12 Fevral 2025 22:55
3192
Elm və texnika
A- A+
Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib


Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, institutun sədri,fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları Ülkər Zalova Nuriyeva, Emilya Nəsibova, Tamara Yusifova və Sevil Abbasovanın Azərbaycan dilinə adaptasiyasını həyata keçirdkləri “Ömür boyu bacı-qardaş münasibətləri şkalası”nın (Lifespan sibling relationship scale) tədqiqat məqaləsi “Index Copernicus”, “EBSCO”, “Crossref” kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib.

Tədqiqat prosesinə 18 yaşdan yuxarı  317 nəfər qadın, 40 nəfər kişi olmaqla ümumilikdə 367 nəfər cəlb olunub.

Ömür boyu bacı-qardaş münasibətləri ilə bağlı aparılan tədqiqatın əsas məqsədi 48 maddədən ibarət şkalanın Azərbaycan dilinə adaptasiyasını həyata keçirməkdir. Tədqiqat nəticəsində şkala suallarının 47 maddəyə endirilməsi vacib hesab olunub. Buna səbəb, həmin bir maddənin faktor yüklərinin normadan çox aşağı olması və bunun tədqiqatın məqsədinə uyğun gəlməməsi nəticəsində xaric edilməsi ilə əlaqədardır. 

Eyni zamanda, ömür boyu bacı-qardaş münasibətilə həyat məmnuniyyəti və psixoloji dayanıqlıq arasındakı əlaqənin öyrənilməsi də araşdırmanın vacib hissələrindən biri olub. Nəticələr göstərib ki, bacı-qardaş münasibətləri yaxşı olan ailələrdə həm həyat məmnuniyyəti, həm də psixoloji dayanıqlıq yüksəkdir. Həmçinin ailə daxili münasibətlərin yaxşı olması insanların ümumi rifahına, həyat məmnuniyyətinə, psixoloji dayanıqlılığına və psixoloji sağlamlığına müsbət təsir göstərir.

Bu tədqiqat 6 əsas alt-qrup üzərində qurulub: yetkin şəxslərin idrakı, onların hissləri və davranışları, uşaqların idrakı, hissləri və davranışı. Bu alt-qruplar ailə dinamikasının müxtəlif aspektlərini əhatə edərək bacı-qardaş münasibətlərinin həm valideynlərə, həm də uşaqlara olan təsirini ətraflı şəkildə araşdırmağa imkan verir.

Araşdırma göstərib ki, evin kiçik uşaqları (sonbeşiklər) valideynlərindən daha isti, qayğıkeş və sevgi dolu münasibət hiss edirlər. Ailənin ilk övladları isə valideynlərinin münasibətini daha sərt və dominant kimi qiymətləndiriblər.


https://techniumscience.com/index.php/socialsciences/article/view/12470/4833

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!