06 İyun 2023 23:38
385
CƏMİYYƏT
A- A+
Özbəkistanlı qonaqlar Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıb

Özbəkistanlı qonaqlar Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıb

 

İyunun 6-da Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Özbəkistan Respublikası Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentliyin direktoru Olloyerov Mansurbek Polvonzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycanın sosial siyasət sahəsi ilə tanışlıq və ikitərəfli münasibətlərin genişləndirilməsi məqsədi daşıyıb. Nümayəndə heyətinə Azərbaycanda ailə siyasətinin həyata keçirilməsi, eləcə də qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində son illər görülən işlər barədə ətraflı məlumat verilib, müvafiq istiqamətdə həyata keçirilən layihələr üzrə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin qədim köklərə malik olduğunu bildirib. Özbəkistanın Azərbaycanın haqlı mübarizəsində daim yanında olduğunu vurğulayan Dövlət Komitəsinin sədri, təməli illər öncə qoyulan müasir dostluq münasibətlərinin bu gün özünün ən yüksək inkişaf dövrünü yaşadığını söyləyib. Qarşılıqlı səfərlərin, beynəlxalq təşkilatlar müstəvisində görüşlərin, Türk Dövlətləri Birliyi çərçivəsindəki əlaqələrin bu münasibətlərin intensivləşməsinə müsbət təsir göstərdiyini dilə gətirib.

Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən bəhs edən B.Muradova dövlət ailə siyasətinin həyata keçirilməsi, qadın və uşaq hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması, erkən nikah, zorakılığa qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb, müvafiq dövlət proqramlarının həyata keçirildiyini, həmçinin Azərbaycan hökuməti və beynəlxalq təşkilatlar qarşısında hesabatların təqdim edildiyini bildirib. Hazırda Özbəkistanda aparılan sosial islahatları yüksək qiymətləndirən B.Muradova Dövlət Komitəsinin sözügedən sahədə əməkdaşlığa hazır olduğunu söyləyib.

Nümayəndə heyətinin rəhbəri Mansurbek Olloyerov ortaq dil, mədəniyyət və dəyərlərin ölkələrimizi bir-birinə bağladığını, xalqlarımız arasında qardaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Prezidentlərimiz arasında münasibətlərin ikitərəfli əlaqələrin genişlənməsinə təsirindən danışaraq, sosial əməkdaşlığın inkişaf etdirilməsinin, sosial islahatlar prosesində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, yenicə yaradılan Agentliyin gələcəkdə ailələr, qadınlar və uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi istiqamətində fəaliyyət göstərəcəyini və bu sahədə Azərbaycanda mövcud təcrübənin öyrənilməsinin önəmini qeyd edib.

Milli Agentliyin direktorunun birinci müavini Şahnoza Mirziyoyeva Azərbaycanın müvafiq sahədə fəaliyyətini yüksək qiymətləndirərək bu təcrübəni öyrənməyin vacibliyini qeyd edib.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, eləcə də komitənin müvafiq şöbələrinin müdirləri iştirak ediblər. Özbəkistan nümayəndə heyəti tərkibində isə bu ölkənin Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov, Milli Agentliyin direktorunun müavini Muxtorxon Taşxodjayev, “Zamin” Fondunun icraiyyə komitəsinin rəhbəri Tamila Əliyeva, həmçinin BMT-nin Uşaq Fondunun (UNICEF) Özbəkistan üzrə nümayəndəliyinin rəhbəri Munir Məmmədzadə yer alıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!