Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin inkişafında rolunu qeyd etdi. Rusiya ilə ikitərəfli münasibətlərin 2022-ci ildə də uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğuladı. Azərbaycanla Həştərxan vilayəti arasında ənənəvi qonşuluq əlaqələrinin mövcudluğuna toxunan dövlətimizin başçısı əməkdaşlıqla bağlı planların həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən İqor Babuşkin Rusiya Federasiyasının Həştərxan vilayətinin ölkəmizlə əməkdaşlığının uğurla davam etdiyini deyərək, bu ilin 9 ayının nəticələrinə əsasən, yükdaşımalarının 4 dəfə artmasını əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi, eyni zamanda, ixrac və idxal məhsullarının çeşidinin genişləndiyini diqqətə çatdırdı. Qonaq Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğulayaraq Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsi işinə töhfə verdiyini məmnunluqla qeyd etdi.
Görüşdə Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, gələn il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı Həştərxanda bir sıra tədbirlərin keçiriləcəyi bildirildi.
Söhbət zamanı humanitar sahədə əməkdaşlıq məsələləri də müzakirə olundu.
Sonda xatirə şəkli çəkdirildi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görən aktyor
26 Aprel
Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar
26 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
26 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
26 Aprel
Azərbaycan ədəbiyyatına böyük töhfələr verən alim
26 Aprel
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
26 Aprel
Bayraq aşiqi
26 Aprel
Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər
26 Aprel
Qubalılar yol sarıdan rahatlığa çıxırlar
26 Aprel
Çiyid səpini sürətlənir
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!