21 Yanvar 2025 09:19
167
SİYASƏT
A- A+
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib


Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü silsilə tədbirlərlə anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində təşkil edilmiş anım tədbirində Yanvar hadisələrindən danışıb. Azərbaycanın müasir tarixinə qanla yazılmış 20 Yanvarın ölkəmizin azadlıq, müstəqillik mübarizəsinin şərəfli səhifəsi olduğunu qeyd edib.

35 il əvvəl baş vermiş qanlı yanvar gecəsində yaşadığı anları bölüşən diplomat bildirib ki, Qanlı yanvar hadisələri Azərbaycanın istiqlalı yolunda milli məfkurədən güc alan qarşısıalınmaz azadlıq istəyinin başlanğıc mərhələsi oldu. Bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi, milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı.

L. Abdullayeva qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə ilk siyasi qiymət verən qərar qəbul edilib. Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

“Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tariximizin ən möhtəşəm səhifəsini yazdı. Prezident İlham Əliyev Qarabağ Zəfəri ilə Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi. Xalqın həmrəyliyi, ordunun gücü və rəhbərliyin qətiyyəti bu zəfərimizi reallaşdırdı. 20 Yanvar gecəsində tankların altında əzilən, lakin sarsılmayan iradə Qarabağda qələbəyə çevrildi.

Bu gün Azərbaycan regionun lider ölkəsidir. Müstəqil siyasət aparan ölkələrdəndir. Bunun təməlində güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Güclü Azərbaycan özünün müstəqil siyasi, iqtisadi fəaliyyətini regional və beynəlxalq səhnədə uğurla davam etdirir”, - deyə səfir L. Abdullayeva vurğulayıb.

Anım tədbiri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş klassik musiqi proqramı ilə davam edib. Konsertdə azərbaycanlı və fransız musiqiçilər - tarzən Sahib Paşazadə, Parisdə yaşayan Azərbaycan əsilli Səidə Zülfüqarova (piano), Omo Bello (soprano) və Qiyom Martinye (violonçel) hər iki ölkənin musiqilərini ifa ediblər. Konsertdə Asəf Zeynallı, Hacı Xanməmmədov, Fikrət Əmirov, Azər Rzayev, Arif Məlikov, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli ilə yanaşı, İ.Bax, H.Duparc, K.Debüsi, H.Villa-Lobos, L.Bernşteyn, A.Piazzola və Fazil Sayın da əsərləri səsləndirilib.

Tədbir məkanında 20 Yanvar şəhidlərindən bəhs edən kitablar, şəkillər nümayiş olunub.

Qeyd edək ki, yanvarın 20-də Azərbaycanın Fransadakı Səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin əməkdaşları Sen-Klu qəbiristanlığında Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mustafa Abdou-Raouf: XXI əsrdə müstəmləkəçiliyin yeri yoxdur

13:37
21 Yanvar

Yasamal rayonu üzrə bələdiyyə seçkilərində 37 nəfər namizədliyini irəli sürüb

13:36
21 Yanvar

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:36
21 Yanvar

Qərb bölgəsində məntəqə seçki komissiyasının üzvləri üçün treninqlər davam edir

13:35
21 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 7 saylı Səbail seçki dairəsində növbəti treninq keçirilib

13:34
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

13:32
21 Yanvar

Avropa Liqası: “Qarabağ”–FKSB oyununun hakimləri açıqlanıb

13:31
21 Yanvar

Sabahın hava proqnozu açıqlanıb

13:29
21 Yanvar

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib

13:28
21 Yanvar

Marko Rubio: Rusiya ilə Ukrayna arasında müharibə dayandırılmalıdır

13:27
21 Yanvar

Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub

13:26
21 Yanvar

Türkiyəli mütəxəssis Gəncədə yeniyetmə və gənc voleybolçularla görüşüb

13:24
21 Yanvar

Çempionlar Liqası: VII tur start götürür

13:21
21 Yanvar

Naxçıvanda bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib

12:58
21 Yanvar

Bugünkü hərracda tələb 53,2 milyon dollar təşkil edib

12:57
21 Yanvar

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

12:56
21 Yanvar

Elektroenergetika və bərpaolunan enerji standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib  

12:55
21 Yanvar

24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında bələdiyyə seçkiləri ilə bağlı treninqlər keçirilir

12:54
21 Yanvar

Tramp Kubanı yenidən terroru maliyyələşdirən ölkələr siyahısına salıb

12:20
21 Yanvar

İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs polis tərəfindən saxlanılıb

12:08
21 Yanvar

FHN Xaçmazda baş verən qəza ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

12:07
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!