13 Fevral 2026 15:50
553
CƏMİYYƏT
A- A+
Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib

Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib


Fevralın 11-də Prezident Kitabxanasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı üçcildlik kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident Kitabxanasının direktoru Afət Abbasova nəşrin əhəmiyyətindən bəhs edib. O bildirib ki, son dövrlər kitab təqdimatlarının intensiv xarakter alması fonunda Sadiq Qurbanovun bu fundamental tədqiqat əsəri xüsusi aktuallığı ilə seçilir.

Professorun sözlərinə görə, müasir Azərbaycanın iqtisadiyyatının bünövrəsini təşkil edən neft sənayesinin tarixi inkişaf mərhələlərinə həsr olunmuş əsər iqtisadi və siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, nəşr bilik və təcrübənin paylaşılmasına, sahənin elmi əsaslarla inkişafına xidmət edir və böyük zəhmətin məhsuludur.

Tədbir çərçivəsində kitabın ərsəyə gəlməsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra təqdimat mərasimi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq elmləri doktoru Əli Hüseynlinin moderatorluğu ilə davam edib.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxışında kitabı neft sənayesinin tarixinin öyrənilməsi və enerji strategiyasının sistemli tədqiqi baxımından mühüm töhfə kimi dəyərləndirib. O vurğulayıb ki, belə nəşrlərdə müxtəlif baxışların, sənədlərin və faktların ardıcıl şəkildə toplanaraq təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, əsərdə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nə geniş yer ayrılıb.

Akademik Arif Həşimov diqqətə çatdırıb ki, üçcildliyin mühüm xüsusiyyətlərindən biri enerji diplomatiyasının ayrıca və sistemli istiqamət kimi təqdim olunmasıdır. Onun sözlərinə görə, müəllif enerji siyasətini təkcə daxili iqtisadi qərarlar müstəvisində deyil, həm də beynəlxalq münasibətlər və geosiyasi balans kontekstində təhlil edir ki, bu da əsərin elmi dəyərini artırır və onu müasir enerji tədqiqatları ilə uzlaşdırır.

Energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, nəşr müasir Azərbaycanın enerji siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin və Prezident İlham Əliyevin bu siyasəti müasir çağırışlara uyğun şəkildə davam etdirməsinin elmi baxımdan öyrənilməsi üçün əhəmiyyətli mənbədir.

Akademik Vaqif Abbasov əsəri həm elmi ictimaiyyət, həm də iqtisadçılar üçün mühüm mənbə kimi qiymətləndirib.

Ekologiya nazirinin müavini Vüqar Kərimov isə dünyada enerji balansının düzgün qurulması, tullantıların idarə olunması və digər ekoloji problemlərin aktuallaşdığı bir dövrdə belə bir fundamental tədqiqatın nəşrini elmi ictimaiyyət üçün mühüm töhfə adlandırıb.

Tarixçi-alim Cəbi Bəhramov qeyd edib ki, neft sənayesinin tarixini araşdıran tədqiqatçı kimi bu üçcildlik əsəri sahənin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından dəyərli mənbə hesab edir.

Milli Məclisin deputatları Günay Əfəndiyeva, Pərvin Kərimzadə, Sahib Alıyev və Zaur Şükürov çıxışlarında əsərin aktuallığını vurğulayaraq, onun təkcə enerji sahəsi üçün deyil, bütövlükdə Azərbaycan tarixinin müxtəlif mərhələlərinin öyrənilməsi baxımından da əhəmiyyətli olduğunu bildiriblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, professorlar Zahid Məmmədov, Azad Tağızadə, Seyfəddin Rzasoy, Asəf Zamanov, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Əməkdar mühəndis İltizam Yusifov çıxışlarında qeyd ediblər ki, əsərdə zahirən neft tarixi təqdim olunsa da, əslində burada Azərbaycanın milli tarixi, keçdiyi inkişaf yolu və milli şüurun formalaşma mərhələləri əksini tapır. Bildirilib ki, kitabın əsas ideyası maddi sərvətin - neftin mənəvi dəyərə və milli inkişafa necə çevrilə bilməsi konsepsiyasına əsaslanır.

Sonda çıxış edən müəllif Sadiq Qurbanov vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin strateji hədəfləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsidir. Onun sözlərinə görə, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir mərhələdə uğurla davam etdirilərək strateji məqsədlərə nail olunub və bu prosesdə neft amilinin rolu danılmazdır.

Qeyd edək ki, “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı üçcildlik fundamental tədqiqat Azərbaycan enerji siyasətinin formalaşma və inkişaf mərhələlərinin sistemli elmi təhlilinə həsr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:02
06 Mart

İranın Naxçıvana hücumu molla rejiminin nankorluğunun növbəti təzahürüdür

12:29
06 Mart

ABŞ neftinin qiyməti son 20 ayın ən yüksək səviyyəsinə çatıb

12:23
06 Mart

Azərbaycan və Moldova XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb

12:19
06 Mart

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!