27 Aprel 2025 08:00
501
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin qətiyyətli tələbi

Prezident İlham Əliyevin qətiyyətli tələbi


ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatlar ləğv edilməlidir 


ATƏT-in keçmiş Minsk qrupunun üç onillik boyu münaqişənin danışıqlar yolu ilə həlli üçün həyata keçirdiyi bədnam fəaliyyətini Prezident İlham Əliyev hələ 2022-ci ildə cəmi ikicə cümlə ilə dəqiq ifadə etmişdi: "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır..." 

Dövlət başçımızın da vurğuladığı kimi, onilliklər ərzində bu yarıtmaz qurumun fəaliyyəti yalnız münaqişənin dondurulmasına həsr olunmuşdu. Riyakar həmsədrlərin qurduqları məkrli plana əsasən, zaman keçdikcə Azərbaycan torpaqlarının işğalı ilə barışacaq, beləliklə də münaqişə Ermənistanın xeyrinə həll olunacaqdı. Ancaq milli maraqlarımızı qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev hər zaman beynəlxalq tribunalardan bəyan edirdi ki, Ermənistan və ona havadarlıq edən qüvvələr bu xülyadan əl çəksələr yaxşıdır. Çünki Azərbaycan heç zaman öz ərazisində ikinci "dövlət" qurulmasına imkan verməyəcək. 


Bu halda heç müharibəyə də lüzum olmayacaqdı 


Azərbaycan Minsk qrupunun 28 il ərzində danışıqlar yolu ilə həll edə bilmədiyi və ya həll etmək istəmədiyi münaqişəyə cəmi 44 gün ərzində hərb meydanında nöqtə qoydu. Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran ölkəmiz bütün ərazilərində bayrağını dalğalandırdı, suverenliyini təmin etdi. Tarixin, ədalətin, beynəlxalq hüququn öz yerini tapması kimi də tövsif olunacaq qələbələri ilə Azərbaycan bütün bu sadalananlarla bağlı üzərinə götürdüyü missiyanı onilliklər ərzində həyata keçirməyən Minsk qrupunun da fəaliyyətinə de-fakto son qoydu. 

Halbuki Azərbaycan illərlə böyük səbr və dözüm nümayiş etdirərək münaqişənin sülh yolu ilə həll olunmasını gözlədi, ATƏT-in adıçəkilən qrupunun normallaşma istiqamətində hansısa müsbət addımlar atacağına ümid bəslədi, amma hədər yerə. Çünki yarıtmaz həmsədrlər sadəcə öz vəzifələrini bölgəyə, Azərbaycana turist səfərləri etməklə yekunlaşmış hesab etdilər. Münaqişəni ədalətli yolla həll etmək əvəzinə tərəf tutdular, təcavüzkar və işğalçı Ermənistanı dəstəklədilər. 

Məhz ATƏT-in Minsk qrupunun öz mandatına uyğun fəaliyyət göstərməməsi 44 günlük müharibəni qaçılmaz etdi. Savaş nəticəsində minlərlə insan həyatını itirdi, onminlərlə isə yaralandı... 

İkinci Qarabağ müharibəsindən sonra Bakının təşəbbüsləri və səyləri sayəsində iki ölkə arasında sülhün əldə edilməsi üçün əməli addımlar atılmağa başlandı. Sərhədlərin delimitasiya və demarkasiyasına start verilməsi, Qazaxın 4 kəndinin bir güllə belə atılmadan, bir itki verilmədən qaytarılması, eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesinin yekunlaşması buna əyani nümunələrdir. 

Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yeganə maneə yaradan məsələlər isə Ermənistanın Azərbaycan ərazilərinə iddia olan konstitusiyasını dəyişməməsi və ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ölkəmizlə birgə müraciət etməməsidir.  

Artıq dünyada Qarabağ adlı münaqişə yoxdur və vaxtilə bu münaqişəni danışıqlar yolu ilə nizamlamaq məqsədilə missiyalandırılmış keçmiş Minsk qrupunun fəaliyyətinə də son qoyulub. Buna görə də adıçəkilən qrupun hüquqi olaraq buraxılmasının da vaxtı çoxdan yetişib. Amma Ermənistan tərəfi Azərbaycanla birgə müraciət etməkdən yayınır və sözün əsl mənasında ölü qurumu diriltməyə cəhd edir. 

Azərbaycanın milli maraqlarını təmin etməsini heç cür qəbullanmaq istəməyən Qərb dairələri də artıq çoxdan həll olunmuş münaqişəni yenidən alovlandırmaq üçün faktiki olaraq mandatına son verilmiş Minsk qrupunu süni yolla regionda baş verən proseslərə cəlb etməyə mənasız cəhdlər edirlər. 


Tam iflasa uğramış qrup 


Mənasız ona görə deyirik ki, aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edən Prezident İlham Əliyev də keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu diqqətə çatdırdı. 

Eyni zamanda sözügedən tarixdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə sülh sazişinin imzalanması üçün əsas şərtlər qismində Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı qüvvədə qalan ərazi iddialarının aradan qaldırılması və eləcə də münaqişənin bitməsi nəticəsində tarixə qovuşmuş, öz əhəmiyyətini itirmiş Minsk qrupu, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi, Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının ləğv edilməsinin vacibliyi vurğulanıb. 

Göründüyü kimi, rəsmi Bakı Minsk qrupunun artıq bölgədə həll edəcəyi münaqişə, problem qalmadığı üçün dərhal ləğv edilməli olduğunu bildirir. 

Dildə sülhə tərəf olduğunu deyən İrəvan isə təcavüzkar və işğalçı siyasətini davam etdirmək niyyəti ilə nə konstitusiyasını dəyişir, nə də keçmiş Minsk qrupunun hüquqi ləğvinə razılıq verir. Bununla da gələcəkdə yenidən Azərbaycan ərazilərinə iddia etmək üçün özünə münbit zəmin hazırlamaq istəyir. 

Bütün bu gerçəkliklərin fonunda da İrəvanın gündəliyində sülh yox, müharibə dayandığı gün kimi aydın görünür. Buna görə hərbi eskalasiyanı artırır, müstəmləkəçi Fransanın əli ilə sürətlə silahlanır, revanşa hazırlaşır. 

Ümumiyyətlə, müşahidə edilən neqativ proseslər onu göstərir ki, nə Ermənistanın hakim dairələri, nə də cəmiyyəti sülhə, normallaşmaya, millətlərarası barışığa hazırdırlar. Erməni şüurunda dərin kök salmış milli nifrət, şovinizm, Azərbaycanofobiya bölgədə sülhü kölgə altında saxlamaqda davam edir. Ermənistanda, Fransada Azərbaycan bayraqlarının yandırılması kimi cinayətlər törədilməsi bunun təzahürləridir. Keçmiş Minsk qrupunun ətəyindən ikiəlli yapışması da Ermənistanın revanş istəyindən doğur. Ancaq "dəmir yumruq" Qarabağ münaqişəsini birdəfəlik həll edərək ATƏT-in bu bədnam qurumunu tarixin arxivinə atıb. 

Necə deyərlər, obrazlı ifadə etsək ATƏT-in Minsk qrupu çoxdan ölüb, sadəcə basdırılmağı qalıb ki, buna da Azərbaycanın qətiyyəti sayəsində tezliklə nail olunacaq.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!