19 Dekabr 2025 08:25
242
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 


"Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan ərəb ölkələri ilə əlaqələrin inkişafı xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri də ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dövlətimiz Birləşmiş Ərəb Əmirlikləri ilə sürətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Son illərdə ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib, dövlət başçıları arasında mövcud münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir. Qarşılıqlı səfərlər isə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, iqtisadi, siyasi və humanitar əməkdaşlıq üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini müəyyənləşdirir.

S.Fətəliyevanın sözlərinə görə, Prezident İlham Əliyev Əbu-Dabidə keçirilən "Gələcəyin Oyunları 2025" qlobal idman turnirinin açılış mərasimində iştirak edib. Dövlətimizin başçısının səfər çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüşü keçirilib. Bu səfərin məqsədi yalnız idman tədbirində iştirakla məhdudlaşmır, həm də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda stabilliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu yanaşma həmçinin Azərbaycan və BƏƏ arasında dostluq və tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir, gələcəkdə enerji və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsini asanlaşdırır. Tərəflər arasında imzalanmış sənədlərdə nəzərdə tutulmuş mexanizmlər iqtisadi-ticari əlaqələrin şaxələndirilməsinə, innovasiya və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsinə, eləcə də sosial və humanitar sahələrdə birgə təşəbbüslərin inkişafına şərait yaradır. Nəticədə iki ölkə arasında əlaqələr yalnız kəmiyyət baxımından deyil, keyfiyyətcə də daha yüksək səviyyəyə çatır, bu isə regionda davamlı sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Nəzərə alaq ki, iki ölkə beynəlxalq platformalarda da fəal əməkdaşlıq edir. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatı Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır. Xüsusilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək yüksək dəyərləndirilməlidir. Bu əməkdaşlıq tərəflərin beynəlxalq hüquqa və çoxtərəfli diplomatiyaya verdiyi önəmi nümayiş etdirməklə yanaşı, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

"Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək ikitərəfli münasibətlərin humanitar ölçüsünü aydın şəkildə nümayiş etdirir. BƏƏ hökumətinin bu məqsədlə ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırması postmünaqişə dövründə təhlükəsizliyin təmin olunmasına, bərpa və yenidənqurma proseslərinin sürətləndirilməsinə mühüm töhfədir. Bu addım eyni zamanda BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və sülh gündəliyinə verdiyi siyasi, humanitar dəstəyin göstəricisidir" deyən Sevinc Fətəliyeva əlavə edib ki, bütövlükdə, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub

10:49
25 Dekabr

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilovdan  

10:47
25 Dekabr

Estoniya–Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlıdan  

10:46
25 Dekabr

Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  

09:39
25 Dekabr

Kim Çen In Cənubi Koreyanın nüvə sualtı qayığı tikmək planını təhlükə adlandırıb  

09:38
25 Dekabr

Keçmiş məcburi köçkün: Bu gün mənim üçün həyatımın ən mənalı günlərindən biridir  

09:35
25 Dekabr

Məmmədbəyli kəndinə köçən sakin: Bu gün sevincimizin ən uca, ən unudulmaz günüdür  

09:34
25 Dekabr

Keçmiş məcburi köçkün: Geri qayıtmaq böyük qürur və sevinc mənbəyidir    

09:33
25 Dekabr

Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb  

09:32
25 Dekabr

Prezident İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib  

09:29
25 Dekabr

Korrupsiya yuvası anti-Azərbaycan ritorikasından əl çəkmir

08:30
25 Dekabr

Səmada yazılan qəhrəmanlıq dastanı

08:25
25 Dekabr

Hər zaman xalqının yanında

08:20
25 Dekabr

Müasir Azərbaycanın inkişaf və güc strategiyası

08:15
25 Dekabr

İlham Əliyev yalnız ölkəmizdə deyil, bütövlükdə regionda milyonlarla insanın ümid yeridir

08:10
25 Dekabr

Tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan

08:05
25 Dekabr

İntibah, inkişaf və tərəqqi illərinin müəllifi

08:00
25 Dekabr

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

04:45
25 Dekabr

“Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

04:44
25 Dekabr

Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

04:43
25 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!