16 Avqust 2022 01:07
1495
SİYASƏT
A- A+
Prezident qətiyyəti

Prezident qətiyyəti

 

İlham ƏLİYEV: "Ərzaq təhlükəsizliyi məsələləri əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq"

 

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının ayrılmaz hissəsidir. Odur ki, dünyada gedən iqtisadi proseslər ölkəmizə də təsir edir. O cümlədən ərzaq məhsullarının bahalaşması da ölkəmizə təsirsiz qalmır.
Bu gün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı böyük narahatlıq olduğuna görə  Azərbaycan bu istiqamətdə fəal iş aparır. Məqsəd görülmüş və görüləcək işlər nəticəsində ölkədə ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Doğrudur, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar müsbət nəticəsini verir. Lakin dünyadakı ərzaq bahalaşması bu sahədə yeni, ardıcıl tədbirlərin həyata keçirilməsini tələb edir. 
Xüsusilə taxıl qıtlığı bu gün müzakirə olunan başlıca mövzulardan birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan televiziyasına verdiyi müsahibədə bu məsələyə xüsusi olaraq toxunub: "Əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır". 
Lakin bu gün söhbət təkcə qiymətdən getmir. Eyni zamanda taxıl qıtlığı yaşanır.  Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər.
Çünki taxılın əsas ixracatçıları Rusiya və Ukraynadır. Ona görə də bu məsələdə böyük problemlər yaranmışdır. Ancaq ölkəmiz həmin sahədə problem yaşamır. Prezident bildirib ki, biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində ölkəmizə istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə, artıq özümüzdə də gübrə istehsal olunur. Karbamid gübrəsini  hətta ixrac edirik. Digər gübrələr isə ölkəmizə kənardan gətirilir.
Yeri gəlmişkən qeyd edək ki, torpaqlarımız erməni işğalçılardan azad olunandan sonra Prezident dərhal vaxt itirmədən həmin yerlərdə əkin-biçinlə məşğul olmaq barədə göstəriş vermişdir. Bu il 50 min hektarda taxıl əkilmişdir və məhsul yığımı artıq yekunlaşır. Dövlət başçısı  məhsuldarlığın  aşağı olduğunu qeyd edərək demişdir: "Bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə".
Xatırladaq ki, Qarabağdakı və Şərqi Zəngəzurdakı çaylarımız da 30 il erməni işğalında olmuşdu. Düşmənin bəd əməlləri bizi suyumuzdan da məhrum etmişdi.  Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayı, Bazar çayı və bir çox digər çaylar eyni taleyi yaşamışlar.
Lakin şübhə yoxdur ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyinin  təmin edilməsinə öz töhfələrini verəcək. Bunun üçün praktiki işlər aparılır. Torpaqlar minalardan təmizlənir. Növbəti illərdə əkin sahələrindən daha bol məhsul götürmək üçün suvarma layihələri, aqrotexniki tədbirlər həyata keçiriləcək, subsidiyalar işə böyük dərəcədə kömək edəcək. Çünki azad edilmiş ərazilərimizdə  kənd təsərrüfatının - həm bitkiçiliyin, həm də heyvandarlığın inkişafı  üçün münbit iqlim və təbii şərait var. Dövlət bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməyi qarşıya məqsəd qoyub. Nəzərə alsaq  ki, hələ özümüzü tam, yəni 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik, bunun necə böyük əhəmiyyət daşıdığı daha aydın olar.
İndi bu istiqamətdə ardıcıl işlər aparılır. Əvvəllər ölkə üçün ənənəvi olmayan, yəni sovetlər dönəmində az inkişaf edən heyvandarlıq sahəsinə diqqət getdikcə artırılır. Nəticə odur ki, bu gün özümüzü ət məhsulları ilə 90, quş əti ilə 80, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Dövlət başçısı növbəti 3-5 il ərzində bu sahədə 100 faiz səviyyəsinə çıxacağımıza əmin olduğunu bildirir. Baxmayaraq ki, əhali çoxalması ilə təlabat da artır. Başqa sözlə, ərzaq təhlükəsizliyi ilə bağlı  məsələlər daim  gündəmdədir. 
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir, planlı şəkildə ixtisaslaşma əsasında təşkili həmçinin oraya qayıdacaq insanların əkin-biçinlə məşğul olmasına, dolanışıqlarını özlərinin təmin etməsinə, yaxşı qazanc götürməsinə imkan verəcək. Eyni zamanda  ölkəmizin ərzaqla təminatı və ixrac imkanları da xeyli  artacaq.
İlk nəticələr artıq görünür. İkinci ildir çobanlar qoyun sürüləri ilə heyvandarlığın inkişafı üçün böyük perspektivləri olan Kəlbəcər, Laçın, Zəngilan rayonlarına göndərilib. Kəlbəcər və Laçında arıçılar öz təsərrüfatlarını quraraq fəaliyyətə başlayıblar və artıq şirin nemət istehsal edirlər. Bu rayonlar tezliklə bal ixracatçıları sırasına qoşulacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında isə taxılçılıq, eləcə də üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdiriləcək. Görülən kompleks tədbirlər nəticəsində ən böyük məhsuldarlıq məhz Qarabağ və Şərqi Zəngəzur torpaqlarında olacaq. 
Göründüyü kimi, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar artıq öz bəhrəsini verir. O ki, qaldı ərzaq təhlükəsizliyi ilə bağlı dünyada yaranmış narahatlığa, dövlət başçısı qətiyyətli şəkildə vurğuladı ki, Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində Cənubi Qafqazın lider dövləti bu sahədə də özünü təmin etmiş ölkəyə çevriləcək: "Ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq".

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!