01 Dekabr 2025 22:44
410
CƏMİYYƏT
A- A+
Otuz iki ildən sonra Horovluda məktəb 103 şagirdlə fəaliyyətə başlayıb  

Otuz iki ildən sonra Horovluda məktəb 103 şagirdlə fəaliyyətə başlayıb  


Dekabrın 1-də Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.

Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Məktəbin müəllimi Lalə Əhmədova 1993-cü ildə işğal zamanı cəmi 2-ci sinif şagirdi ikən tərk etdiyi doğma kəndinə bu gün müəllim kimi qayıtdığını deyib. Onun sözlərinə görə, illər sonra yenidən Horovluda olmaq, doğulduğu məktəbdə çalışmaq böyük qürur və sevinc hissidir. "Bu məktəbdə öz vəzifə borcumu həm də sevərək yerinə yetirəcəyəm. Bizə bu günü yaşadan Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Horovlu kəndində inşa olunan yeni məktəb müasir standartlara tam cavab verir. Mən gözlədiyimdən də mükəmməl şəraitli bir məktəbə gəldim. İnanıram ki, burada yüksək nəticələr göstərəcək şagirdlərin sayı çox olacaq. Ən böyük arzumuz doğma kəndimizdə şagirdlərə təhsil vermək idi və bu arzu artıq gerçəyə çevrilib. Kənd ümumiyyətlə bizi çox gözəl abad şəkildə qarşıladı. Yeni evlər tikilib, yollar salınıb, bütün lazım olan infrastruktur yaradılıb. Kəndimizin mərkəzində gözoxşayan istirahət parkı inşa olunub. Həm də kəndimizin kəhrizlərinin bərpa olunması məni çox sevindirdi. Uşaqlıq xatirələrim canlandı, səhənglə kəhrizdən su götürməyimiz gözümün önünə gəldi. Horovluda xoşbəxt günlərimiz yenidən başlayıb", - deyə Lalə müəllimə bildirib.

Məktəb direktoru Zamiq Həmzəyev deyib: “Çox qürurluyam, sevincimin həddi-hüdudu yoxdur, bir vaxtlar şagird kimi çıxdığım məktəbə müəllim olaraq qayıtdım. Horovluya doğma kəndimizə qovuşmaq mənim üçün yenidən dünyaya gəlməyə bərabərdir. Bu xoşbəxtliyi bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa arzu edirəm. Azərbaycanın müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sözün əsl mənasında yeni tarix yazdı. Torpaqlarımızın hər qarışı azad edildi. Artıq bu torpaqlarda həyat yenidən canlanır. Bizim kəndimiz də yenidən qurulub, evlər inşa olunub, müasir standartlara uyğun məktəb tikilib. İnanıram ki, məktəbimizin uğurları daimi olacaq".

Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin nümayəndə heyəti II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisidədir  

12:57
22 Mart

Azərbaycanın rayonlarında bəzi yerlərdə hava yağıntılı olacaq - sabahın hava proqnozu

12:39
22 Mart

Ötən gün 24 cinayətin açılması təmin edilib

12:13
22 Mart

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq reytinqdə liderliyini bir daha təsdiqlədi  

11:56
22 Mart

Çinin ÜDM-i 2030-cu ilə qədər 25,39 trilyon dollara çata bilər

11:43
22 Mart

Britaniyanın nüvə sualtı qayığı Ərəb dənizindədir  

11:26
22 Mart

ABŞ Prezidenti İranla razılaşmada maraqlı olmadığını açıqlayıb

11:19
22 Mart

Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

11:05
22 Mart

Media: ABŞ İranla mümkün sülh danışıqlarını müzakirə edir

10:41
22 Mart

Tramp: Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın enerji obyektlərinə zərbə endirəcək

10:23
22 Mart

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirib

10:04
22 Mart

İsrailin Arad şəhərinə raket hücumu nəticəsində azı 64 nəfər yaralanıb

09:36
22 Mart

Nazir: Britaniya İrana qarşı hücum əməliyyatlarında iştirak etməyi planlaşdırmır

09:02
22 Mart

Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 10 nəfər xəsarət alıb

23:11
21 Mart

Beynəlxalq Aqrobiznes Forumunda Azərbaycanın strateji rolu vurğulanıb

22:59
21 Mart

“AzerGold” QSC-dən Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya

21:36
21 Mart

İflic olmuş beynəlxalq nəqliyyatın yeganə çıxış yolu - Orta Dəhliz amili

20:27
21 Mart

Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

19:32
21 Mart

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub

19:25
21 Mart

Qarabağda qalanan tonqallar Azərbaycanın gücünün və haqqının rəmzidir

19:21
21 Mart

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq – Sabahın hava proqnozu

14:25
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!