26 Aprel 2024 09:36
167
DÜNYA
A- A+

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

 

“Voyager 1” kosmik zondu 5 aydan sonra Yerə keyfiyyətli siqnal göndərib.

AZƏRTAC xəbər verir ki, noyabrdan zond Yerə keyfiyyətli siqnal göndərmirdi. Buna görə də cihazın texniki vəziyyəti barədə məlumat almaq mümkün deyildi. Hazırda yerdən 24 milyard kilometr məsafədə olan cihazın göndərdiyi son siqnalları emal edərək onun vəziyyəti barədə məlumat almaq mümkün olub.

NASA mütəxəssisləri 46 il əvvəl buraxılmış zonda müvafiq əmrlər yollayıblar və normal iş rejimi bərpa olunub.

Qeyd edək ki, 1977-ci ildə buraxılmış “Voyager 1” və “Voyager 2” zondları ulduzlararası boşluqda hərəkət edir. Yerdən təxminən 24 milyard kilometr məsafədə yerləşən cihazlara siqnalın göndərilməsi və qəbul edilməsi təxminən 2 ay çəkir. Onlar bəşər övladının hazırladığı günəş sistemini tərk etmiş ilk kosmik avadanlıqdır.

“Voyager 1” zondunun bortundakı qızıl plastinkada Azərbaycan musiqisi də yer alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video