19 Sentyabr 2023 19:08
1359
PARLAMENT
A- A+
Parlamentin Gənclər və idman komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib

Parlamentin Gənclər və idman komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib

 

Sentyabrın 19-da Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və bu gün erməni diversantlarının törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən tədbirlərdən söz açaraq, parlament rəhbərliyinin, o cümlədən komitə üzvlərinin bu tədbirlərdə fəal iştirak etdiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, iclasın gündəliyinə 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı daxil edilib.

Komitə sədri əvvəlcə 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Gənclər və idman komitəsində görülən işlər barədə danışıb. Deyib ki, ötən sessiyada komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 1182 məktub, müraciət və sənəd daxil olub. Qeyd edilib ki, onlardan 464-ü yazılı şəkildə poçt vasitəsilə, 718-i isə müxtəlif sosial şəbəkələr vasitəsilə daxil olub.

Bildirilib ki, komitənin sədri və üzvləri hesabat dövründə Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri ilə görüşlərdə, həmçinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlərdə iştirak ediblər.

Diqqətə çatdırılıb ki, 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə ümumilikdə 437 vətəndaş qəbulu keçirilib.

Sonra iclasda komitənin 2023-cü ilin payız sessiyası üçün iş planına baxılıb. Qeyd edilib ki, qarşıdakı sessiyada büdcə zərfinin və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, iş planında “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin keçirilməsi, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər yer alıb. “Ulu Öndər Heydər Əliyev və Azərbaycan idman siyasəti” və “Qərbi Azərbaycana qayıdışda gənclərin rolu” mövzusunda dinləmələr də iş planında əks olunub.

Komitənin üzvü Etibar Əliyev çıxış edərək iş planı ilə bağlı bir sıra təkliflər səsləndirib.

Sonra deputatların işinin səmərəliliyini artırmaq üçün hazırlanmış mobil tətbiq layihəsinin parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov tərəfindən təqdimatı keçirilib.

Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!