26 Sentyabr 2025 15:21
349
SİYASƏT
A- A+
Prezident İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğu bəyan etdi   

Prezident İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğu bəyan etdi   


Azərbaycan hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafına, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verib. Ölkəmiz bu vaxta qədər BMT başda olmaqla olmaqla bütün beynəlxalq platformalara təcavüz və işğaldan əziyyət çəkən tərəf kimi qatılırdısa, artıq son 5 ildə qalib ölkə kimi təmsil olunur. 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfər, Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri Azərbaycanın nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri zamanı keçirilən yüksək səviyyəli çoxsaylı görüşlər bunun əyani sübutu idi. 

Azərbaycan həm iqtisadi potensialı və qlobal əməkdaşlıq təşəbbüsləri, eyni zamanda siyasi gündəliyi ilə beynəlxalq aləmdə böyük maraqla qarşılanır. Ölkə başçısının iri investisiya şirkətlərinin, müxtəlif dövlətlərin - Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, AŞ və BMT baş katibi ilə görüşləri Azərbaycana olan marağın göstəricisi idi. Bütün görüşlərdə Azərbaycan liderinə rəğbət açıq şəkildə ifadə olunurdu. ABŞ Prezidenti Donald Tramp isə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Müzəffər Ali Baş Komandana "Mən Sizinlə həqiqətən fəxr edirəm" söylədi. Bu, Azərbaycan liderinə ehtiramın göstəricisi idi. 

BMT Baş Assambleyasında çıxışı zamanı isə Prezident İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu bildirdi. Cənab İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış edib. Budəfəki çıxış digərlərindən fərqli idi və həqiqətən də tarixi çıxış idi. İlk növbədə ona görə ki, Azərbaycanın qazandığı böyük Qələbə yeni reallıqlar yaradıb və rəsmi Bakının bütün qlobal-regional proseslərə yanaşması bu reallıqlar kontekstində formalaşır. Dövlət başçısı BMT tribunasından çıxışı zamanı Azərbaycanın həm 30 il işğaldan, həm də ikili standartlardan əziyyət çəkdiyini vurğuladı. Xüsusilə BMT TŞ-nin Ermənistanın işğal siyasətinə qarşı qəbul etdiyi qətnamələrin icra mexanizminin olmadığını, Azərbaycanın öz gücü və iradəsi ilə bu qətnamələri icra etdiyini diqqətə çatdırdı. Bunu beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu kimi qiymətləndirdi. Prezident İlham Əliyev həm müharibəni udan, həm də sülhü qazanan ölkənin rəhbəri kimi Azərbaycanın müsbət təcrübəsini paylaşmağa hazır olduğunu bəyan etdi. “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır”,- söylədi.

 Azərbaycanın sülh təşəbbüsü ilə bağlı BMT-nin mövqeyinə gəlincə, təşkilatın Baş katibi Antonio Quttereş Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayıb. Prezident İlham Əliyevlə görüşdə baş katib bir daha Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

 Dövlət başçımızın toxunduğu vacib məsələlərdən biri birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı məsələ idi. Əslində BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi məruzəçisinin mandatının yaradılması bu həssas məsələyə qlobal diqqətin artırılmasına və onun daha effektiv şəkildə həllinə töhfə verə bilər. Bu səbəbdən Azərbaycan Prezidenti mina probleminin Böyük Qayıdışa törətdiyi əngəli xatırladarkən 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyinin xüsusi diqqət və tədbir görülməsini tələb etdiyini də vurğuladı. 

Azərbaycan Prezidenti həmçinin Azərbaycanın uğurlu enerji strategiyasına, COP29-un timsalında ölkəmizin iqlim dəyişikliklərilə mübarizəyə töhfəsinə də diqqət çəkdi. 

Cənab Prezidentin ABŞ-yə budəfəki səfəri həm Ağ Evlə, həm də BMT ilə münasibətlərdə yeni mərhələ hesab oluna bilər. 


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!