01 Dekabr 2022 13:00
425
DÜNYA
A- A+

Pentaqon Ukrayna üçün NASAMS sistemlərinin istehsalına dair müqavilə imzalayıb  

 

Pentaqon Ukrayna üçün NASAMS hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə milyard dollarlıq müqavilə imzalayıb.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir.

“Raytheon Co” kompaniyası Ukrayna üçün qabaqcıl hava hücumundan müdafiə sistemlərinin, həmçinin müvafiq avadanlıqların, ehtiyat hissələrinin istehsalı və xidmətlərin göstərilməsinə dair 1,216 milyard dollarlıq sifariş alıb”, - məlumatda belə deyilir.

Eyni zamanda, istehsalın Massaçusets ştatının Tüksberi şəhərində həyata keçiriləcəyi və 2025-ci il noyabrın 28-dək başa çatacağı qeyd olunur. Müqavilənin maliyyələşdirilməsi üçün vəsait “Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü” layihəsi çərçivəsində ayrılıb.

Ukrayna Silahlı Qüvvələri NASAMS sistemindən istifadəni artıq mənimsəyib və onların bir neçəsini döyüş növbəsinə qəbul edib. Kiyev bildirib ki, döyüş növbəsinin başlandığı ilk günlərdə bu sistemlərin on buraxılışı ilə on raket sıradan çıxarılaraq 100 faizlik nəticəyə nail olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video