12 Avqust 2026 12:26
402
SİYASƏT
A- A+
Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 


Proseslərin gedişi göstərir ki, Cənubi Qafqazın hərbi-siyasi, hüquqi və geoiqtisadi arxitekturası Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji dövlətçilik xətti nəticəsində köklü və dönməz transformasiya dövrünü yaşayır. Yeni dövlətçilik konsepsiyası, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin bütün ərazimizdə tam və qətiyyətlə bərqərar olunmasından sonra regionun yalnız təhlükəsizlik paradiqmasını deyil, həm də transkontinental kommunikasiya, geoiqtisadiyyat və hüquq xəritəsini yenidən müəyyənləşdirib. Məhz Prezidentin nümayiş etdirdiyi polad iradə, sarsılmaz hərbi-siyasi qətiyyət və diplomatik uzaqgörənlik Cənubi Qafqazda onilliklər boyu davam edən geostrateji qeyri-müəyyənliyə son qoyub. Bu tarixi Zəfər təkcə işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişinə deyil, eyni zamanda, onilliklər boyu coğrafi təcrid və hərbi-iqtisadi mühasirə şəraitində öz mövcudluğunu qoruyan Naxçıvan Muxtar Respublikası üçün tamamilə yeni bir tarixi inkişaf erasının başlanmasına təkan verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr Naxçıvanın geostrateji statusunu kökündən yeniləyərək, onu Avrasiya geoiqtisadi məkanının əsas birləşdirici qovşağına yüksəldib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, müstəqillik dönəmində bu böyük tarixi yüksəlişin, sarsılmaz hərbi-siyasi qətiyyətin və modern dövlətçilik modelinin ideoloji, hüquqi və strateji bünövrəsi Ümummilli Lider Heydər Əliyevin 1990-cı illərin əvvəllərində muxtar respublikaya rəhbərliyi dövründə qoyulub. Ən ağır blokada, iqtisadi sıxıntı, enerji böhranı və birbaşa hərbi təcavüz təhdidləri şəraitində Ulu Öndər Heydər Əliyevin göstərdiyi misilsiz siyasi iradə və dövlətçilik dühası Naxçıvanı milli müqavimət və qurtuluş qalasına çevirib, muxtariyyətin varlığını qoruyub saxlayıb. Ümummilli Liderin müəyyənləşdirdiyi bu strateji kurs isə son iki onillikdə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni, konseptual müstəviyə qaldırılıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfərləri regionun yaxın və uzaq perspektivdəki inkişaf trayektoriyasını müəyyənləşdirən tarixi dönüş nöqtəsi olub. Bu səfərlər sadəcə cari infrastruktur obyektlərinin açılışı və ya təməlqoyma mərasimi xarakteri daşımır, muxtar respublikanın unifikasiya olunmuş dövlət idarəçiliyinə keçidini, geoiqtisadi mərkəzə çevrilməsini və milli təhlükəsizlik arxitekturasındakı yerini tam təsbit edir.

Deputat qeyd edib ki, dövlətimizin başçısının muxtar respublikaya səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişaf paradiqmasını aydın şəkildə ehtiva edir. Muxtar respublikanı Avrasiyanın ən müasir nəqliyyat, logistika və yaşıl enerji mərkəzlərindən birinə çevirməkdə qətiyyət ifadə olunması, əslində, dövlətimizin başçısının bu istiqamətdə çox aydın, regional inteqrasiya və iqtisadi sıçrayışın dayanıqlığını təmin edəcək yol xəritəsinə malik olduğunu göstərdi. Düstur isə çox sadədir – həyata keçirilən institusional islahatlar, təməli atılan sənaye parkı və bərpaolunan enerji layihələri Naxçıvanın iqtisadi müstəqilliyini sarsılmaz edəcək, buraya böyük investisiya axınını səbəb olacaq.

“Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan hərbi Zəfər, ardınca həyata keçirilən dərin hüquqi, siyasi, institusional və iqtisadi islahatlar Naxçıvanın, Şərqi Zəngəzurun və Qarabağın vahid inkişaf konsepsiyası çərçivəsində birləşdirilməsini reallaşdırıb. “Dəmir yumruq” və polad iradə ilə əldə edilən hərbi Qələbə bu gün dəmir və avtomobil yolları, yaşıl enerji xətləri, transmilli ticarət dəhlizləri və regional inteqrasiya şəklində konkret dividendlərə çevrilir. Naxçıvan Muxtar Respublikası məhz Prezident İlham Əliyevin Ulu Öndər kursuna əsaslanan müdrik siyasəti nəticəsində onilliklərin blokada çətinliklərindən çıxaraq Türk dünyasının birləşdirici qapısına, Avrasiyanın nəqliyyat, logistika və yaşıl enerji mərkəzinə, eləcə də müasir şəhərsalma və sosial rifah modelinə çevrilərək, bütöv Azərbaycanın qüdrətini və regionun dinc, təhlükəsiz gələcəyini simvolizə edir”, – deyə B.Məhərrəmov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!