13 Yanvar 2026 08:35
305
İQTİSADİYYAT
A- A+
Paytaxtımızın möhtəşəm "yaşıl bina"sı

Paytaxtımızın möhtəşəm "yaşıl bina"sı


Dövlət Neft Fondunun inzibati binası yüksək beynəlxalq ekoloji standartlara cavab verir


Neft və yaşıllıq. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və onun "yaşıl bina"sı… Burada bir paradoks var, elə deyilmi? Lakin bu, ilk baxışdan belədir. Çünki Azərbaycan Respublikası Dövlət Neft Fondu - "SOFAZ Tower" (ARDNF Qülləsi) "yaşıl bina" tipli ofis binaları kateqoriyasına daxildir.

Əvvəla xatırladaq ki, təbiətin xalqımıza bəxş etdiyi "qara qızıl" sərvətinin  davamlı şəkildə xeyir-bərəkət gətirməsi məqsədilə 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi haqqında fərman imzaladı. Bir il sonra - 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-in Əsasnaməsi təsdiq olundu. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edildi və qurum əməli fəaliyyətə başladı.

2009-cu il dekabrın 29-da Prezident İlham Əliyev fondun yeni binasının təməlini qoydu. Tikinti və dizayn işləri beş ilə yekunlaşdı. 2014-cü il dekabrın 29-da  dövlətimizin başçısının iştirakı ilə binanın açılış mərasimi keçirildi.

"SOFAZ Tower"in layihəsi Fransanın "Inter Art Etudes" şirkəti tərəfindən hazırlanıb. Binanın inşası Belçikanın Besix S.A. və yerli Az Besix şirkəti tərəfindən təsis olunmuş Besix-Az Besix konsorsiumu tərəfindən həyata keçirilib. Baş podratçı tərəfindən tikintiyə yerli və xarici subpodratçı şirkətlər cəlb edilib. Binanın tikintisi layihəsinin idarə edilməsi Amerikanın "AECOM" Russia Limited şirkəti tərəfindən icra olunub.

Bir neçə kəlmə ARDNF-nin yerləşdiyi ərazi barədə. Bina Xəzərin sahil xəttindən 4 kilometr şimalda, paytaxtımızın ən gediş-gəlişli yerinin - Heydər Əliyev prospektinin mərkəzində və "Ulduz" metrostansiyasından şimal-şərqdə yerləşir.

Beləliklə, ARDNF-nin binası Bakının göydələnlərindən biridir. Bununla belə, onun özəllikləri çoxdur. Belə ki, bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yeniliklər əsasında layihələndirilib və tikilib.

Bina 24 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir. Hündürlüyü 117 metrə, damda mayakı nəzərə alındıqda isə 140 metrə çatır. Ümumi sahəsi 13 min kvadratmetr təşkil edir. İkimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbəli inzibati binada 3 mərtəbəli podium, icraçı direktorun ofisinin də yerləşdiyi mərtəbə daxil olmaqla 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə və bununla yanaşı, kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, restoran və s. var.

Əlbəttə, belə möhtəşəm bir binanın layihəsinin detalları maraq doğurmaya bilməz. Ona görə deyək ki, binanın həm dünya, həm də yerli miqyasda ekoloji effektliliyinin müəyyənləşdirilməsi və eləcə də ətraf mühitə göstərə biləcəyi hər hansı mənfi təsirlərin vaxtında aradan qaldırılması, nəticədə Böyük Britaniyanın Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası İnstitutu (BREEAM) tərəfindən ona dünyada qəbul edilmiş müvafiq "BREEAM" sertifikatının verilməsi məqsədilə tikinti layihəsinin idarə olunması üçün fond tərəfindən müqavilə əsasında "AECOM" Russia Limited şirkətinə bu məsələlərin hərtərəfli araşdırılması və qiymətləndirilməsi tapşırılmışdı.

Bu şirkətin nümayəndələri "BREEAM Assessment" üzrə ilkin araşdırmalar aparmış və yüksək reytinq dərəcəsi almaq üçün lazım olan bütün tələblərin layihəyə daxil edilməsinə çalışmışlar. Hədəf kimi "BREEAM Assessment" qiymətləndirmə cədvəli üzrə "Yaxşı" və ya "Çox Yaxşı" dərəcələri əsas götürülmüşdü.

Qeyd edək ki, binada ikiqat aktiv fasad növündən istifadə olunub. O, dayanıqlılıq və enerji sərfiyyatı tələblərinə uyğun olaraq layihələndirilib. Bu, müasir texnoloji sistemlərin, eləcə də intellektual texnoloji infrastruktur konsepsiyasının tətbiqində nəzərə alınır və eyni zamanda "Yaşıl Bina" ("Green Building)" kateqoriyasının tələblərinə cavab verir. Binanın daxili dizaynı isə A sinifli ofis bina standartlarına uyğun olaraq Azərbaycanın milli-mədəni irsi nəzərə alınmaqla tərtib edilib.

Binanın birləşdirilmiş idarəsi üçün intellektual texnologiyalardan istifadə olunub. Qüllədəki ofislər A sinfinin standartlarına tam uyğun gəlir.

Tikinti zamanı digər məqamlar da nəzərə alınıb. Bunlar dəniz mühiti (bu mühit adekvat materialları və fasadın xidmətini yerinə yetirən xüsusi qurğu tələb edir), şosenin yaxınlığı (səs izolyasiyası ehtiyacı), eləcə də Bakı iqlimi üçün səciyyəvi olan güclü külək və fırtına faktorlarıdır. "İsidici körpü" effektindən qaçmaq üçün ikiqat divar strukturundan (ikifasadlı sistem) istifadə edilib. Belə ki, geydirmə bayır fasad polad karkasa bərkidilir, daxili fasad isə adi doğranma materiallarından istifadə ilə inşa edilib. Binanın fasadının təmizləməsi üçün avtomatik sistem nəzərdə tutulub.

"SOFAZ Tower"in tikintini aparan Besix-Az Besix konsorsiumu "Keyfiyyətə nəzarət planı" hazırlayaraq həm şirkətin gördüyü işlərin, həm də subpodratçıların işlərinin beynəlxalq Keyfiyyətin İdarəolunması İSO 9001 və Ətraf mühit üzrə İSO 14001 standartlarına uyğun olmasını təmin edib. Binanın tikintisi zamanı nəzarət, hesabatların hazırlanması, enerji istifadəsinə dair hədəflərin qoyulması, daşınmaların həyata keçirilməsi, hava və su kirliliyinin minimuma endirilməsi üzrə işlər də əhatə olunub. Qeyd etdiyimiz kimi, dizayn və tikinti zamanı eləcə də dayanıqlılıq və enerjiyə qənaət üzrə tələblər nəzərə alınıb. Enerji qənaətini təmin etmək məqsədilə binada ikiqat fasad sistemindən istifadə olunub. Qatlar arasında boşluğun olması enerji istifadəsi effektivliyini daha da artırmaga imkan yaradır. Bu boşluqlarda avtomatlaşdırılmış və günəş sensoru ilə işləyən jalüzlər quraşdırılıb. Daxildəki isti su qazanxanaları üçün günəş panellərindən istifadə edilir. Qazanxalarda ən yüksək effektivliklə işləyən sistemlər tətbiq olunub.

BREEAM tələblərinə əsasən keçirilmiş testlər göstərib ki, quraşdırılmış şüşə panellər sayəsində binaya kifayət qədər günəş işığının daxil olması təmin edilir.

2016-cı ildə Dövlət Neft Fondunun inzibati binası tam hazır bina metodologiyası üzrə BREEAM qiymətləndirilməsindən keçib və Azərbaycanda bu metodologiya ilə "Yaxşı" dərəcəsi əldə etmiş ilk bina olub.

Nəhayət, "SOFAZ Tower"in daha bir mühüm və ürəkaçan özəlliyi barədə. Vurğulayaq ki, binanın daxili dizaynı Azərbaycanın milli-mədəni irsi nəzərə alınmaqla tərtib edilib. Bəli, bu, həm də xalqımızın xalçaçılıq sənətinin qədim tarixini özündə birləşdirən unikal layihədir. Başqa sözlə, Azərbaycanın 9 xalçaçılıq məktəbinin (Bakı, Gəncə, Təbriz, Şirvan, Qarabağ, Qazax, Quba, İrəvan və Naxçıvan xalçaçılıq məktəbləri) elementləri əsasında dizayn olunmuş "SOFAZ Tower" ölkəmizin tarixini və gələcək inkişafını əks etdirir.

Bu bina gündüzlər paytaxtımızın sakinlərini və qonaqlarını öz əzəməti və gözəlliyi ilə, gecələr isə "yaşıl"lığı - "yaşıl işığa" bürünmüş bənzərsiz görkəmi ilə valeh edir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Xanabad kəndinə növbəti köç olub

13:16
11 Mart

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

13:15
11 Mart

Şuşada tədris prosesi izlənilib

13:13
11 Mart

Antarktida dəniz buzunun sahəsi qismən bərpa olunub

13:11
11 Mart

Kür çayına 4 min ədəd çəkikimi balıq körpəsi buraxılıb

13:04
11 Mart

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:02
11 Mart

Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək  

13:01
11 Mart

Hörmüz boğazında iki gəmi atəşə tutulub

13:00
11 Mart

Dövlət və özəl sektorda çalışanların əməkhaqları artacaq

12:58
11 Mart

Mədəniyyət naziri Adil Kərimli Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb

12:54
11 Mart

İrandan təxliyə davam edir: Bir qrup xarici vətəndaş təxliyə olunub 

12:53
11 Mart

Cari ildə qlobal neft tədarükünün sutkada 107 milyon barel olacağı gözlənilir - PROQNOZ

12:16
11 Mart

ABŞ cari ildə gündəlik neft istehsalını artıracaq

11:53
11 Mart

Məcnun Məmmədov: Süni intellekt kənd təsərrüfatında yeni idarəetmə modelini formalaşdırır

11:35
11 Mart

Ötən gün qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilib

11:34
11 Mart

ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

11:33
11 Mart

Nazir: Aqrar Süni İntellekt layihəsi qərarverməni daha dəqiq edəcək

11:33
11 Mart

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib  

11:30
11 Mart

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan  

11:07
11 Mart

BMT-nin hesabatı: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

10:49
11 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:41
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!