25 Dekabr 2025 09:39
158
CƏMİYYƏT
A- A+
Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  

Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  


Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində fəaliyyətin yekunlarına, eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yaranan gündən etibarən milli maraqlara əsaslanan siyasəti, güclü dövlət idarəçiliyini, xalqla hakimiyyət birliyini və davamlı sosial-iqtisadi inkişafı əsas prinsip kimi qəbul edib. Bu ideyalar təkcə partiyanın deyil, bütövlükdə, Azərbaycan dövlətinin inkişaf fəlsəfəsinə çevrilib. Bu gün “Konstitusiya və Suverenlik İli”nin qeyd olunması da məhz bu siyasi-fəlsəfi xəttin davamı kimi xüsusi məna daşıyır.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, konstitusion dəyərlərin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olmaqla Yeni Azərbaycan Partiyasının fəaliyyətində də ideoloji əsas kimi çıxış edir. Partiyanın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Onun partiya rəhbərliyində təmsil olunması Yeni Azərbaycan Partiyasının ictimai dayaqlarını möhkəmləndirib, humanist və müasir idarəçilik yanaşmalarını gücləndirib. Naxçıvan Muxtar Respublikasında da Yeni Azərbaycan Partiyasının üzvləri dövlət siyasətinin icrasında fəal iştirak edir, ictimai-siyasi sabitliyin qorunmasına və islahatların cəmiyyətə düzgün çatdırılmasına mühüm töhfə verirlər. Partiyaya artan maraq isə dövlətçilik dəyərlərinə sadiq, məsuliyyətli və milli maraqları üstün tutan yeni nəslin formalaşmasına xidmət edən sağlam ideoloji mühitin göstəricisidir.

Azərbaycan xalqının öz Prezidentini güclü dövlətçilik iradəsinin, qətiyyətli liderliyin və milli maraqlara sədaqətin simvolu kimi qəbul etdiyini və onun ətrafında sıx birləşdiyini bildirən Ceyhun Cəlilov xalqın etimadını qazanan Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin inkişafı naminə şərəfli fəaliyyətində yeni uğurlar arzulayıb.

Səlahiyyətli nümayəndə, həmçinin tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, yeni nailiyyətlər arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli ilin yekunu, nailiyyətlər və qarşıda duran vəzifələrdən bəhs edərkən bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən ən böyük siyasi partiyadır. Bu gün partiyanın 740 mindən artıq üzvü var. Naxçıvan Muxtar Respublikası üzrə bu say 58 mini ötür ki, onun da 18 min 600 nəfəri Naxçıvan şəhər sakinidir. Təşkilatın üzvlərinin 33 faizini gənclər təşkil edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə daha da inkişaf edib, güclənib, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Bu gücü, bu yeniliyi hər il inkişaf edən, çiçəklənən Naxçıvanın simasında da görmək mümkündür.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mais Gülməmmədov çıxış edərək təbriklərini çatdırıb.

Tədbirin davamında fəal partiya üzvləri mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə tədbirə yekun vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub

10:49
25 Dekabr

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilovdan  

10:47
25 Dekabr

Estoniya–Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlıdan  

10:46
25 Dekabr

Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  

09:39
25 Dekabr

Kim Çen In Cənubi Koreyanın nüvə sualtı qayığı tikmək planını təhlükə adlandırıb  

09:38
25 Dekabr

Keçmiş məcburi köçkün: Bu gün mənim üçün həyatımın ən mənalı günlərindən biridir  

09:35
25 Dekabr

Məmmədbəyli kəndinə köçən sakin: Bu gün sevincimizin ən uca, ən unudulmaz günüdür  

09:34
25 Dekabr

Keçmiş məcburi köçkün: Geri qayıtmaq böyük qürur və sevinc mənbəyidir    

09:33
25 Dekabr

Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb  

09:32
25 Dekabr

Prezident İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib  

09:29
25 Dekabr

Korrupsiya yuvası anti-Azərbaycan ritorikasından əl çəkmir

08:30
25 Dekabr

Səmada yazılan qəhrəmanlıq dastanı

08:25
25 Dekabr

Hər zaman xalqının yanında

08:20
25 Dekabr

Müasir Azərbaycanın inkişaf və güc strategiyası

08:15
25 Dekabr

İlham Əliyev yalnız ölkəmizdə deyil, bütövlükdə regionda milyonlarla insanın ümid yeridir

08:10
25 Dekabr

Tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan

08:05
25 Dekabr

İntibah, inkişaf və tərəqqi illərinin müəllifi

08:00
25 Dekabr

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

04:45
25 Dekabr

“Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

04:44
25 Dekabr

Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

04:43
25 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!