Prezident Administrasiyasında Azərbaycan Demokrat Partiyasının sədri ilə görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev yeni siyasi konfiqurasiyanın inkişafı çərçivəsində mayın 26-da Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq” fikirlərini xatırlatmaqla görüşə başlayan şöbə müdiri Azərbaycan Demokrat Partiyasının iqtidarla əməkdaşlığını yüksək dəyərləndirib. Yeni siyasi konfiqurasiyanın inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi ən yeni islahatlar dalğasının tərkib hissəsi kimi qeyd olunub. Bildirilib ki, ölkəmizdə siyasi partiyalar arasında sağlam münasibətlərin qurulması, partiyaların legitim fəaliyyəti üçün lazımi işlərin görülməsi dövlətimizin başçısı tərəfindən şöbənin qarşısına qoyulmuş önəmli vəzifələrdən biridir. Bu vəzifələrin layiqincə icrası üçün partiyalarla birgə əməkdaşlığa çox böyük önəm verilir. Hər bir partiyanın cəmiyyətin siyasi həyatına özünəməxsus qatqısı var və bu, ölkəmizdə fikir plüralizminin inkişafının qarantıdır. Təbii ki, ölkəmizdəki siyasi sabitlik uğurlarımızın vacib əsaslarından biridir və siyasi sabitliyin qorunması hər bir ölkə vətəndaşının üzərinə düşən məsuliyyətdir. Bu səbəbdən radikal siyasi meyllər dövlətçiliyə təhdiddir. Hər bir siyasi partiya bu təhdidlərə qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.
Ölkəmizdə aparılan siyasi islahatlar çərçivəsində belə bir görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Sərdar Cəlaloğlu qeyd edib ki, ölkədə sağlam siyasi mədəniyyətin formalaşdırılması, dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində böyük işlər görülməkdədir. Postmüharibə dövrünün problemlərinin aradan qaldırılması, postpandemiya dövründə ölkə iqtisadiyyatının inkişafı, bütün əhali təbəqələrinin sosial müdafiəsinin güclənməsi üçün islahatların daha intensiv xarakter alması olduqca vacibdir. Azərbaycan Demokrat Partiyası dövlətimizin güclənməsi, əhalinin rifahının yaxşılaşdırılması, cəmiyyətin siyasi maarifləndirilməsi üçün imkanlarını səfərbər etməyə hazırdır.
Tərəflər ölkəmizdə partiyalararası əməkdaşlığın yeni formatları, iqtidar-müxalifət dialoqunun fərqli formalarda inkişafı, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb...
05 Iyul
Prezident İbrahim Rəisi: İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi reg...
05 Iyul
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil...
05 Iyul
Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası k...
05 Iyul
Pakistanda terror aktı nəticəsində 10 hərbçi yaralanıb
05 Iyul
Azərbaycan neftinin qiyməti 129 dollara yaxınlaşır
05 Iyul
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
05 Iyul
Azərbaycanın baş tikinti meydanı
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!