07 Sentyabr 2026 13:03
74
CƏMİYYƏT
A- A+
Patrisia Skotland: "Azərbaycan COP29-da uğur üçün arxitektura və yol xəritəsi yaratdı" 

Patrisia Skotland: "Azərbaycan COP29-da uğur üçün arxitektura və yol xəritəsi yaratdı" 


COP28 ilə COP30 arasında körpünün demək olar ki, bir boşluğa çevriləcəyi və bunun doldurulmasının çətin olacağı düşünülürdü. Azərbaycan isə burada fövqəladə bir iş gördü.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patrisia Skotland “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan COP29-a sədrliyi dövründə yalnız ölkə daxilində deyil, daha geniş coğrafiyada əlaqələndirilmiş fəaliyyət göstərib. Onun sözlərinə görə, Millətlər Birliyi təşkilatı 56 üzv dövləti dünyanın üçdəbirini və beş regionu təmsil edir və bu regionların səfərbər edilməsi dəyişiklik üçün platforma yaratmağa imkan verib.

“COP29-da baş verənlərin əhəmiyyəti əslində 300 milyard dollarla məhdudlaşmırdı. Bu məbləğ 1,3 trilyon dollarlıq gündəliyin müəyyənləşdirilməsi baxımından nə qədər möhtəşəm olsa da, əsas məsələ Azərbaycanın uğur üçün arxitektura, yol xəritəsi və öhdəlik mexanizmi yaratması, bütün istiqamətləri bir araya gətirməsi idi. Bu, hərtərəfli düşünülmüş, bütün elementləri prosesə cəlb edən və nəticə əldə etməyə yönəlmiş bərpaedici yanaşma idi. Əsas məsələ Azərbaycanın iqlim fəaliyyətinin həyata keçirilməsi üçün arxitektura yaratması, maliyyənin necə tətbiq ediləcəyinə və davamlılığın təmin olunmasına diqqət yetirməsi idi”, - deyə Patrisia Skotland qeyd edib.

“Ən çox əziyyət çəkən kiçik və ən az inkişaf etmiş dövlətlər öz inamlarını itirmişdilər, Azərbaycan isə regional görüşlərdə fəal iştirak etməklə bu inamın bərpasına töhfə verib”, - deyə o bildirib.

Patrisia Skotland Azərbaycanın COP29-a sədrliyi çərçivəsində nümayiş etdirdiyi davamlı liderliyi yüksək qiymətləndirib: “Azərbaycan sadiq və davamlı liderliyin nəyə qadir olduğunu nümayiş etdirdi. Artıq biz bunun mümkün olduğunu bilirik. İndi qarşımızda duran məsələ birlikdə və tərəfdaşlıq şəraitində işləməyi seçib-seçməyəcəyimizdir. Çünki indi dünyanın ehtiyac duyduğu nəticəni təmin etmək üçün hamımız birlikdə məsuliyyət daşıyırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:16
07 Sentyabr

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

13:10
07 Sentyabr

Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq 

13:09
07 Sentyabr

Baş nazir: 2020-ci ildən Orta Dəhliz üzrə yük axını 7 dəfə artıb

13:07
07 Sentyabr

Əməkhaqlarının artırılması səhiyyə işçilərinin peşəkar inkişafına müsbət təsir göstərəcək 

13:05
07 Sentyabr

Patrisia Skotland: "Azərbaycan COP29-da uğur üçün arxitektura və yol xəritəsi yaratdı" 

13:03
07 Sentyabr

Agentlik direktoru: Regional əməkdaşlıq Azərbaycanın yaşıl enerji siyasətində mühüm yer tutur

12:53
07 Sentyabr

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

12:50
07 Sentyabr

Gecikdirilmiş 517 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

12:48
07 Sentyabr

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərinin sayı açıqlanıb – STATİSTİKA

12:46
07 Sentyabr

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin inkişafına töhfə verir

12:44
07 Sentyabr

BDYPİ: Uşaqların yol təhlükəsizliyi üçün hər kəs məsuliyyətli olmalıdır

12:42
07 Sentyabr

BCAW2026 çərçivəsində yaşıl enerji sənayesinin inkişafı müzakirə olunur

12:40
07 Sentyabr

Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

12:38
07 Sentyabr

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq 

12:27
07 Sentyabr

Kuşner və Uitkoff Moskva və Kiyevdə keçirilən görüşlər barədə məlumat veriblər

12:24
07 Sentyabr

Mayamidə Boeing yük təyyarəsi qəzaya uğrayıb

12:19
07 Sentyabr

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılacaq

11:40
07 Sentyabr

Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir

11:30
07 Sentyabr

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək

11:25
07 Sentyabr

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

11:20
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!