30 Aprel 2022 04:03
1534
SİYASƏT
A- A+
Qafqaz gündəliyini İLHAM ƏLİYEV müəyyən edir

Qafqaz gündəliyini İLHAM ƏLİYEV müəyyən edir

 

Azərbaycan Prezidenti bölgənin yeni inkişaf və əməkdaşlıq formatını yaradır

 

Şuşada başlayan "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans dünən işini Bakıda - ADA Universitetində davam etdirdi. Konfransda iştirak edən Prezident İlham Əliyev çıxışında regionda sülhün təmini üçün Azərbaycanın təşəbbüslərini və prioritetlərini açıqladı, yeni mesajlar verdi.

 

Azərbaycanın 5 prinsipi beynəlxalq səviyyədə təqdir olunur

 

Artıq ilyarımdır ki, regionda başqa reallıqlar hakimdir. Torpaqlarını azad edən Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub. Bu reallıqlar həm də ondan ibarətdir ki, dünya ermənilərin Azərbaycan torpaqlarına da dair iddialarını yaxına buraxmır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi isə Prezident İlham Əliyev müəyyən edir.

Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Ermənistana 5 prinsipdən ibarət təklif göndərib. Hazırda normallaşma prosesinin əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasından ibarətdir.

Bu prinsiplər beynəlxalq səviyyədə də təqdir olunur. Avropa İttifaqı da Azərbaycanın təkliflərini dəstəkləyir.

Başqa çıxış yolu olmayan Ermənistanın isə Azərbaycanın beş prinsipini qəbul etməkdən başqa yolu yoxdur. Çünki bunun əksinə getmək sülhə və təhlükəsizliyə qarşı çıxmaq olar ki, bunun da Ermənistan üçün nə ilə nəticələnə biləcəyini İrəvanda yaxşı anlayırlar.

Prezident İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda bu barədə fikirlərini açıqlayıb. Dövlət başçısı bildirib ki, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. "Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir", - deyə Prezident bildirib. Dövlət başçısı onu da bildirib ki, Ermənistan da başa düşməlidir ki, onlar regionda təcrid edilmiş ada kimi yaşaya bilməzlər.

 

Minsk qrupu artıq yoxdur

 

Azərbaycanın yaratdığı yeni reallıqlarda,  regionda münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi"nin gedişatı onun nəticəyönümlü olmasına hesablanıb. Artıq bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Eyni zamanda yeni format göstərir ki, Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib. "Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər", - deyə Prezident İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda deyib.

Bundan əvvəl isə Prezident İlham Əliyev aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Minsk qrupunun fəaliyyətini şərh edərkən demişdi: "Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür, mən bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı".

Dövlət başçısının Minsk qrupu ilə bağlı ironik formada söylədiyi bu sözlər 1992-ci ildən vasitəçilik missiyasını həyata keçirən qrupun fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə verilən ən obyektiv qiymət oldu. Vətən müharibəsinə qədər 28 il müddətdə Dağlıq Qarabağ probleminin yoluna qoyulması istiqamətində irəliyə doğru bir addım da atmağa nail ola bilməyən missiyanın vasitəçiliyinə artıq nə Rusiya, nə də Qərb lüzum görmür. Azərbaycanın yaratdığı yeni reallıqlarda belə bir missiyaya yer olmadığını hər bir tərəf aydın şəkildə dərk edir.

 

Heydər ƏLİYEV:  "Siz bu yetkinlik dövründə heç nə edə bilməyibsinizsə, əlbəttə, nikbinlik üçün heç bir əsas olmayacaqdır"

 

Xatırladaq ki, qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. 1994-cü ildə isə həmsədrlik institutu təsis olunub.

Lakin Vətən müharibəsinə qədər 28 il müddətində  ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət və obyektivlik nümayiş etdirməkdən tamamilə uzaq oldu. İşğalçının da, işğala məruz qalanın da hansı tərəf olduğu aydın şəkildə bəlli olsa da, problemin danışıqlar yolu ilə həllində birbaşa iştirak edən missiya bu dövrdə öz mandatına uyğun fəaliyyət göstərə, münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, üstəlik, daim ikili standartlardan çıxış etdi. BMT qətnamələrinin icrasını, Azərbaycan ərazilərinin işğaldan azad olunmasını Ermənistandan tələb etməyən həmsədrlər həmişə onu da cidd-cəhdlə bəyan edirdilər ki, münaqişənin güc yolu ilə həlli yoxdur. Gözdən pərdə asmaq üçün isə hərdən bir status-kvonun qəbuledilməz olduğunu bildirirdilər.

Zaman göstərdi ki, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqla, Ermənistanın işğal siyasətinə dolayısı ilə dəstək verilirdi. Düşünürdülər ki, illər  ötdükcə Azərbaycan xalqı vəziyyətlə barışacaq. Lakin tarix sübut etdi ki, yanılırdılar.

Minsk qrupunun fəaliyyətsizliyini xalqımızın Ulu Öndəri Heydər Əliyev də həmsədrlərlə görüşdə birbaşa onların özünə deyirdi. Məsələn, 2001-ci ilin noyabr ayında həmsədrləri qəbul edən Ulu Öndər özünəməxsus yumorla və həm də ironiya ilə bu barədə demişdi: "Sizin də, bizim də bir məqsədimiz var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək. Mən dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq 13 yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçibdir, məsələ həll olunmayıbdır. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır". Ulu Öndər fikirlərini davam etdirərək həmsədrlərə xitabən demişdi ki, əgər siz bu yetkinlik dövründə heç nə edə bilməyibsinizsə, əlbəttə, nikbinlik üçün heç bir əsas olmayacaqdır.

 

Xüsusi tapşırıqlar üzrə səfir və Qafqaz bölgəsi danışıqları üzrə ali müşavir

 

2020-ci ilin Vətən müharibəsində torpaqlarını azad edən Azərbaycan göstərdi ki, münaqişəni güc yolu ilə də yoluna qoymaq mümkündür. Beləliklə, Minsk qrupunun 28 ildə edə bilmədiyini İlham Əliyev 44 günə döyüş yolu ilə yoluna qoydu. Ermənistan "dəmir yumruq"la BMT qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edildi.

Maraqlıdır ki, müharibə günlərində də Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayırdılar. Hansı ki, o sülhü onlar heç vaxt təmin edə bilmədilər. Baxmayaraq ki, o sülhü əldə etmək üçün kifayət qədər aydın və konkret mexanizmlər var idi. Bu sülhün əldə edilməsinin yolları beynəlxalq hüquqla  da dəqiq təsbit olunmuşdu.

2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev  Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni güc yolu ilə həll etdiyini və Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özünə bildirdi. Aradan ötən qısa dövr isə göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın yaratdığı reallıqları bölüşür. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel artıq heç bir çıxışında və ya bəyanatında Minsk qrupunun adını belə çəkmir. Rusiya isə xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayevi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndə təyin edib. İqor Xovayev bu missiya ilə bir dəfə Bakıda səfərdə olub. ABŞ-dan olan Endryu Şofer isə Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri kimi bir neçə günlüyə Bakıya gəlmişdi.

Göründüyü kimi, Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu da "status" kimi tarixin arxivinə göndərib. Qafqaz gündəliyini isə birmənalı olaraq İlham Əliyev müəyyən edir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!