Azərbaycan regionda güclü, müstəqil və söz sahibi olan dövlətdir. Bu gücün arxasında Prezident İlham Əliyevin qətiyyətli siyasəti, prinsipial mövqeyi dayanır. Qalib lider olmaq təkcə müharibədə qələbə qazanmaq deyil, həmin qələbəni davamlı inkişafa, sabitliyə və firavan gələcəyə çevirməkdir. İlham Əliyev məhz bunu bacaran rəhbərdir.

Azərbaycan xalqı bu gün qürurla deyir: biz qalib xalqıq, çünki bizim qalib Liderimiz var. 

İlham Əliyevin adı müasir Azərbaycan tarixində qələbə, güc, müstəqillik və milli birlik anlayışları ilə birgə çəkilir və bu ad tarixdə daim yaşayacaq.


Mirhaşim CALALOV,

tibb üzrə fəlsəfə doktoru, Vətən müharibəsi iştirakçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

21:13
25 Dekabr

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən  

21:12
25 Dekabr

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovdan  

21:11
25 Dekabr

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimidən  

21:09
25 Dekabr

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyevdən  

20:59
25 Dekabr

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovdan  

20:43
25 Dekabr

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan  

19:18
25 Dekabr

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub  

19:16
25 Dekabr

İtaliya Hərbi Dəniz Akademiyasının məzununa Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub  

19:04
25 Dekabr

Xocalıda istehsal olunan ofis mebelləri və mebel aksesuarlarının 60 faizi ixraca yönələcək  

18:46
25 Dekabr

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

18:39
25 Dekabr

Böyük Qayıdış: Daha 83 ailə Ağdam şəhərinə qayıdıb  

18:26
25 Dekabr

Prezident İlham Əliyev məhkəmə sistemində genişmiqyaslı kadr təyinatları ilə bağlı Sərəncam imzalayıb 

18:14
25 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha bir nəfər Azərbaycana ekstradisiya olunub  

18:07
25 Dekabr

Marşrut avtobuslarında yeni ödəniş sistemi vahid sistemə yol açacaqmı?  

18:01
25 Dekabr

Əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb  

17:47
25 Dekabr

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur  

17:46
25 Dekabr

Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb 

17:45
25 Dekabr

Türkmənistandakı səfirimiz Prezident Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib  

17:43
25 Dekabr

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasında müasir tədris infrastrukturu yaradılıb 

17:42
25 Dekabr

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib  

17:40
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!