29 İyun 2026 11:05
356
Elm və texnika
A- A+
“Psixologiya Zirvəsi – 4” beynəlxalq elmi-praktik konfransı keçirilib

“Psixologiya Zirvəsi – 4” beynəlxalq elmi-praktik konfransı keçirilib


27–28 iyun tarixlərində Bakı Slavyan Universiteti (BSU), Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Psixologiya Zirvəsi – 4. Şəhər, insan və psixoloji rifah” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Beynəlxalq tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Uluslararası Buxara Universitetinin rektoru, professor Şərif Baratov, professor doktor Mehmet Engin Deniz, professor Fuad İsmayılov, professor doktor Fuad Tanhan, professor doktor Metin Deniz, dosent Müşviq Mustafayev, uzman Narınc Rüstəmova, professor doktor Nevzat Tarhan, eklektik psixoterapevt, supervayzer David Poladov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixometrika və elmi araşdırmalar üzrə baş koordinatoru, Testlərin Adaptasiyası Laboratoriyasının rəhbəri Ülkər Zalova Nuriyeva, uzman Fatimə Əhmədova, loqoped Nərmin Rüstəmova və digər yerli və xarici mütəxəssislər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev IV Beynəlxalq Psixologiya Zirvəsi Konfransına üçüncü dəfə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, belə beynəlxalq elmi platformaların təşkili psixologiya sahəsində elmi əməkdaşlığın genişlənməsi, təcrübə mübadiləsinin aparılması və müasir çağırışların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

A. Nağıyev konfransın əsas mövzularından biri olan “Şəhər, insan və psixoloji rifah” istiqamətinin xüsusi aktuallıq daşıdığını vurğulayıb. O bildirib ki, müasir dövrdə şəhərsalma yalnız fiziki infrastrukturun formalaşdırılması deyil, eyni zamanda insanın psixoloji rahatlığının, sosial əlaqələrinin və həyat keyfiyyətinin təmin olunmasına xidmət edən mühüm amillərdən biridir. Azərbaycanın sürətli inkişafı, yeni şəhər mühitlərinin formalaşması və müasir urbanizasiya prosesləri fonunda insan amilinin nəzərə alınmasının vacibliyini qeyd edib.

Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Əliyev çıxışında konfransın mövzusunun müasir dövrün aktual psixoloji problemlərinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, şəhər mühitinin insanın psixoloji vəziyyətinə, sosial münasibətlərinə və rifahına təsir edən əsas amillərdən biri olduğunu vurğulayıb.

Professor Bəxtiyar Əliyev Azərbaycanda psixologiya elminin inkişaf mərhələlərindən, bu sahədə mühüm elmi məktəblərin formalaşmasından və aparıcı alimlərin rolundan bəhs edib. O qeyd edib ki, psixologiya elminin inkişafı cəmiyyətin sosial-mənəvi tərəqqisi, insan kapitalının gücləndirilməsi və psixi rifahın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov çıxışında Azərbaycan, Türkiyə və Özbəkistan arasında elm sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb. O bildirib ki, institut tərəfindən Türkiyənin aparıcı universitetləri və elmi qurumları ilə uzun illərdir psixologiya sahəsində uğurlu təcrübə və bilik mübadiləsi həyata keçirilir. E. Rüstəmov gələcək illərdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi layihələrin artırılması və psixologiya sahəsində yeni inkişaf istiqamətlərinin formalaşdırılması istiqamətində fəaliyyətlərin davam etdiriləcəyini qeyd edib.

Milli Məclisin VII çağırış deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov çıxışında bu kimi beynəlxalq elmi konfransların psixologiya elminin inkişafı, müasir çağırışların elmi müstəvidə araşdırılması və mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm rol oynadığını bildirib.

Konfrans çərçivəsində şəhər, insan və ailə münasibətləri, psixoloji təhlükəsizliyin formalaşmasında urban mühitin rolu, müasir şəhərləşmənin psixoloji aspektləri, psixoterapevtik yanaşmalar, klinik psixologiyada aktual problemlər, insan rifahı və sosial münasibətlərin transformasiyası, təhsil mühitində psixoloji xidmət və digər aktual mövzular ətrafında elmi təqdimatlar keçirilib.

İki gün davam edən konfransda müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin iştirakı ilə psixologiya elminin müasir istiqamətləri, urban mühitin insan psixologiyasına təsiri və psixoloji rifahın təmin olunması yolları geniş müzakirə edilib.

Konfransın bağlanış mərasimində tədbirin elmi və təşkilati nəticələri yüksək qiymətləndirilib, bu kimi beynəlxalq elmi platformaların gələcək illərdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:17
29 İyun

Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib

20:06
29 İyun

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib 

19:33
29 İyun

Səhiyyə Nazirliyi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında əməkdaşlıq genişləndirilir  

18:57
29 İyun

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub

18:42
29 İyun

Ərdoğan: Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına səy göstəririk  

18:37
29 İyun

Beynəlxalq konqres çərçivəsində türkologiyanın fundamental məsələləri müzakirə olunub

18:29
29 İyun

 “Amazon”un robotaksisi kütləvi istehsala hazırdır  

18:23
29 İyun

“Azərbaycan Dəmir Yolları” rayonlararası marşrutların sayını artırır

18:17
29 İyun

Avropanı cənginə alan isti hava səbəbindən insanlar həyatını itirir

18:10
29 İyun

Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya

17:53
29 İyun

“Amazon”dan Hindistana böyük sərmayə

17:47
29 İyun

Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?

17:32
29 İyun

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub - YENİLƏNİB 2 

17:32
29 İyun

Qarpızın və yemişin istehlakı zamanı nələrə diqqət etməliyik?

17:28
29 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:19
29 İyun

Yaponiya iqtisadiyyatında yeni dövr

17:06
29 İyun

Almaniyanın şimalında atışma zamanı beş nəfər həlak olub

17:05
29 İyun

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

16:52
29 İyun

Nazir müavini: Birinci Türkoloji Qurultay ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb  

16:47
29 İyun

İyulun ikinci və üçüncü ongünlüyünün bəzi günlərində paytaxtda 36-40 dərəcə isti olacağı proqnozlaşdırılır

16:44
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!