27 Noyabr 2023 19:27
1009
PARLAMENT
A- A+
Parlamentin komitə iclasında iki qanun layihəsi üzrə müzakirələr aparılıb

Parlamentin komitə iclasında iki qanun layihəsi üzrə müzakirələr aparılıb

 

Noyabrın 27-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov gündəliyə iki məsələnin – “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrinin daxil edildiyini bildirib. O, hər iki sənədin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunduğunu qeyd edib.

Siyavuş Novruzov bu gün Azərbaycanın dünyada etibarlı tərəfdaş, qalib dövlət, Cənubi Qafqaz regionunun lider ölkəsi kimi tanındığını söyləyib. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, məqsədyönlü islahatların ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün geniş imkanlar yaratdığını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunduğunu vurğulayıb.

Komitə sədri müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, Ağdərə rayonunun qədim dövrlərdən başlayaraq bu günədək tarixi barədə geniş məlumatı diqqətə çatdırıb. Qeyd edib ki, Ağdərə rayonu 1992-ci il oktyabrın 13-də ləğv olunaraq, onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının inzibati ərazilərinə verilib. Bildirilib ki, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri zamanı Ağdərə azad edilib. Prezident İlham Əliyev cari il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

Diqqətə çatdırılıb ki, qanun layihəsinə əsasən, 1660,83 kvadratkilometr ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kvadratkilometr, Tərtər rayonundan 851,25 kvadratkilometr və Ağdam rayonundan 73,74 kvadratkilometr ərazi veriləcək.

Sonra komitə sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini təqdim edib. O bildirib ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan irimiqyaslı quruculuq işləri həmin rayonlarda ərazilərin planlaşdırılmasının və istifadəsinin, burada yaşayan və məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığının daha səmərəli təşkilini şərtləndirir. Layihədə adları sadalanan rayonların inzibati ərazi quruluşunda bəzi kənd ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirilməklə onların faktiki yerləşdiyi rayonların inzibati ərazi bölgüsünə daxil edilməsindən, sərhədlərinin dəyişdirilməsindən və ya ləğv olunmasından ibarət müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Müzakirələrdə çıxış edən parlamentin komitə sədrləri Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlardan Elman Məmmədov, Kamran Bayramov, Aqil Məmmədov, Sahib Alıyev, Ceyhun Məmmədov, Emin Hacıyev qanun layihələrini məqsədəmüvafiq hesab ediblər. Milli Məclisin deputatları işğaldan azad edilmiş ərazilərin bərpasının və yenidən qurulmasının bu gün prioritet məsələ olduğunu, təklif edilən dəyişikliklərin bu regionların sosial-iqtisadi inkişafına xidmət edəcəyini bildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!