23 Fevral 2026 16:42
197
CƏMİYYƏT
A- A+
Prezident İlham Əliyev BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib  

Prezident İlham Əliyev BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, Qanuna əsasən, Konvensiya çərçivəsində kibercinayətlərlə bağlı qarşılıqlı hüquqi yardım barədə sorğuların qəbulu, icrası və ya belə sorğuların icraya məsul olan orqanlara göndərilməsi, kibercinayətkarlığın qarşısının alınması məqsədilə digər iştirakçı dövlətlərə konkret tədbirlərin hazırlanmasında və həyata keçirilməsində yardımın göstərilməsi səlahiyyətləri, həmçinin belə yardımı təmin etmək üçün günün iyirmi dörd saatı, həftənin yeddi günü fəaliyyət göstərən (24/7) əlaqə mərkəzi funksiyaları Dövlət Təhlükəsizliyi Xidməti, ekstradisiya və ya müvəqqəti həbsə dair sorğuların göndərilməsi və qəbul edilməsi isə Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.

“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.

Konvensiya kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.

Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin deputatları və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər  

16:54
23 Fevral

Azərbaycanın və Qambiyanın xarici işlər nazirləri siyasi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər  

16:53
23 Fevral

Media: Avropa İttifaqı ABŞ ilə ticarət sazişini müvəqqəti dayandırmaq istəyir  

16:51
23 Fevral

Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Trans-Xəzər boru kəməri layihəsini dəstəkləyir  

16:50
23 Fevral

Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib  

16:47
23 Fevral

Almaniya 2022-ci ildən bəri Ukraynaya 94 milyard avro yardım göstərib

16:45
23 Fevral

Amsterdamın mərkəzində “Xocalıya ədalət!” çağırışı

16:44
23 Fevral

Prezident İlham Əliyev BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib  

16:42
23 Fevral

Azərbaycanın və Gürcüstanın Baş prokurorları arasında görüş keçirilib  

16:41
23 Fevral

Cənubi Koreya vətəndaşları İranı tərk etməyə çağırılıb

16:40
23 Fevral

Ağdərə rayonuna daha 293 nəfər qayıdıb - YENİLƏNİB

16:38
23 Fevral

Zelenski Avropadan ordu islahatları üçün maliyyə dəstəyi istəyir  

16:36
23 Fevral

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb  

15:57
23 Fevral

Dövlət və özəl sektorda çalışanların əməkhaqları artacaq

15:55
23 Fevral

Baş prokuror Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

15:39
23 Fevral

Baş direktor: Qlobal Bakı Forumuna bu günədək 4000-ə yaxın iştirakçı qatılıb

15:23
23 Fevral

Qurban Qurbanov: “Nyukasl”la cavab oyununa yaxşı hazırlaşmışıq  

15:07
23 Fevral

Xankəndidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

15:03
23 Fevral

Ombudsman beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıb - BƏYANAT

14:43
23 Fevral

Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib

14:33
23 Fevral

"ASAN xidmət" modelinin Ruandada tətbiqi istiqamətində iş aparılır

14:30
23 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!