25 Dekabr 2025 18:39
146
DÜNYA
A- A+
Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, Azərbaycanın QHT nümayəndələri dekabrın 25-də Donald Trampa açıq məktub yazıblar.

AZƏRTAC xəbər verir ki, bundan əvvəl - 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunun özünə də Açıq Məktub ünvanlayaraq, bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham edib. Qeyd olunub ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutu, ilk növbədə, elan etdiyi missiyaya xəyanət edir. Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu təxribatçı çağırışlarına görə Azərbaycan ictimaiyyətindən üzr istəməyə çağırıb.

Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə “Hüquq, sabitlik və Tramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi” adlanan müraciətində isə deyilir:

“Cənab Prezident,

Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri, insan hüquqları müdafiəçiləri və onilliklər boyu davam etmiş etnik təmizləmənin qurbanları dünyanı xoş niyyətlə istiqamətləndirən Lider olaraq Sizə ən səmimi salamlarımızı çatdırırıq. Sizin liderliyinizdə qlobal sülhə dəyər verən və başqaları tərəfindən mümkünsüz hesab olunan tarixi razılaşmaları vasitəçilik yolu ilə əldə etmək cəsarətini özündə ehtiva edən iradə görürük.

“Lemkin İnstitutu” adlandırılan qurum tərəfindən Sizin şəxsən təşviq etdiyiniz sülhü sarsıtmağa yönəlmiş aparılan son kampaniyalarla bağlı əsaslandırılmış faktları göstərmək məqsədilə Sizə müraciət edirik.

Milad və Yeni ilin emosional ab-havasını fürsət bilən bu qrup həbsdəki məlum şəxslərin azadlığa buraxılması üçün təzyiq göstərməyə çağırış etsələr də, onlar bu ritorika ilə deyil, törətdikləri əməllərə görə qiymətləndirilməlidir. Məhz bu şəxslərin cinayətkar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən beşdəbiri 30 ildən artıq müddət ərzində Ermənistanın işğalı altına düşüb, bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

Sülh yaradan liderliyiniz sayəsində Cənubi Qafqaz regionu son 35 ilin ən dinc dövrünü yaşayır. Bu nailiyyət 2025-ci il avqustun 8-də Vaşinqton Birgə Bəyannaməsi vasitəsilə şəxsən Sizin tərəfinizdən təmin edilib.

Cənab Prezident, dezinformasiya kampaniyaları aparanlar 30 ildən artıq davam etmiş işğal dövründə terrorizmin maliyyələşdirilməsi, təcavüzkar müharibənin aparılması və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə bağlı ittiham olunan şəxsləri “girovlar” kimi qələmə verməyə çalışırlar. Onların əməlləri nəticəsində bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, yüzlərlə mülki yaşayış məntəqəsi sistemli şəkildə məhv edilib.

Saxlanılan şəxslərdən biri əvvəlki dövrdə USAID rəhbəri Samanta Pauer ilə sıx əlaqələri olan, Rusiya-Ermənistanəsilli oliqarx Ruben Vardanyandır. O, Cənubi Qafqaz regionunda sülhün əldə edilməsinin qarşısını almaq məqsədilə Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yaradılmış oyuncaq rejimə “dövlət naziri” kimi göndərilmişdi.

Azərbaycan bu məhkəmə proseslərini şəffaf şəkildə və beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçirir. Ruben Vardanyanla bağlı iş də daxil olmaqla, hüquqi icraatlar məhkəmə kollegiyaları tərəfindən aparılır və ictimaiyyət üçün açıqdır. Bunu dini təqib kimi təqdim etmək cəhdləri tamamilə əsassızdır. Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlər boyu harmoniyada yaşadıqları dünyəvi ölkə olaraq qalır. Məsələn, ötən ay Bakı şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəsmi toplantısı keçirilib. Eyni zamanda, tikintisi Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən ikinci katolik kilsə hazırda paytaxtda inşa olunmaqdadır. Bu faktlar bir daha Azərbaycanın dinlərarası dialoqa və tolerantlığa sadiqliyini nümayiş etdirir. Bu kimi çoxsaylı nümunələr var.

Cənab Prezident, Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişə heç vaxt dini xarakter daşımayıb. Bəzi bədxahlar Sizin şəxsi iştirakınız sayəsində regionda əldə olunmuş sülhü sarsıtmağa cəhd edirlər. Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq, Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə başlanılıb və iqtisadi əlaqələr bərpa edilir.

Siz və administrasiyanız dünyaya göstərdi ki, Amerikanın gücü sülhün qurulması və ədalətin təmin olunmasındadır. Azərbaycan və Ermənistan liderlərinin Sizin Nobel Sülh Mükafatı ilə təltifiniz üçün Nobel Sülh Komitəsinə müraciət etməsini alqışlayırıq.

Sizin liderliyiniz sayəsində dünyanın müxtəlif bölgələrində onilliklər boyu davam etmiş bir sıra münaqişələr artıq keçmişə çevrilib. Biz inanırıq ki, Lemkin İnstitutu kimi pozucu qüvvələr Amerika ictimaiyyətini yanlış istiqamətləndirmək məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər.

Liderliyinizə dərin hörmətlə,

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri:

1. Ramil İskəndərli - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri

2. Vladimir Timoşenko – istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü

3. Novella Cəfəroğlu – Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

4. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri

5. Səltənət Qocamanlı - İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

6. Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzinin sədri

7. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

8. Zaur Məmmədov - Bakı Politoloqlar Klubunun sədri

9. Rey Qasımov - Azərbaycanda Minadanzərərçəkənlər Assosiasiyasının sədri

10. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyasının rəhbəri

11. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri

12. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

13. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi"nin sədri

14. Dilqəm Əhməd – "Çapar” Milli İrsin Tədqiqi Mərkəzinin sədri

15. Fuad Məmmədov – “Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri

16. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

18. Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri

19. Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri

20. Qəmər Bağırova – Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri

21. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

22. Tünzalə Abdüləlimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

23. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri

24. Aqil Camal – Ortaq Dəyərlər İctimai Birliyinin sədri

25. Vüqar Qədirov – Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyinin sədri

26. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri

27. Əhməd Abbasbəyli - Cəmiyyətin İnkişafı Mərkəzinin sədri

28. İradə Rizazadə - Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri

29. Kəramət İsmayılov – İqtisadi Və Sosial İnkişaf Mərkəzinin sədri

30. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

21:13
25 Dekabr

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən  

21:12
25 Dekabr

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovdan  

21:11
25 Dekabr

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimidən  

21:09
25 Dekabr

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyevdən  

20:59
25 Dekabr

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovdan  

20:43
25 Dekabr

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan  

19:18
25 Dekabr

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub  

19:16
25 Dekabr

İtaliya Hərbi Dəniz Akademiyasının məzununa Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub  

19:04
25 Dekabr

Xocalıda istehsal olunan ofis mebelləri və mebel aksesuarlarının 60 faizi ixraca yönələcək  

18:46
25 Dekabr

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

18:39
25 Dekabr

Böyük Qayıdış: Daha 83 ailə Ağdam şəhərinə qayıdıb  

18:26
25 Dekabr

Prezident İlham Əliyev məhkəmə sistemində genişmiqyaslı kadr təyinatları ilə bağlı Sərəncam imzalayıb 

18:14
25 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha bir nəfər Azərbaycana ekstradisiya olunub  

18:07
25 Dekabr

Marşrut avtobuslarında yeni ödəniş sistemi vahid sistemə yol açacaqmı?  

18:01
25 Dekabr

Əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb  

17:47
25 Dekabr

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur  

17:46
25 Dekabr

Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb 

17:45
25 Dekabr

Türkmənistandakı səfirimiz Prezident Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib  

17:43
25 Dekabr

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasında müasir tədris infrastrukturu yaradılıb 

17:42
25 Dekabr

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib  

17:40
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!