18 Avqust 2025 16:43
527
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin regionda sülh və normallaşma strategiyası Böyük Britaniya mətbuatında  

Prezident İlham Əliyevin regionda sülh və normallaşma strategiyası Böyük Britaniya mətbuatında  


Böyük Britaniyanın nüfuzlu mətbu orqanlarından biri “The Telegraph”da Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sülh və normallaşma prosesindəki tarixi nailiyyətlərdən bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin Londondakı səfiri Elin Süleymanov uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsinin artıq yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, onun uzaqgörən strategiyası bölgədə normallaşma və əməkdaşlıq üçün real zəmin formalaşdırıb.

Məqalədə, həmçinin vurğulanıb ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan tarixi sənəd Azərbaycan və Ermənistan arasında yeni səhifə açıb. ABŞ-ın 907-ci düzəlişi ləğv etməsi isə Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanğıcı kimi dəyərləndirilib. Bildirilib ki, SOCAR ilə “ExxonMobil” arasında imzalanan sənəd əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmləndirib.

Yazıda, eyni zamanda, vurğulanır ki, Azərbaycan və Ermənistanın birgə müraciətlə ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğvini istəməsi, region xalqlarının öz gələcəklərini kənar diktələrlə deyil, öz iradələri ilə müəyyən etmək əzmini nümayiş etdirir.

Digər diqqətçəkən məqam isə, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən dəstəklənməsidir. Müəllif bunu simvolik addım kimi dəyərləndirərək yazır ki, Nobel mükafatının Bakıya bağlılığı heç kimin yadından çıxmamalıdır. Vaxtilə Nobel qardaşları məhz Bakıda neftdən əldə etdikləri gəlirlər hesabına bu mükafatı təsis etmişdilər. Bu baxımdan, Trampın Nobel Sülh Mükafatına namizədliyi həm tarixi, həm də mənəvi cəhətdən bölgəmizlə bağlılıq daşıyır.

Məqalənin sonu belə yekunlaşır: “Bu gün Qafqaz xalqları üçün real şans var – düşmənçiliyi arxada qoyaraq əməkdaşlıq və inkişaf yoluna çıxmaq. Prezident İlham Əliyevin strategiyası bölgədə sabitlik, rifah və dayanıqlı gələcək üçün möhkəm təməl yaradır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!