14 Sentyabr 2023 23:48
1552
PARLAMENT
A- A+
Parlamentin komitə iclasında 14 məsələ müzakirə edilib

Parlamentin komitə iclasında 14 məsələ müzakirə edilib

 

Sentyabrın 14-də Milli Məclisin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlament Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin ilk iki məsələsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat və komitənin 2023-cü il payız sessiyası üçün iş planı olduğunu bildirib. Hesabat dövründə komitədə görülən işlərlə bağlı qısa məlumat verən Milli Məclis Sədrinin birinci müavini bildirib ki, qarşıdakı sessiya ilə bağlı iş planında komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.  

Gündəliyin 3-cü məsələsi ilə bağlı komitə üzvü Nizami Səfərov məlumat verib. O bildirib ki, "Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında" Konvensiyada dəyişiklik edilməsinə dair Protokol"a qoşulmaq barədə qanun layihəsi hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsi məqsədinə xidmət edir.

Gündəlikdə 4-cü məsələ olan Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Notariat haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əli Hüseynli bildirib ki, sənəd "İcra haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır. 

5-ci və 6-cı məsələlər barədə komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O bildirib ki, birinci oxunuşda olan "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihələrində daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan şəxslər kimi "kursant" adlandırılması təklif olunub. Həmçinin "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədi ilə bir sıra yeniliklər, o cümlədən "Daxili işlər orqanları üçün kadr hazırlığı" adlanan I-I Fəslin əlavə olunması təklif olunur.

Komitə sədri növbəti 5 məsələ - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı bildirib ki, sənədlər "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsinı haqqında" Qanuna uyğunlaşdırma, habelə "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" və "Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında"  2022-ci il 26 aprel tarixli qanunların icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

 "Dövlət qulluğu haqqında" Qanunda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə komitənin üzvü Kamal Cəfərov məlumat verib. O bildirib ki, "Dövlət qulluğu haqqında" Qanuna təklif olunan dəyişikliklər dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin xüsusi, hərbi, diplomatik rütbələrinin uyğunlaşdırılması qaydalarını tənzimləmək məqsədi ilə hazırlanıb. "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə təklif olunan dəyişikliklər isə miqrasiya orqanlarında qulluq edənlərin hüquqi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılmasına yönələn dəyişikliklərdir. 

İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə komitənin üzvü Nizami Səfərov bildirib ki, dəyişikliklər dəqiqləşdirmə və texniki xarakter daşıyır.

Müzakirə olunan sonuncu məsələ - Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə böyük, orta və kiçik xüsusi rütbələrin müvafiq təqdimatlar əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilməsini təsbit edir.

Gündəlikdəki məsələlərlə bağlı çıxış edən bir sıra deputatlar rəy və təkliflərini səsləndiriblər. 

Deputatlar 2023-cü ilin yaz və növbədənkənar sessiyalarında Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işləri qənaətbəxş sayıblar, komitənin 2023-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!