Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində 12 məsələ müzakirə edilib
Sentyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri Səməd Seyidov regiondakı vəziyyət barədə fikirlərini açıqlayıb. O, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin regionda sülhü, təhlükəsizliyi, tərəqqini təmin etməyə yönəldiyini vurğulayaraq hökumətin və parlamentin fəaliyyətinin ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə gətirib çıxardığını bildirib. Qeyd edilib ki, Azərbaycanın apardığı siyasətə heç kim müdaxilə edə bilməz.
Sonra iclasın gündəliyinə daxil edilmiş 12 məsələyə baxılıb.
Komitə sədri Səməd Seyidov, əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, bu müddətdə komitənin iclaslarda bir sıra qanun layihələri, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanmış beynəlxalq müqavilələr, digər sənədlər müzakirə olunub və Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Həmçinin ötən sessiyalar ərzində komitənin sədri və üzvləri xarici dövlətlərin və təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. O, hesabat dövründə komitəyə daxil olan müraciətlərlə bağlı görülən müvafiq tədbirləri də diqqətə çatdırıb.
Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi barədə danışarkən bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilən qanun layihələrinə, habelə beynəlxalq və dövlətlərarası müqavilələrə dair sənədlərə baxılacaq. Bu müddətdə Milli Məclisin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi, xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məqsədyönlü fəaliyyətin davam etdirilməsi, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı istiqamətində addımların həyata keçirilməsi planlaşdırılır.
Sonra iclasda bir sıra beynəlxalq sənədlərlə bağlı qanun layihələrinə baxılıb.
Komitə sədri “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında, “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə, “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokola qoşulmaq barədə, “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihələrinin mahiyyəti haqqında məlumat verib.
Məsələlərin müzakirəsində komitə üzvləri Nəsib Məhəməliyev, Sahib Alıyev və Sabir Rüstəmxanlı çıxış ediblər, fikirlərini və təkliflərini səsləndiriblər. Deputatlar komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işləri qənaətbəxş sayıblar, həmçinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsini təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra cari məsələlərdə ölkəmizin bədxahları tərəfindən humanitar məsələlərlə bağlı Azərbaycana qarşı həyata keçirilən manipulyasiyalar, bəzi dəyərlərdən sui-istifadə edərək təzyiq göstərmək cəhdləri müzakirə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
24 Sentyabr
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!