27 Yanvar 2025 14:02
2804
Qəbullar
A- A+
Prezident İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini dedi, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd etdi.

Ölkəmizdə Afrikadan çoxsaylı tələbələrin təhsil aldığını deyən dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları təqdim etdiyini bildirdi, qvineyalı tələbələrin də bundan yararlana biləcəklərini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın özünün ASAN və DOST xidmət təcrübəsini bir sıra ölkələrlə bölüşdüyünü qeyd edərək, bu sahədə Qvineya ilə də əməkdaşlıq imkanlarının olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvineya Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir Umar Kande Qvineya Prezidenti və ölkəsi adından təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və xalqına başsağlığını çatdırdı.

Umar Kande ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduğunu dedi və ölkəmizlə strateji tərəfdaşlığın qurulacağına ümidvar olduqlarını bildirdi. O qeyd etdi ki, bu isə öz növbəsində xüsusilə də BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında müştərək təşəbbüslərin irəli sürülməsinə xidmət edəcək. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizdən məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında təhsil, mədənçilik, elektron hökumət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

Söhbət zamanı ölkəmizin aidiyyəti iqtisadi qurumları ilə birbaşa əlaqələrin yaradılmasının, iqtisadi əməkdaşlıq perspektivlərinin araşdırılmasının və onun inkişaf etdirilməsi üçün iqtisadi sahə üzrə nümayəndə heyətlərinin mübadiləsinin vacibliyi qeyd olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşüb  

17:23
13 Fevral

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

17:22
13 Fevral

Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib  

17:21
13 Fevral

ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə  

17:14
13 Fevral

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

16:35
13 Fevral

Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı  

16:34
13 Fevral

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ Konqresində Zəngəzur dəhlizini müzakirə edib  

15:53
13 Fevral

“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib  

15:52
13 Fevral

Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib

15:50
13 Fevral

 Neandertalların kəllə kolleksiyası aşkar edilib

15:21
13 Fevral

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib

15:08
13 Fevral

Texnobloger: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə texnologiya ekosistemi üçün mühüm hadisədir  

14:54
13 Fevral

Kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi: aktual problemlər və yanaşmalar  

14:37
13 Fevral

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb 

14:21
13 Fevral

“Ariane 6” “Amazon”a məxsus peykləri orbitə yerləşdirib  

14:19
13 Fevral

Unudulmaq hüququ nədir?  

14:14
13 Fevral

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib  

14:11
13 Fevral

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə çıxış edəcək

14:05
13 Fevral

Dövlət Departamenti: Sülh sazişi bütün Cənubi Qafqaz üçün imkanlar təqdim edir

13:48
13 Fevral

“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir  

13:39
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!