26 Sentyabr 2025 08:30
435
SİYASƏT
A- A+
Prezident İlham Əliyevə yüksək etimad göstərilir

Prezident İlham Əliyevə yüksək etimad göstərilir


Qarşı tərəflərin müraciətləri əsasında keçirilən görüşlər bunun bariz nümunəsidir


Prezident İlham Əliyevin  sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri  hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Ümumiyyətlə, diqqət yetirsək görərik ki, Prezident İlham Əliyevin qatıldığı hər bir beynəlxalq tədbir Azərbaycana, dövlətimizin başçısına olan böyük hörmət və etimadla diqqətdə olur. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, tədbirlərdən əvvəl qarşı tərəflərin müraciətləri əsasında Prezident İlham Əliyevlə keçirilən görüşlər, günün aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyinə verilən üstlünlük  bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Nyu Yorka işgüzar səfəri də bu baxımdan  diqqət çəkdi. 

"Dövlətimizin başçısının dünyanın  alternativ investisiyalar  sahəsində ən  böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin  sədri  və baş icraçı  direktoru Corc Volker  və "Blackstone" şirkətinin prezidenti  və baş  əməliyyat direktoru  Conatan  Qrey ilə görüşləri bunun bariz nümunəsidir. Belə ki,  "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt görüş zamanı 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini xüsusi qeyd etdi. Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdıraraq, bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını bildirdi. "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker isə rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirdi", - deyə Vüqar Rəhimzadə əlavə edib.

Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığı genişləndirməsinə önəm verdiyini qeyd edən deputat bu xüsusda "Neuberger Berman" şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyini bildirib: ""Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını,  rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu  və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirdiyini bildirdi.  Hər üç şirkət  dünyanın ən böyük  maliyyə qurumlarındandır.  Bu, həmin qurumların Azərbaycana olan marağının göstəricisidir.  Ümumilikdə, səfər çərçivəsində keçirilən bütün görüşlər qarşı tərəflərin müraciətləri əsasında baş tutur.  Bu isə ölkəmizə marağın, onun liderinə olan münasibətin təsdiqidir".

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amili nəzərə alsaq, Azərbaycanın dayanıqlı inkişaf modelinin nümunə olduğunu görərik: "Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycanın bu rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışının "yaşıl enerji"yə keçid olduğunu da önə çəksək, Azərbaycanın bu sahədə böyük potensiala və təcrübəyə malik olmasının əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığının şahidi olarıq. Prezident İlham Əliyevin Nyu Yorkda keçirdiyi görüşlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında mühüm rola malikdir". 

Azərbaycanın bu gün investisiya cəlbediciliyi ilə tanındığını qeyd edən V.Rəhimzadə deyib ki, bütün bu uğurlarımız, onların zirvəsində dayanan tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası  Azərbaycanın dünya birliyində söz sahibliyini, mövqeyini möhkəmləndirir, Prezident İlham Əliyevə etimadı daha da artırır.

Deputat bildirib ki, BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir: "Bununla da ölkəmiz BMT ilə qurduğu 33 illik güvənə verdiyi dəyəri açıq formada sübut etdi. Beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan  BMT ilə əlaqələrinin inkişafında uğurlu nəticələrə imza atıb. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının 155 üzv dövlətinin səsini qazanaraq  təşkilatın Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib. 2015-ci ildə  BMT-nin "2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi"ni qəbul edərək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi ölkəmizin qazandığı 33 illik etimadın daha bir nümunəsidir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail oldu".

Vüqar Rəhimzadə deyib ki, Azərbaycan beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzunun artırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyada gedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici rol oynaya bilər. "Bunun üçün təşkilatın özündə ciddi islahatların aparılması qaçılmazdır. Belə ki, dünyada yeni nizamlama prosesləri gedir, qlobal təlatümlər baş verir və bu təlatümlərin mənfi təsirləri  davam edir. BMT-nin məsələlərə operativ reaksiya verməsi, problemlərin həllində yaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizliyi təmin etməli olan qurumun struktur və funksional cəhətdən daha da gücləndirilməsi artıq zərurətə çevrilib. Belə olarsa, sülh amili dünya siyasətində aparıcı faktora çevrilər, BMT-yə inam daha da artar, ölkələrin bu əhəmiyyətli beynəlxalq təşkilatla əlaqələri xeyli möhkəmlənər", - deyə deputat bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!