03 Sentyabr 2023 09:00
10317
SİYASƏT
A- A+
Prinsipial və dəyişilməz mövqe

Prinsipial və dəyişilməz mövqe

 

Azərbaycanın suverenliyinə təhdid olan istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaq

 

İyulun 15-də Brüsseldə baş tutan və Ermənistan ilə Azərbaycan arasında  sülh müqaviləsinin imzalanması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilən növbəti üçtərəfli görüşdən sonra İrəvanın ölkəmizə qarşı siyasi və hərbi təxribatları intensivləşib. Sayca 6-cı olan həmin Brüssel görüşündə diqqətçəkən məqamlardan biri də müzakirə olunan məsələlər arasında Bakının həm erməni icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının qarşılanması üçün öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankəndi-Ağdam yolunu təklif etməsi idi. 
Hətta o zaman Aİ Şurasının lideri Şarl Mişel mətbuata bəyanatla çıxışı zamanı bildirmişdi ki, Azərbaycan tərəfinin bu addımı təmsil etdiyi qurum tərəfindən də təqdirlə qarşılanır. 
Lakin hadisələrin sonrakı gedişatı onu göstərdi ki, Ermənistanı, eləcə də bəzi xarici ölkələri Cənubi Qafqazda daim mövcud olacaq münaqişə, müharibə ocağı daha çox maraqlandırır, nəinki iki ölkə arasında əldə olunacaq barışıq.

 

"Aclıq oyunları" bitdi

 

Buna görədir ki, başda Fransa olmaqla bəzi qərəzli ölkələr Azərbaycanın suveren ərazilərində separatçıların meydan sulamaq kimi murdar niyyətinə dəstək verirlər. Bu dövlətlər ölkəmizin aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsi qurmasını, üçrəngli bayrağını bütün sərhədboyu dalğalandırmasını heç cür həzm edə bilmirlər. Ermənistanın "bacılar"ı cidd-cəhdlə çalışırlar ki, separatçılar "qara yara" qismində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində pərçim olub qalsınlar... 
Yoxsa, əslində Paris küçələrinin zir-zibilini yığışdırtdırmaqla məşğul olası mer Ann İdalqo iş-gücünü buraxıb  Xankəndidə guya acından ölən ermənilərin yardımına gəlməzdi. Onlara öz əlləri ilə bir tikə çörək, heç olmazsa bir dilim "Napoleon" tortu yedizdirmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxmazdı...
Xarici ölkələrin poliqonuna çevrilmiş Ermənistan havadarlarına güvənərək ard-arda özü üçün acı nəticələrə gətirib çıxaracaq yanlış addımlar atır. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurmasına "blokada" donu geyindirməyə çalışır. Separatçılara açıq dəstək göstərir, ölkəmizin alternativ Ağdam-Xankəndi yolu təklifini gözardı edir, bu yolu bloklayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidəki ermənilərə göndərdiyi 40 ton un yardımından imtina edir. Bununla da Ermənistan və separatçı qurum elə özlərini "blokada" və "aclıq oyunları" ilə ifşa etmiş olurlar...
Çünki yolsuzluqdan şikayət ediblər, Azərbaycan onlara bir yox, bir neçə yol təklif edib. Acından öldüklərini car çəkiblər, ölkəmiz tonlarla unu Xankəndinin astanasına yığıb...
Anlayacağınız erməni bəhanələri daha tükənib...   

 

Günah onların özlərindədir

 

Bütün bunlar həm də İrəvanın üçtərəfli görüşlərdə rəsmi şəkildə bəyan etməsinə baxmayaraq, "Qarabağ Azərbaycandır" həqiqətini qəbul etmədiyinin, ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiyinin, revanş hisslərə qapıldığının, əsl istəyinin vaxt uzadaraq sülhə əngəl yaratmaq olduğunun bariz təzahürləridir. 
Elə bu günlərdə Ermənistan tərəfinin növbəti dəfə hərbi təxribatlara əl atması da sülhə bacardıqca əngəl törətmək kimi əməllərinin mənfur davamıdır. 
Son günlər Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və digər atıcı silahlardan istifadə etməklə atəş açırlar. Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb. Amma hər dəfə olduğu kimi, bu dəfə də "dəmir yumruq" işə düşüb və Ermənistanın törətdiyi təxribatın qarşısını layiqincə alıb. 
Gün kimi aydındır ki, hazırda bölgədə cərəyan edən proseslərdən diqqəti yayındırmaq, Laçın yolunun "blokada"sı məzhəkəsinin, Xankəndidəki "aclıq" şousunun Bakı tərəfindən fiaskoya  uğradılmasından nəzərləri ayrımaq üçün İrəvan bu məkrli təxribata əl atıb və bununla beynəlxalq ictimaiyyətdə guya Azərbaycanın Ermənistan sərhədlərinə hücum etməsi görüntüsü yaratmağa çalışıb. 
Amma iyrənc planı alınmadı, bu ağılsızlığının məsuliyyəti isə yenə də Ermənistanın boynunda qaldı... 
Prezident İlham Əliyev də bölgədə sülhə təhdid olan Hayastana və onun xarici havadarlarına qətiyyətlə xəbərdarlıq edib ki, Azərbaycan son iki il yarım ərzində ordusunu böyük dərəcədə gücləndirib. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici himayədarları başa düşmürlərsə, onda günah onların özlərindədir.

 

Erməniəsilli sakinlərin reinteqrasiyasında qərarlıyıq

 

2020-ci il noyabrın 10-da kapitulyasiya aktını rəsmən imzalayan Ermənistan ötən dövr ərzində üçtərəfli Bəyanatla üzərinə götürdüyü müddəaları yerinə yetirməkdən müxtəlif hiyləgərliklərlə yayınır. Həmin tarixdə imzaladığı üçtərəfli Bəyanata zidd olaraq Hayastan bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törətməyə çalışır.
Erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb. Ötən müddətdə Ermənistan xarici havadarlarının dəstəyi ilə bu silahlı tör-töküntülərini qanunsuz yolla silahlandırmaqda davam edib. 
Hər zaman humanizm prinsiplərini əldə əsas tutan Azərbaycan isə Ermənistana təkmil sülh modeli təklif edib. Bu təkliflər iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsini özündə ehtiva edir. Paralel olaraq ölkəmiz Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır. Bakı tərəfindən bu istiqamətdə ardıcıl addımlar da atılıb. 
Onu da bildirək ki, bu il avqustun əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina edib. Təbii ki, bu imtinanın arxasında Ermənistanın, onun xarici havadarlarının və separatçıların barmağının olduğu danılmaz faktdır. O da reallıqdır ki, hazırda Xankəndidəki erməni sakinlər hərbi xunta tərəfindən girov götürülərək, onun oyunlarına alət edilib. 
Amma separatçıların bu özbaşınalıqlarının da axırına çox az qalıb və bunu həm Ermənistan, həm onun xarici dəstəkçiləri, həm də xuntaçılar yaxşı bilir. 

 

Sülhdən başqa çıxış yolları yoxdur

 

Göründüyü kimi, müharibə meydanında, beynəlxalq hüquq müstəvisində Azərbaycana məğlub olan Ermənistanın sülhdən başqa çıxış yolu qalmayıb. 
Ya öz xoşları ilə Azərbaycanla sülh müqaviləsi bağlayacaqlar, ya da vaxtaşırı "dəmir yumruğ"un acısını dadacaqlar... 
Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü ildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyərək rədd etdiyi açıqlamasında da bildirilir ki, Azərbaycan ərazilərinə hər hansı iddialarla çıxış etməyin və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaqdır.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!